Məhkəmə qərarları › İş №2(057)-1353/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1353/2023

21.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1353/2023 21.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X2 katibliyiilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Maraqlı şəxs ilə onun arasında uşaqları olan xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il X1 üçün, onlar yetkinlik yaşlarına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər uşaq üçün, hər ay 220 (iki yüz iyirmi) manat olmaqla cavabdeh Maraqlı şəxs tutularaq iddiaçı Ərizəçi ödənilməsi, Mediasiya sazişində üzərinə götürdüyü sazişə uyğun olaraq, Binəqədi rayonu, Çiçək qəsəbəsi (Sulutəpə) X9 yerləşən 3.2 sot həyatyanı sahə ilə birlikdə 100 kv.metrlik 03 otaqlı bir mərtəbəli fərdi yaşayış evinin, uşaqları ilə birlikdə X4 verilməsini və Maraqlı şəxs - Mediasiya sazişində nəzərdə tutulan vaxtlarda övladları ilə görüşə bilməsi barədə X11 Heyətinin xx.xx.2022-ci il tarixli qərarı ilə bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında xx.xx.2022-ci ildə Mediasiya sazişi bağlanmışdır. Həmin sazişin müddəalarına görə, Maraqlı şəxs, aralarında olan və xx.xx.2012-ci il tarixdə Salyan rayon Qaraçala qəsəbə inzibati ərazi nümayəndəliyində 01 saylı akt ilə rəsmləşdirilmiş nikahın pozulmasını öhdəsinə götürmüş, birgə nikah dövründə dünyaya gəlmiş xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X12 oglunun anası Ərizəçi yanında qalmasına razılıq vermiş, yetkinlik yaşına çatmayan X6 və X1 üçün Maraqlı şəxs hər ay 05 04.2022-ci ildən başlayaraq hər ayın 5- 10 aralıgından gec olmamaq şərti ilə 250 manat məbləgində aliment ödəməyi və növbəti illərdə uşaqlar üçün qanunvericilikdə müəyyən edilmiş aylıq yaşayış minimumunun məbləği dəyişdirilərsə Maraqlı şəxs məhkəmədən kənar qaydada alimenti həmin məbləğə uyğunlaşdıracağı barədə üzərinə öhdəlik götürmüş və həmçinin Maraqlı şəxs hazırda Ərizəçi uşaqları ilə birlikdə yaşadığı Binəqədi rayonu, Çiçək qəsəbəsi (Sulutəpə) X9 yerləşən 3.2 sot həyətyanı sahə ilə birlikdə 100 kv.metrlik 03 otaq bir mərtəbədən ibarət bir mərtəbəli fərdi yaşayış evinə dair gələcəkdə hər hansı bir iddia tələbi irəli sürməyəcəyinə və həmin fərdi yaşayış evinin tam maneəsiz birinci tərəfin yəni Ərizəçi sahiblik və istifadəsində olacağına və gələcəkdə həmin fərdi yaşayış evi qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınarsa müvafiq sənədləşdirməni birinci tərəfin, yəni Ərizəçi adına sənədləşdirilməsinə hər hansi bir etiraz olmayacağına dair öhdəlik götürmüşdür. Salyan Rayon Məhkəməsinə nikahın pozulması barədə müraciət etmiş və Salyan Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixdə iddia ərizəsi təmin edərək, xx.xx.2012ciil tarixdə Salyan rayon Qaraçala qəsəbə inzibati ərazi nümayəndəliyində aralarında bağlanmış nikahı ləgv etmişdir. Hal-hazırda Abşeron rayon X7 Heyətində bağlanmış müqavilədə göstərilən, hər uşaq üçün 125 manat aliment məbləği uşaqların heç bir təlabatının ödənilməsinə yetmir. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Hətta Mediasiya sazişində nəzərdə tutulan alimenti belə 120 manatdan az, yəni 70-80 manat ödəyir. Uşaqların bütün qayğı və ehtiyaclarını o çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və təlabat artsada onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi təlabatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Qeyd olunanlarla əlaqədar Mediasiya haqqında Azərbaycan Respublikasının qanunun tələblərinə uyğun olaraq, X5 Heyətinin xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehlə aralarında barışıq sazişi bağlansada cavabdeh Sazişdən irəli gələn öhdəlikləri pozaraq Sazişin könüllü icrasından boyun qaçırmışdır. Ona görə də, hesab edir ki, həmin Saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında tərəflər iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Ərizəçi məhkəməyə teleqram ünvanlayaraq, ərizədə qeyd olunanları təsdiq etdiyini və himayəsində azyaşlı uşağları olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar. Mülki qaydada könüllü razılaşma əsasında xx.xx.2023-cü il tarixdə razılıq və göstərilmiş Siyahı əsasında tərtib olunmuş və hər iki tərəfin imzası ilə imzalanmış sazişə əsasən aralarında xx.xx.2022 -ci ildə Mediasiya sazişi bağlanmışdır. Həmin sazişin müddəalarına görə: 2.1. Ərizəçi ilə Maraqlı şəxs aralarında olan nikahın pozulmasına razılıq verməyi öhdəsinə götürürlər; 2.2. Ərizəçi ilə Maraqlı şəxs ilə aralarında birgə nikahdan dünyaya gəlmiş xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X3 anası Ərizəçi yanında (himayəsində) qalmağına razılıq verir; 2.3. Ərizəçi ilə Maraqlı şəxs qarşılıqlı olaraq razılığa gəlirlər ki, yetkinlik yaşına çatmayan X6, X1 üçün atası Maraqlı şəxs hər ay, aprelin 5-dən başlayaraq hər ayın 5-10 aralığından gec olmamaq şərti ilə 250 (iki yüz əlli) manat məbləğində aliment ödəmək vəzifəsini üzərinə götürür; 2.4. Növbəti illərdə uşaqlar üçün qanunvericilikdə müəyyən edilmiş aylıq yaşayış minimumunun məbləği dəyişdirilərsə, Maraqlı şəxs məhkəmədən kənar qaydada alimenti həmin məbləğə uyğunlaşdırılacağı barədə də öhdəlik götürür; 2.5. Ərizəçi onun himayəsində saxlanılan xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2015ci il təvəllüdlü X3 atası Maraqlı şəxs ilə hər həftənin şənbə bazar günləri ananın iştirakı olmadan ikinci tərəfin yanında,qalmasına və onunla ünsiyyət saxlamasına, qeyri iş günləri olan uzun müddətli bayram günlərinin yarısını atası Maraqlı şəxs ilə ünsiyyətdə olmasının .müəyyən edilməsinə etiraz etmir; 2.6. Ərizəçi onun himayəsində saxlanılan xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2015ef il təvəllüdlü X3 atası Maraqlı şəxs ilə hər gün telefon vasitəsi ilə ünsiyyətdə olmasına etiraz etmir; 2.7. İkinci tərəf Maraqlı şəxs, hazırda birinci tərəfin, Ərizəçi uşaqları ilə birlikdə yaşadığı Binəqədi rayonu, Çiçək qəsəbəsi (Sulutəpə), X9 yerləşən 3.2 sot həyətyanı sahə ilə birlikdə, 100 kv.metrlik 3 (üç) otaq 1 (bir) mətbəxdən ibarət bir mərtəbəli fərdi yaşayış evinə dair gələcəkdə hər hansı bir iddia tələbi irəli sürməyəcəyinə və həmin fərdi yaşayış evinin tam maneyəsiz birinci tərəfin sahiblik və istifadəsində olacağına və gələcəkdə həmin fərdi yaşayış evi qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınarsa müvafiq sənədləşdirmənin birinci tərəfin adına sənədləşdirilməsinə hər hansı bir etirazı olmayacağına dair öhdəlik götürür. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2(057)-261/2023 saylı qətnaməsinin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında Salyan rayon Qaraçala qəsəbə inzibati ərazi nümayəndəliyində xx.xx.2012-ci il tarixdə, 01 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında Ərizəçi ilə Maraqlı şəxs ilə aralarında olan və xx.xx.2012-ci il tarixdə Salyan rayon Qaraçala qəsəbə inzibati ərazi nümayəndəliyində 01 saylı akt ilə rəsmləşdirilmiş nikahın pozulmasını öhdəsinə götürməsi, birgə nikah dövründə dünyaya gəlmiş xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X3 anası Ərizəçi yanında qalmasına razılıq vermiş, yetkinlik yaşına çatmayan X6 və X1 üçün Maraqlı şəxs hər ay xx.xx.2022-ci ildən başlayaraq hər ayın 5-10 aralıgından gec olmamaq şərti ilə 250 manat məbləgində aliment ödəməsi, növbəti illərdə uşaqlar üçün qanunvericilikdə müəyyən edilmiş aylıq yaşayış minimumunun məbləği dəyişdirilərsə Maraqlı şəxs Hüsüynbala oğlu məhkəmədən kənar qaydada alimenti həmin məbləğə uyğunlaşdıracağı barədə üzərinə öhdəlik götürməsi, həmçinin Maraqlı şəxs hazırda Ərizəçi uşaqları ilə birlikdə yaşadığı Binəqədi rayonu, Çiçək qəsəbəsi (Sulutəpə) X9 yerləşən 3.2 sot həyətyanı sahə ilə birlikdə 100 kv.metrlik 3 otaq bir mərtəbədən ibarət bir mərtəbəli fərdi yaşayış evinə dair gələcəkdə hər hansı bir iddia tələbi irəli sürməyəcəyinə və həmin fərdi yaşayış evinin tam maneəsiz birinci tərəfin yəni Ərizəçi sahiblik və istifadəsində olacağına və gələcəkdə həmin fərdi yaşayış evi qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınarsa müvafik sənədləşdirməni birinci tərəfin, yəni Ərizəçi adına sənədləşdirilməsinə hər hansi bir etiraz olmayacağına barədə razılıq əldə edilmişdir. Hazırda ərizəçi xx.xx.2022-ci il tarixli Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişini məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, işin materiallarından müəyyən edilir ki, sözü gedən xx.xx.2022-ci il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi - Ərizəçi ilə Maraqlı şəxs aralarında olan və xx.xx.2012-ci il tarixdə Salyan rayonu, Qaraçala qəsəbə inzibati ərazi nümayəndəliyində 01 saylı akt ilə rəsmləşdirilmiş nikahın pozulmasını öhdəsinə götürməsi, birgə nikah dövründə dünyaya gəlmiş xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X12 oglunun anası Ərizəçi yanında qalmasına razılıq vermiş, yetkinlik yaşına çatmayan X6 və X12 oglunun saxlanması üçün Maraqlı şəxs hər ay xx.xx.2022-ci ildən başlayaraq hər ayın 5-10 aralığından gec olmamaq şərti ilə 250 manat məbləgində aliment ödəməsi, növbəti illərdə uşaqlar üçün qanunvericilikdə müəyyən edilmiş aylıq yaşayış minimumunun məbləği dəyişdirilərsə Maraqlı şəxs Hüsüynbala oğlu məhkəmədən kənar qaydada alimenti həmin məbləğə uyğunlaşdıracağı barədə üzərinə öhdəlik götürməsi, həmçinin Maraqlı şəxs hazırda Ərizəçi uşaqları ilə birlikdə yaşadığı Binəqədi rayonu, Çiçək qəsəbəsi (Sulutəpə) X9 yerləşən 3.2 sot həyətyanı sahə ilə birlikdə 100 kv.metrlik 03 otaq bir mərtəbədən ibarət bir mərtəbəli fərdi yaşayış evinə dair gələcəkdə hər hansı bir iddia tələbi irəli sürməyəcəyinə və həmin fərdi yaşayış evinin tam maneəsiz birinci tərəfin yəni Ərizəçi sahiblik və istifadəsində olacağına və gələcəkdə həmin fərdi yaşayış evi qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınarsa müvafik sənədləşdirməni birinci tərəfin, yəni Ərizəçi adına sənədləşdirilməsinə hər hansi bir etiraz olmayacağı hissələrində təsdiq edilməsi nəticəsinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 355-23- 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq Sazişi - aşağıdakı şərtlərlə təsdiq edilsin: “Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X3 anası Ərizəçi yanında (himayəsində) qalmağına razılıq verir; Maraqlı şəxs yetkinlik yaşına çatmayan X6, X1 üçün hər ay, aprelin 5-dən başlayaraq hər ayın 5-10 aralığından gec olmamaq şərti ilə 250 (iki yüz əlli) manat məbləğində aliment ödəməyi öhdəsinə götürür; Növbəti illərdə uşaqlar üçün qanunvericilikdə müəyyən edilmiş aylıq yaşayış minimumunun məbləği dəyişdirilərsə, Maraqlı şəxs məhkəmədən kənar qaydada alimenti həmin məbləğə uyğunlaşdırılacağı barədə də öhdəlik götürür; Ərizəçi onun himayəsində saxlanılan xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X3 atası Maraqlı şəxs ilə hər həftənin şənbə bazar günləri ananın iştirakı olmadan ikinci tərəfin yanında, qalmasına və onunla ünsiyyət saxlamasına, qeyri iş günləri olan uzun müddətli bayram günlərinin yarısını atası Maraqlı şəxs ilə ünsiyyətdə olmasının müəyyən edilməsinə etiraz etmir; Ərizəçi onun himayəsində saxlanılan xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X3 atası Maraqlı şəxs ilə hər gün telefon vasitəsi ilə ünsiyyətdə olmasına etiraz etmir; Maraqlı şəxs, Ərizəçi uşaqları ilə birlikdə yaşadığı Binəqədi rayonu, Çiçək qəsəbəsi (Sulutəpə), X9 yerləşən 3.2 sot həyətyanı sahə ilə birlikdə, 100 kv.metrlik 3 (üç) otaq 1 (bir) mətbəxdən ibarət bir mərtəbəli fərdi yaşayış evinə dair gələcəkdə hər hansı bir iddia tələbi irəli sürməyəcəyinə və həmin fərdi yaşayış evinin tam maneyəsiz birinci tərəfin sahiblik və istifadəsində olacağına və gələcəkdə həmin fərdi yaşayış evi qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınarsa müvafiq sənədləşdirmənin birinci tərəfin adına sənədləşdirilməsinə hər hansı bir etirazı olmayacağına dair öhdəlik götürür”. Alimentin aylıq tutulması vaxtı 05 aprel 2023-cü il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar