Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1170/2023 11.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi rayon məhkəməsinə verdiyi ərizəsində 1957-ci ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olmuş X2nın xx.xx.2015-ci ildə Salyan rayonunun Qarabağlı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1957-ci ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olmuş X2 xx.xx.2015-ci ildə Salyan rayonunun Qarabağlı kəndində vəfat etmişdir. Lakin həmin vaxt ölümün qeydiyyatı üçün sənədləşmə işlərinin aparılmalı olduğunu bilmədikləri üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə tərəflərindən aidiyyəti orqanlara müraciət olunmamışdır. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda ölüm faktının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhdadətnamənin təqdim olunmaması əsas göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməli olduğu tövsiyə olunmuşdur. Hazırda X2nın ölümü barədə lazımi sənədin olmaması ona və digər ailə üzvlərinə ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. X2 xx.xx.2015-ci ildə Salyan rayonunun Qarabağlı kəndində vəfat etmiş və həmin kənd qəbristanlığında dəfn olunmuşdur. Ərizəsinə əlavə etdiyi məzar daşının fotoşəkilləri bu faktı bir daha təsdiqləyir. Eləcə də, qonşuluqlarında yaşayan müvafiq yaş qrupuna mənsub bütün sakinlər bacısının ölüm faktını təsdiq edə bilərlər. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmədə elan olunmuş Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi H.Abdullayev tərəfindən Ərizəçi verilmiş xx.xx.2023-cü il tarixli, 633 nömrəli arayışdan görünür ki, bacısı 1957-ci ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olmuş X4 xx.xx.2015-ci ildə Salyan rayonu Təzəkənd kəndində vəfat etmişdir və Qarabağlı kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmədə elan olunmuş Maraqlı şəxs tərəfindən Salyan rayonu, Qarabağlı kənd sakini Ərizəçi ünvanlanmış 02 iyun 2023-cü il tarixli, 3-16-5/7-15-H-27/2-06/2023 nömrəli məktubdan görünür ki, 2015-ci ildən xx.xx.2023-cü il tarixədək “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti akt qeydləri üzrə yoxlama aparılmış, lakin 1957-ci il təvəllüdlü X3 ölümü haqqında akt qeydi aşkar olunmamış və iddia edilən ölüm faktının qeydə alınmasından imtina olunaraq, ərizəçiyə bacısının ölməsi faktının müəyyən edilməsindən ötrü məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 1957-ci ildə Əlibayramlı rayonu, Qarabağlı kəndində anadan olmuşdur. Məhkəmədə elan olunmuş məzar daşının üzərində olan fotoşəkillərdən görünür ki, X4 1957-ci il tarixdə anadan olmuş və xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki X4 1957-ci ildə Salyan rayonu, Qarabağlı kəndində vəfat etmiş, mərhum Qarabağlı kənd qəbristanlığında dəfn olunmuşdur. 1957-ci il tarixdə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş X4 xx.xx.2015-ci il tarixdə Salyan rayonu Qarabağlı kəndində vəfat etmiş, lakin onun ölüm faktı qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmamışdır. Ərizəçi bacısının ölümünün qeyd edilməsi haqqında sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəsi təmin edilsin. 1957-ci il tarixdə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş X3 xx.xx.2015-ci il tarixdə Salyan rayonu, Qarabağlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1170/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1170/2023
11.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver