Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1411/2024 18.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi vəkil Hənifəli Elman Tahir oğlunun iştirakları ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi nümayəndəsi vəkil Nümayəndə “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1970-ci ildə Salyan şəhərində anadan olmuş əri X2 xx.xx.2018-ci ildə Salyan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1971-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Rəsmi olaraq X5 adlı şəxslə ər-arvad münasibətlərində olmuşlar. Bu rəsmi nikahdan 21 oktyabr 1999-cu ildə X8 anadan olmuşdur. Uşağın atası vəfat etdiyinə görə doğum haqqında şəhadətnamə ala bilməmişlər. İki uşaqlarına da doğum haqqında şəhadətnamə almış: xx.xx.1990-cı il təvəllüdlü Loğman, xx.xx.1996-cı il təvəllüdlü Şəfiqə. Onların sənədləri qaydasındadır. Bildirir ki, xx.xx.1970-ci ildə Salyan şəhərində anadan olmuş əri X5 xx.xx.2018-ci ildə Salyan şəhərində vəfat etmişdir. Lakin həmin vaxt ölümün qeydiyyatı üçün sənədləşdirmə işlərinin aparılmalı olduğunu bilmədikləri üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə tərəflərindən aidiyəti orqanlara müraciət olunmamışdır. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda ölüm faktının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin təqdim olunmaması əsas göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Beləliklə, hazırda əri X2 ölümü barədə lazımi sənədin olmaması ona və digər ailə üzvlərinə ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Bildirir ki, əri X1 şəhərində vəfat etmiş və şəhər qəbristanlığında dəfn olunmuşdur. Qonşuluqlarında yaşayan müvafiq yaş qrupuna mənsub bütün sakinlər əri X2 ölüm faktını təsdiq edə bilərlər. Eyni zamanda bu ölüm faktı ilə bağlı yuxarıda qeyd etdiyi məlumatlar həm də Salyan şəhər İƏN-i tərəfindən verilmiş sənəddə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, yoldaşından ona ev qalmışdır. Lakin həmin evdə heç kim yaşamır. Qaynatası və qaynanası da vəfat etmişlər. Baldızının biri Sumqayıt şəhərində yaşayır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi vəkil Nümayəndə ərizəni müdafiə edərək, xx.xx.1970-ci ildə Salyan şəhərində anadan olmuş X2 xx.xx.2018-ci ildə Salyan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X11 izahatında bildirmişdir ki, mərhum X5 onun əmisidir. Onlar bir heyətdə yaşayıblar. Əmisi spirtli içki düşgünü olduğundan evdə tək yaşayırmış. Həyətdə heyvanlar üçün ot dağradıqdan sonra evə geləndə əmisinin öldüyünü görmüşdür. Əmisi Salyan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Əmisinin evi övladlarına qalıb. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 izahatında bildirmişdir ki, mərhum X5 onun qayınıdır. Kamil 2018-ci ildə vəfat etmişdir. Salyan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Kamilin ölümündən sonra evə heç kim baxmır. Məhkəmə ərizəçi və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan X7 Şəhadətnamədən görünür ki, X5 ilə Cəbrayılova Nazdı İsam qızı arasında nikah 21 iyun 1989-cu ildə Salyan rayon VVAQ Şöbəsində bağlanmışdır. İş materiallarında olan X3 görünür ki, X5 15 dekabr 1970-ci ildə Salyan şəhərində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “TƏBİB” X21 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X18 Ərizəçi ünvanladığı 27 mart 2024-cü il tarixli məktubundan görünür ki, 1970-ci il təvəllüdlü X2 ölümü haqqında “Salyan Rayon Mərkəzi Xəstəxanası” X20 və onun tabeçiliyində olan səhiyyə müəsissələri tərəfindən “X10” təqdim edilməmiş və həmin şəxsin vəfat etməsini təsdiq edən hüquqi sənəd mövcud deyildir. Əlavə olaraq bildirmişlər ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 21 yanvar 2018-ci il 5 №-li qərarına əsasən “İnsanın ölüm anının müəyyən edilməsi reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə qərarına əsasən, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı məhkəməyə müraciət etməsi məqsədəmüvafiqdir. İş materiallarında olan 05 aprel 2024-cü il tarixli Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan müəyyən olunur ki, müraciətdə iddia edilən ölüm faktını təsdiq edən həkim şəhadətnaməsi əlavə edilməmiş, eyni zamanda verdikləri məlumatda, ölüm haqqında tibbi şəhadətnamənin alınmadığı və ölümün qeydiyyatının aparılmadığı bildirilmiş, eyni zamanda 2018-ci ildən xx.xx.2024-cü il tarixədək “Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış və xx.xx.1970-ci il təvəllüdlü X2 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən, iddia edilən ölüm faktının qeydə alınmasından imtina olunaraq, məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 941 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavadov Nazdı İsam qızı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 544 nömrəli evdə yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin ksero surətlərindən görünür ki, Cavadov Nazdı İsam qızı ilə X2 birgə nikahlarından xx.xx.1990-cı il təvəllüdlü X12 və xx.xx.1996-cı il təvəllüdlü X9 doğulmuşdur. İş materiallarında olan 2 ədəd məzar daşının fotoşəkillərindən görünür ki, X5 xx.xx.1970-ci ildə anadan olmuş, xx.xx.2018-ci ildə vəfat etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X5 xx.xx.1970-ci il tarixdə Salyan şəhərində anadan olmuş və xx.xx.2018-ci ildə vəfat etmişdir. Mərhum Salyan şəhərində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Lakin onun ölüm faktı qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmamışdır. Ərizəçi ərinin ölümünün qeyd edilməsi haqqında sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin X10nin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi əri X2 xx.xx.2018-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə xx.xx.1970-ci il təvəllüdlü, Salyan şəhərində doğulmuş X2 xx.xx.2018-ci il tarixdə Salyan şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1970-ci il təvəllüdlü, Salyan şəhərində doğulmuş X2 xx.xx.2018-ci il tarixdə Salyan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1411/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1411/2024
18.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver