Məhkəmə qərarları › İş №2(057)-1285/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1285/2023

23.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1285/2023 23.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ İ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi rayon məhkəməsinə verdiyi ərizəsində xx.xx.1994-cü ildə anadan olmuş oğlu X3 xx.xx.1999-cu ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birgə mülkiyyətlərində olan Salyan rayonu, Şorsulu kəndində yerləşən 3,37 ha torpaq sahəsi vardır. Həmin torpağa dair JN-0064 nömrəli, KOD 80913018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı mövcuddur. Həmin torpaq sahəsi üçün çıxarış almaq istəmiş, lakin dövlət aktında yoldaşı X4, oğlu X5, mərhum oğlu X9, mərhum oğlu X8 və özünün adları göstərildiyi üçün çıxarış ala bilməmişdir. X9 və X8 vəfat etmişdir. X6 ölüm haqqında şəhadətnaməsi vardır. xx.xx.1994-cü il təvəllüdlü X8 xx.xx.1999-cu ildə vəfat etmiş, ona ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Sonuncu Bakı şəhəri, Nəsimi rayonunda vəfat etmiş, səhlənkarlıq ucbatından dəfndən sonra ölüm haqqında şəhadətnamə almamışlar. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin Salyan şöbəsindən X3 ölüm haqqında şəhadətnaməsi olmadığı üçün çıxarış verilməsinin mümkün olmadığı bildirilmişdir. Maraqlı şəxsnə müraciət etsə də, mərhum oğlu X3 ölümü qeydiyyata alınmadığı üçün ölüm haqqında hər hansı sənədin alınması mümkün olmamış, xx.xx.2021-ci il tarixli, 05/15-437 saylı məktubla məhkəmə qaydasında ölüm faktının təsdiq edilməli olduğu bildirilmişdir.X8 xx.xx.1999-cu ildə vəfat etmiş, Salyan rayonu, Şorsulu kəndində dəfn edilmişdir.Oğlunun ölüm faktını kənd sakinləri də təsdiq edə bilərlər. X2 ölməsi faktı dəfn edildiyi yerin və qəbir abidəsinin fotoşəkillərindən də görünür.Salyan rayon İcra Hakimiyyəti başçısının Şorsulu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin vermiş olduğu 897 saylı, xx.xx.2021-ci il tarixli arayışdan da görünür ki, X8 28 fevral 1999-cu il tarixdə infeksiya xəstəliyindən vəfat etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmədə elan olunmuş Maraqlı şəxs rəisi R.Hüseynov tərəfindən verilmiş 23 iyun 2023-cü il tarixli arayışdan görünür ki, X8 xx.xx.1994-cü ildə Salyan rayonu, Şorsulu kəndində anadan olmuşdur. Məhkəmədə elan olunmuş JN-0064 KOD 80913018 torpağın mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Salyan rayonu Şorsulu kənd sakinləri Ərizəçi, X4, X5, X9 və X3 adına Salyan rayonu Aqrar islahatı komissiyasının 31 yanvar 2001-ci il tarixli, 02 saylı qərarı ilə 3,47 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. Məhkəmədə elan olunmuş Ərizəçi, qonşu X10, qonşu X7 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, xx.xx.1994-cü ildə anadan olmuş oğlu X8, xx.xx.1999-cu ildə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən xəstəxanada vəfat etmiş, ölüm haqqında şəhadətnamə verilməmişdir. Məhkəmədə elan olunmuş Şorsulu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi H.İ.Abdullayev tərəfindən Ərizəçi verilmiş xx.xx.2021-ci il tarixli, 897 nömrəli arayışdan görünür ki, 08 iyul 1985-ci ildə X9 və 18 yanvar 1994-cü ildə X8 anadan olmuşlar.28 fevral 1999-cu ildə məlum olmayan infeksiya xəstəliyindən vəfat etmişlər. Məhkəmədə elan olunmuş Maraqlı şəxs tərəfindən Salyan rayonu, Şorsulu kənd sakini Ərizəçi ünvanlanmış 29 noyabr 2021-ci il tarixli, 05/15-437 nömrəli məktubdan görünür ki, X3 ölümü haqqında akt qeydinin 1996-2002-ci illərə aid Maraqlı şəxs və Şorsulu kənd İƏN-i üzrə xidmətin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sistemində aşkar olunmadığı bildirilmiş və bu barədə məhkəmədə iddia qaldırılması tövsiyə edilmişdir. Məhkəmədə elan olunmuş məzar daşının üzərində olan fotoşəkillərdən görünür ki, X8 xx.xx.1994 tarixdə anadan olmuş və xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki X8 xx.xx.1999-cu ildə Bakı şəhəri, Nəsimi rayonunda xəstəxanada vəfat etmiş, mərhum Şorsulu kəndində dəfn olunmuşdur. xx.xx.1994-cü il tarixdə Salyan rayonu, Şorsulu kəndində anadan olmuş X8 xx.xx.1999-cu il tarixdə vəfat etmiş, lakin onun ölüm faktı qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmamışdır. Ərizəçi oğlunun ölümünün qeyd edilməsi haqqında sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin xx.xx.1994-cü ildə anadan olmuş oğlu X3 xx.xx.1999-cu ildə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar