Məhkəmə qərarları › İş №2(057)-1279/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1279/2025

10.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1279/2025 10.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 08 noyabr 2008-ci ildə Salyan rayonu X6 anadan olmuş oğlu X1 22 fevral 2025-ci il tarixdə Xəzər rayonu, Qala qəsəbəsi, XaşaXuna bağlarında yaşadığı evdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, 08 noyabr 2008-ci ildə Salyan rayonu X6 anadan olmuş oğlu X2 22 fevral 2025-ci il tarixdə Xəzər rayonu, Qala qəsəbəsi, XaşaXuna bağlarında yaşadığı evdə vəfat etmişdir. Ölümünün səbəbi evdə dəm qazından boğulması olmuşdur. Ölümdən sonra Təcili Yardım həkimi tərəfindən həkimə qədər ölüm qeydiyyata alınmışdır. Həmən gün Təcili və X4 şöbəsindən gələn əməkdaşlar da hadisə yerinə gələndə oğlu artıq keçinmişdir. Hadisənin baş verməsindən 10 gündən artıq keçməsinə görə ölüm haqqında şəhadətnamə verilməmişdir. Ölümə səbəb olan hər hansı diaqnozu təsdiq etmək mümkün olmadığına görə poliklinika tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsinə imtina edilmiş və mənə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Oğlunun ölümünün qeydə alınması dəfn üçün verilən müavinətin alınması üçün lazımdır. 08 noyabr 2008-ci ildə Salyan rayonu X6 anadan olmuş oğlu X1 22 fevral 2025-ci il tarixdə Xəzər rayonu, Qala qəsəbəsi, XaşaXuna bağları ərazisində yerləşən Qışlaq qəbiristanlığında dəfn olunmuşdur. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Ərizəçi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmənin 18 aprel 2025-ci il tarixdə keçirilmiş iclasınada ərizəsini müdafiə edərək, 08 noyabr 2008-ci ildə Salyan rayonu X6 anadan olmuş oğlu X1 22 fevral 2025-ci il tarixdə Xəzər rayonu, Qala qəsəbəsi, XaşaXuna bağlarında ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən, işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, oğlu X2 08 noyabr 2008ci il tarixdə Salyan rayonunda anadan olmuşdur. Anası Ərizəçidır. Azərbaycan Respublikası “TƏBİB” publik hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxs 45 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 24 fevral 2025-ci il tarixli məktubdan görünür ki, 08 noyabr 2008-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixində evdə ölmüşdür. Ölümdən sonra Təcili Yardım həkimi tərəfindən həkimə qədər ölüm qeydiyyata alınmışdır.Ölümə səbəb olan hər hansı diaqnozu təsdiq etmək mümkün olmadığına görə poliklinika tərəfindən ölüm haqqında şəhadətnamənin №AZS-106 verilməsinə imtina edilmişdir. 22 fevral 2025-ci il tarixli Təcili və X4 Stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, ölümün ilkin səbəbi həkimə qədər ölüm qeydiyyata alınmışdır. Maraqlı şəxsndən verilmiş 3-16-5/7-15-R-30/2-06/2025 saylı, xx.xx.2025-ci tarixli məktubdan görünür ki, 08 noyabr 2008-ci il təvəllüdlü X1 ölüm faktının qeydə alınmasından imtina olunmuşdur. Salyan Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 08 noyabr 2008-ci il təvəllüdlü X1 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə əldə edilmədiyi üçün qeydə alınmasından imtina olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi oğlu X2 08 noyabr 2008-ci il tarixdə Salyan şəhərində anadan olmuş, xx.xx.2025-ci il tarixdə ölmüş və Xəzər rayonu, Qala qəsəbəsi, XaşaXuna bağları ərazisində yerləşən Qışlaq qəbiristanlığında dəfn olunmuşdur. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə və özünün ifadəsi ilə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum oğlu X1 ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslı olduğundan təmin edilməli və 08 noyabr 2008-ci il təvəllüdlü X1 22 fevral 2025-ci il tarixdə Xəzər rayonu, Qala qəsəbəsi, XaşaXuna bağları ərazisində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 08 noyabr 2008-ci il təvəllüdlü X1 22 fevral 2025-ci il tarixdə Xəzər rayonu, Qala qəsəbəsi, XaşaXuna bağları ərazisində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar