Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1374/2025 16.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış “Barışıq Sazişi”-nin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, X2 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli onunla Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə ailə qurararaq, rəsmi nikahda olmuşlar. Birgə nikahdan xx.xx.2014-cü il tarixdə X6 adlı və xx.xx.2017-ci il tarixdə X4 adlı övladları dünyaya gəlmişdir. Xasiyyətlərinin uyuşmaması nəticəsində faktiki olaraq ayrılmışlar və Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(022)-1934/2024 saylı qətnaməsi ilə nikah pozulmuş, həmin qətnamə ilə uşaqların onun yanında saxlanılması müəyyən edilmişdir. Mediasiya prosesi zamanı xx.xx.2024-cü il tarixli Barışıq sazişi imzalanmış və həmin saziş üzrə Maraqlı şəxs hər ay əmək haqqının 1/3 hissəsində alimentin ödənilməsinə dair öz üzərinə öhdəlik götürmüşdür. Artıq xeyli vaxtdır ki, Maraqlı şəxs barışıq sazişinin şərtlərinə riayət etmir və üzərinə götürdüyü öhdəliyi icra etmir. Odur ki, mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinin “1.2 Ərizəçi ilə Maraqlı şəxs birgə nikahından doğulmuş xx.xx.2014-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay əmək haqqının 1/3 hissəsinə yönəlməklə aliment ödəməyi öhdəsinə götürür”. məzmunda 1.2-ci bəndinin təsdiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında maraqlı şəxs iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; X2 tərəfindən xx.xx.2024-cü ildə Ərizəçi ilə Maraqlı şəxs arasında barışıq sazişindən görünür ki, tərəflər 30 may 2014-ci il tarix Salyan rayon Şorsulu kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən ******* №li qeydi ilə rəsimləşdirilmiş nikahlarının pozulmağına barışıq üçün 3 ( üç) ay vaxt verilmədən razılı verir. Ərizəçi nikahın pozulması üçün məhkəməyə müraciət edəcəkdir. 1.1. Nikah pozulduqdan sonra Ərizəçi ilə Maraqlı şəxs birgə nikahından doğulmuş xx.xx.2014-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci təvəllüdi X4 ana Ərizəçi yanında qalmasına Maraqlı şəxs razılıq verir. 1.2. Ərizəçi ilə Maraqlı şəxs birgə nikahından doğulmuş xx.xx.2014-ci il təvəllüdlü X7 və xx.xx.2017- ci təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay əmək haqqının 1/3 hissəsinə yönəlməklə aliment ödəməyi öhdəsinə götürür. Barışıq Sazişi Maraqlı şəxs tərəfindən alimentin tutulmasından ötrü "xxxx" MMC-nin mühasibatlığına təqdim olunur. Aliment hər ay Ərizəçi tərəfindən "xxxx" MMC-nin mühasibatlığına təqdim olunmuş bank hesab kartına ödənilir. Salyan rayon Məhkəməsinin 2(057)-1934/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında xx.xx.2014-cü il tarixdə Salyan rayon Şorsulu kənd İƏN-də qeydiyyata alınmış 11 nömrəli akt qeydinə əsasən nikah pozulmuş və və birgə nikahdan doğulmuş xx.xx.2014-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci təvəllüdlü X1 Gülçin Elçin qızının yanında saxlanılması müəyyən edilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.2-1-ci maddəsinə əsasən, tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 305.1.17-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355- 26.1.1 barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2 barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən, Barışıq Sazişinin bir hissəsinin təsdiq edilməsinə o halda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında tərəflər alimentin təhsil müddəti dövründə də davam etdirilməsi ilə bağlı razılığa gəlmişdirlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi, Mülki Prosessual Məcəlləyə əsasən, tərəflər məhkəmə mübahisələrini öz aralarında barışıq sazişi bağlamaqla həll edə bilərlər. Əgər tərəflər müəyyən bir öhdəliyin (bu işdə alimentin təhsil müddətində ödənilməsi) icrası barədə könüllü razılığa gəliblərsə, bu, onların iradəsini əks etdirir. Məhkəmə iclasında maraqlı şəxs sazişdəki imzanın ona aid olmadığını bildirsə də, bununla bağlı məhkəmə qeyd edir ki, əgər şəxs sazişin etibarsız olduğunu iddia edirsə, bunun üçün məhkəməyə müraciət edərək, sazişin və ya imzanın saxtalaşdırıldığını sübut etməlidir. Hazırki halda, maraqlı şəxs barışıq sazişini məhkəmə qaydasında mübahisələndirmədiyi üçün onun etibarlılığı hüquqi baxımdan qüvvədədir və icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, müqavilələr (o cümlədən barışıq sazişləri) tərəflərin qarşılıqlı razılığı ilə bağlanır və onlar üçün məcburi qüvvəyə malik olur. Maraqlı şəxsin sonradan ödənişdən imtina etməsi birtərəfli qaydada barışıq sazişini ləğv etmək hüququ vermir. Mülki Prosessual Məcəllənin müvafiq maddələrinə əsasən, əgər barışıq sazişi qanunvericiliyə və üçüncü şəxslərin hüquqlarına zidd deyilsə, barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, işin materiallarından müəyyən edilir ki, sözü gedən xx.xx.2024-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişi təsdiq edilməli, maraqlı şəxsə Barışıq Sazişini məhkəmə qaydasında mübahisələndirmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişi - aşağıdakı şərtlərlə təsdiq edilsin: Tərəflər Ərizəçi və Maraqlı şəxs 30 may 2014-cü il tarixdə Salyan rayon Şorsulu kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən ******* №li qeydi ilə rəsimləşdirilmiş nikahlarının pozulmağına barışıq üçün 3 ( üç) ay vaxt verilmədən razılı verir. Ərizəçi nikahın pozulması üçün məhkəməyə müraciət edəcəkdir. 1.1. Nikah pozulduqdan sonra Ərizəçi ilə Maraqlı şəxs birgə nikahından doğulmuş xx.xx.2014-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci təvəllüdi X4 ana Ərizəçi yanında qalmasına Maraqlı şəxs razılıq verir. 1.2. Ərizəçi ilə Maraqlı şəxs birgə nikahından doğulmuş xx.xx.2014-ci il təvəllüdlü X7 və xx.xx.2017- ci təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay əmək haqqının 1/3 hissəsinə yönəlməklə aliment ödəməyi öhdəsinə götürür. Barışıq Sazişi Maraqlı şəxs tərəfindən alimentin tutulmasından ötrü "xxxx" MMC-nin mühasibatlığına təqdim olunur. Aliment hər ay Ərizəçi tərəfindən "xxxx" MMC-nin mühasibatlığına təqdim olunmuş bank hesab kartına ödənilir. Alimentin tutulması vaxtı xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-1374/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1374/2025
16.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver