Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1485/2025 21.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (anası) Dadaşova İlqarə Boris qızının iştirakı ilə Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış “Barışıq Sazişi”-nin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, mediator X6 tərəfindən təsdiq edilmiş ******* saylı xx.xx.2024-cü il tarixli onunla Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “mediator X6 tərəfindən xx.xx.2024-cü il tarixli Ərizəçi ilə Maraqlı şəxs aşağıdakı razılığa gəldilər: 1.1 Ərizəçi ali təhsil aldığı müddət ərzində 2026-cı ilin iyul ayına qədər hər ay 525 manat aliment ödəməyi Maraqlı şəxs öz üzərinə götürür. 1.2 Maraqlı şəxs tərəfindən bu Barışıq Sazişi icra edilməsi üçün iş yeri olan Azərbaycan Şəkər İstehsalat Birliyi MMC-yə təqdim edilir və bu Saziş göstərilən 525 manat məbəğin əmək haqqından tutulması üçün əsas hesab edilir. 1.3 Aliment hər ay Azərbaycan Şəkər İstehsalat Birliyi MMC tərəfindən Maraqlı şəxs əmək haqqı ödənilən zaman 525 manat tutularaq Ərizəçi aid “Kapital Bank”a məxsus **********639254 hesab kartına köçürülür. Qarşılıqlı razılığa əsasən Ərizəçi ilə Maraqlı şəxs qeyd olunan kimi aliment ödənilməsinə etiraz etməmişdir. Maraqlı şəxs tərəfindən qeyd olunmuş xx.xx.2024-cü il tarixdə alimenti ödəyəcəyi gün keçməsinə baxmayaraq barışıq sazişi könüllü icra edilməmişdir. Biz ayrı yaşayırıq və uşaqlarımın saxlanılması üçün aliment mənə ödənilməlidir. Barışıq Sazişinin şərtlərinə və göstərilənlərə görə də, gələcəkdə alimentin vaxtında davamlı ödənilməsi üçün saziş məhkəmə tərəfindən təsdiq edilməsi mütləqdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (anası) X5 bildirmişdir ki, ərizəni müdafiə edir. Borclunun banka borcu var. Bank borcu tutulur ona görə köməklik edə bilmir. Maraqlı şəxs X1 məhkəməyə poçt vasitəsi ilə teleqram ünvanlayaraq göstərmişdir ki, o, İmişli rayonunda kəllə qəndi istehsalı sahəsində çalışdığı üçün təyin olunan məhkəmədə iştirak edə bilməyəcəkdir. Üzrlü sayaraq vətəndaşın tələbinin təmin olunmasını və hər hansı bir etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 355-23.1-ci maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maraqlı şəxs tərəfindən barışıq sazişinin könüllü icrasından imtina edilməsinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Saziş üzrə tərəflər üzərinə götürdüyü öhdəliklərə əməl etməlidirlər. Maraqlı şəxs tərəfindən sazişin şərtlərinə əməl edilməməsi aşkardır. Məhkəmə bildirir ki, hazırki mülki iş üzrə sazişin prosessual baxımdan etibarlılığı halları yoxlanılır. Əgər sözügedən saziş etibarlı deyildir ki, kateqoriya olaraq əhəmiyyətsiz (puç) deyil, mübahisələndirilən əqd nöqteyi-nəzərdən etibarsız hesab edilə bilər ki, (aldatma əsası ilə), bu xüsusatın hazırki ərizəyə baxılması çərçivəsində (10 gün) araşdırılmaslı mümkün deyildir. Hazırki icraatda məhz sazişin prosessual baxımdan təsdiq edilməsi xüsusatı yoxlanılır. Lakin, həmin sazişin etibarsızlığının ayrıca icraat qaydasında mübahisələndirilməsi yolveriləndir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, ərizəni və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2024-cü il tarixli Barışıq sazişindən görünür ki, Ərizəçi ali təhsil aldığı müddət ərzində 2026-cı ilin iyul ayına qədər hər ay 525 manat aliment ödəməyi Maraqlı şəxs öz üzərinə götürür. Maraqlı şəxs tərəfindən bu Barışıq Sazişi icra edilməsi üçün iş yeri olan Azərbaycan Şəkər İstehsalat Birliyi MMC-yə təqdim edilir və bu Saziş göstərilən 525 manat məbəğin əmək haqqından tutulması üçün əsas hesab edilir. Aliment hər ay Azərbaycan Şəkər İstehsalat Birliyi MMC tərəfindən Maraqlı şəxs əmək haqqı ödənilən zaman 525 manat tutularaq Ərizəçi aid “Kapital Bank”a məxsus **********639254 hesab kartına köçürülür. X4 Şəhadətnamənin ksero surətindən görünür ki, Maraqlı şəxs və X2 birgə nikahı Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Məhkəmə qeyd edir ki, MPM-in 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. MPM-in 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. MPM-in 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. MPM-in 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. MPM-in 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355- 26.1.1 barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2 barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. MPM-in 355-26.2-ci maddəsinə əsasən Barışıq Sazişinin bir hissəsinin təsdiq edilməsinə o halda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə Barışıq Sazişi bağlanmış və Barışıq Sazişi əsasında “Ərizəçi ali təhsil aldığı müddət ərzində 2026-cı ilin iyul ayına qədər hər ay 525 manat aliment ödəməyi Maraqlı şəxs öz üzərinə götürür. Maraqlı şəxs tərəfindən bu Barışıq Sazişi icra edilməsi üçün iş yeri olan Azərbaycan Şəkər İstehsalat Birliyi MMC-yə təqdim edilir və bu Saziş göstərilən 525 manat məbəğin əmək haqqından tutulması üçün əsas hesab edilir. Aliment hər ay Azərbaycan Şəkər İstehsalat Birliyi MMC tərəfindən Maraqlı şəxs əmək haqqı ödənilən zaman 525 manat tutularaq Ərizəçi aid “Kapital Bank”a məxsus **********639254 hesab kartına köçürülür” barədə razılıq əldə edilmişdir. Hazırda ərizəçi xx.xx.2024-cü il tarixli Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişini məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, işin materialları müəyyən edilir ki, sözü gedən xx.xx.2024-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi MPM-in 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişi - “Ərizəçi ali təhsil aldığı müddət ərzində 2026-cı ilin iyul ayına qədər hər ay 525 manat aliment ödəməyi Maraqlı şəxs öz üzərinə götürür. Maraqlı şəxs tərəfindən bu Barışıq Sazişi icra edilməsi üçün iş yeri olan Azərbaycan Şəkər İstehsalat Birliyi MMC-yə təqdim edilir və bu Saziş göstərilən 525 manat məbəğin əmək haqqından tutulması üçün əsas hesab edilir. Aliment hər ay Azərbaycan Şəkər İstehsalat Birliyi MMC tərəfindən Maraqlı şəxs əmək haqqı ödənilən zaman 525 manat tutularaq Ərizəçi aid “Kapital Bank”a məxsus **********639254 hesab kartına köçürülür” hissəsində təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23-355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişi:
1. “Ərizəçi ali təhsil aldığı müddət ərzində 2026-cı ilin iyul ayına qədər hər ay 525 manat aliment ödəməyi Maraqlı şəxs öz üzərinə götürür.
2. Maraqlı şəxs tərəfindən bu Barışıq Sazişi icra edilməsi üçün iş yeri olan Azərbaycan Şəkər İstehsalat Birliyi MMC-yə təqdim edilir və bu Saziş göstərilən 525 manat məbəğin əmək haqqından tutulması üçün əsas hesab edilir.
3. Aliment hər ay Azərbaycan Şəkər İstehsalat Birliyi MMC tərəfindən Maraqlı şəxs əmək haqqı ödənilən zaman 525 manat tutularaq Ərizəçi aid “Kapital Bank”a məxsus **********639254 hesab kartına köçürülür” hissəsində təsdiq edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ənnağı Məmmədli