Məhkəmə qərarları › İş №2(057)-1389/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1389/2024

25.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1389/2024 25.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına” dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına” dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı 1975-ci ildə anadan olmuş, Salyan rayonunun Düzənlik kəndində yaşamış X7 04 sentyabr 2008-ci ildə ölməsi faktının təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o 1963-cü ildə Salyan rayonunda anadan olmuş, hazırda Salyan rayonu, Düzənlik kəndində yaşayır. X11 onun doğma qardaşıdır. O 1975-ci ildə anadan olmuşdur. Həmişə də Düzənlik kəndində yaşamışdır. Elman atalarına məxsus evdə yaşamışdır. Ailə qurmamış, yalnız valideynlərinin himayəsində yaşamışdır. Qardaşı Elman 04 sentyabr 2008-ci ildə uzun sürən xəstəlikdən sonra Düzənlik kəndində vəfat etmişdir. Onlar onu Şirvan şəhər qəbiristanlığında dəfn etmişlər, həmin qəbristanlıqda onun dəfn olunduğu yer və başdaşı mövcuddur. Həmin vaxtlar dəfn işləri ilə məşğul olduqlarından qardaşının ölüm faktını rəsmi qeyd etdirməmiş və ölüm barədə şəhadətnamə almamışlar. Son günlərdə qardaşı Elmanın ölüm haqqında şəhadətnaməsinə ehtiyyac olduğu üçün Yolüstü kənd İƏN-nə müraciət etdikdə onlara Maraqlı şəxsnə müraciət etmələrini bildirmişlər. Onlar ölüm şəhadətnaməsini almaq üçün Salyan rayon QŞ-nə rəsmi ərizə ilə müraciət etdikdə isə onlara 27 may 2024-cü il tarixli, 316-5/8-15-H-50/2024 saylı məktubla rəsmi cavab verilmişdir ki, həmin şəhadətnamənin verilməsindən imtina olunur və bu barədə aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etməlisiniz. Bildirir ki, qardaşı Elmanın 04 sentyabr 2008-ci ildə ölməsi ilə bağlı Yolüstü kənd İnzibati Ərazi Nümayəndəliyindən rəsmi arayış almışdır. Eləcə də, onun ölüm faktını təsdiq edən 3 nəfərin iştirakı ilə Yolüstü kənd İƏN-də akt tərtib etmişlər və baş daşının fotoşəkili çəkilmişdir. Akt təsdiq edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 izahatında bildirmişdir ki, X11 daş karyerində işləyərkən xəstələnmiş, uzun müddət müalicə olunsa da sağalmamış və 2008-ci ildə vəfat etmişdir. Elmanın dəfinində iştirak etmişdir. Elman Şirvan şəhərində onun böyüklərinin dəfin olunduğu yerə yaxın ərazidə dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 izahatında bildirmişdir ki, X3 onun bibisinin oğludur. 2008-ci ilin sentyabr ayında vəfat etmiş, onun dəfində iştirak etmişdir. X14 Şirvan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçi və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27 may 2024-cü il tarixli Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan müəyyən olunur ki, müraciətdə iddia edilən ölüm faktını təsdiq edən həkim şəhadətnaməsi əlavə edilməmiş, eyni zamanda verdikləri məlumatda, ölüm haqqında tibbi şəhadətnamənin alınmadığı və ölümün qeydiyyatının aparılmadığı bildirilmiş, eyni zamanda xx.xx.1975-ci il təvəllüdlü X7 ölümü haqqında akt qeydi 2006- 2012-ci illərə aid Maraqlı şəxs, Salyan rayon Varlı kənd İƏN-i üzrə şöbənin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən, iddia edilən ölüm faktının qeydə alınmasından imtina olunaraq, məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. İş materiallarında olan Salyan rayon Düzənlik kənd sakinləri X1, X8, X2 iştirakları ilə 27 may 2024-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, X3 04 sentyabr 2008-ci il tarixdə Salyan rayon Düzənlik kəndində vəfat etmişdir və mərhum Şirvan şəhər qəbiristanlığında dəfn olunmuşdur. X3 ölən günədək Salyan rayonu, Düzənlik kəndində yaşamışdır. İş materiallarında olan X4 ksero surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü ildə anadan olmuşdur. İş materiallarında olan X5 görünür ki, X11 xx.xx.1975-ci ildə anadan olmuşdur. İş materiallarında olan 2 ədəd məzar daşının fotoşəkillərindən görünür ki, X11 xx.xx.1975-ci ildə anadan olmuş, xx.xx.2008-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş torpağa mülkiyyət hüququna dair JN-0334, Kod 80904037 saylı dövlət aktından görünür ki, Ərizəçi, X10, X9 Salyan rayonu İİ Dövlət Notariat Kontorunun 30 dekabr 2023-cü il tarixli 4-Ə-274 saylı alqı-satqı aktı ilə 1.13 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X11 xx.xx.1975-ci il tarixdə Sabirabad rayonu, Minbaşı kəndində anadan olmuş və xx.xx.2008-ci ildə vəfat etmişdir. Mərhum Şirvan şəhərində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Lakin onun ölüm faktı qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmamışdır. Ərizəçi qardaşının ölümünün qeyd edilməsi haqqında sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X7 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi qardaşı X7 xx.xx.2008-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə xx.xx.1975-ci il təvəllüdlü, Sabirabad rayonu, Minbaşı kəndində doğulmuş X7 xx.xx.2008-ci il tarixdə Salyan rayonu, Düzənlik kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1975-ci il təvəllüdlü, Sabirabad rayonu, Minbaşı kəndində doğulmuş X7 xx.xx.2008-ci il tarixdə Salyan rayonu, Düzənlik kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar