Məhkəmə qərarları › İş №2(057)-1495/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1495/2025

23.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1495/2025 23.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış “Barışıq Sazişi”-nin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, X3 tərəfindən təsdiq edilmiş ******* saylı xx.xx.2025-ci il tarixli onunla Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli onunla Maraqlı şəxs arasında bağlanmış barışıq sazişi təsdiq edilməklə qarşılıqlı razılığa əsasən Salyan rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(057)-752/2018 saylı qətnaməsi ilə Ərizəçi qızı ilə Maraqlı şəxs birgə nikahından anadan olmuş xx.xx.2009-cü il təvəllüdlü X1 üçün hər ay Maraqlı şəxs 147 (bir yüz qırx yeddi) manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarını hər ay sabit pul məbləğində olmaqla 600 (altı yüz) manat pulu Ərizəçi ödənilməsini öhdəsinə götürür. 1.2. Alimentin artırılmış məbləğdə ödənilməsi 2025-ci ilin aprel ayından başlayaraq hər ayın son 10 günlüyündə Ərizəçi məxsus bank kartına ödənilməsini ilə Maraqlı şəxs öz üzərinə götürür. Öhdəliyin bir dəfə yerinə yetirilməməsi Ərizəçi hüquq verir ki, barışıq sazişinin təsdiq edilməsi üçün salyan rayon Məhkəməsinə ərizə ilə müraciət etsin. Maraqlı şəxs tərəfindən qeyd olunmuş xx.xx.2025-ci il tarixdə alimenti ödəyəcəyi gün keçməsinə baxmayaraq barışıq sazişi könüllü icra edilməmişdir. Barışıq Sazişinin şərtlərinə görə sazişin məhkəmə tərəfindən təsdiq edilməsi mütləqdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi barışıq sazişi barədə ərizəsini müdafiə edərək, təsdiq olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, tələbin təmin olunmasına etirazının olmadığını qeyd etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Salyan rayon Qeydiyyat şöbəsinin rəisi R.Hüseynov tərəfindən verilmiş 09 iyul 2020ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında Salyan Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsinə əsasən 28 iyun 2018-ci il tarixdə tərəflər arasındakı nikaha xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 09 iyul 2020-ci il tarixli 84 nömrə ilə qeydiyyata alınmışdır. Salyan rayon Məhkəməsinin 2(057)-752/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında xx.xx.2002-ci il tarixdə Salyan rayonu VVADQ şöbəsi tərəfindən rəsmiləşdirilmiş nikah pozulmuş və və birgə nikahdan doğulmuş 17 dekabr 2002-ci il təvəllüdlü X4, 07 avqust 2004-cü il təvəllüdlü X5 və 30 iyul 2009-cu il təvəllüdlü X6 anaları Ərizəçi yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 30 mart 2018-ci il tarixdən başlayaraq atası Maraqlı şəxs hər ay hər uşaq üçün 147 manat olmaqla, cəmi 440 manat məbləğində aliment və anadan gəlmə ürək qüsurlu olan X2 müayinə və müalicəsi üçün əlavə xərclərə cəlb etməklə hər ay cavabdeh Maraqlı şəxs əlavə olaraq 80 manat məbləğində pul alınıb, iddiaçı Ərizəçi xeyrinə verilməsi qət edilmişdir. X3 tərəfindən xx.xx.2025-ci ildə Ərizəçi ilə X6 arasında bağlanmış barışıq sazişindən görünür ki; 1.1 Tərəflər qarşılıqlı razılığa əsasən Salyan rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(057)-752/2018 saylı qətnaməsi ilə Ərizəçi ilə Maraqlı şəxs birgə nikahından anadan olmuş xx.xx.2009-cü il təvəllüdlü X1 üçün hər ay Maraqlı şəxs 147 (bir yüz qırx yeddi) manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarını hər ay sabit pul məbləğində olmaqla 600 (altı yüz) manat pulun Ərizəçi ödənilməsini öhdəsinə götürür. 1.2 Alimentin artırılmış məbləğdə ödənilməsi 2025-ci ilin aprel ayından başlayaraq hər ayın son 10 günlüyündə Ərizəçi məxsus bank kartına ödənilməsini Maraqlı şəxs öz üzərinə götürür. Öhdəliyin bir dəfə yerinə yetirilməməsi Ərizəçi hüquq verir ki, barışıq sazişinin təsdiq edilməsi üçün Salyan rayon Məhkəməsinə ərizə ilə müraciət etsin. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2009-cü il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355- 26.1.1 barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2 barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən, Barışıq Sazişinin bir hissəsinin təsdiq edilməsinə o halda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında “Ərizəçi və Maraqlı şəxs aşağıdakı şərtlərlə razılığa gəldilər. Qarşılıqlı razılığa əsasən Salyan rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(057)-752/2018 saylı qətnaməsi ilə Ərizəçi qızı ilə Maraqlı şəxs birgə nikahından anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hər ay Maraqlı şəxs 147 ( bir yüz qırx yeddi ) manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarını hər ay sabit pul məbləğində olmaqla 600 (altı yüz) manat pulu Ərizəçi ödənilməsini öhdəsinə götürür. Alimentin artırılmış məbləğdə ödənilməsi 2025-ci ilin aprel ayından başlayaraq hər ayın son 10 günlüyündə Ərizəçi məxsus bank kartına ödənilməsini Maraqlı şəxs öz üzərinə götürür.” barədə razılıq əldə edilmişdir. Hazırda ərizəçi xx.xx.2025-ci il tarixli Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişini məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, işin materiallarından müəyyən edilir ki, sözü gedən xx.xx.2025-ci il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişi - “Ərizəçi və Maraqlı şəxs aşağıdakı şərtlərlə razılığa gəldilər. Qarşılıqlı razılığa əsasən Salyan rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(057)-752/2018 saylı qətnaməsi ilə Ərizəçi qızı ilə Maraqlı şəxs birgə nikahından anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hər ay Maraqlı şəxs 147 ( bir yüz qırx yeddi ) manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarını hər ay sabit pul məbləğində olmaqla 600 (altı yüz) manat pulu Ərizəçi ödənilməsini öhdəsinə götürür. Alimentin artırılmış məbləğdə ödənilməsi 2025-ci ilin aprel ayından başlayaraq hər ayın son 10 günlüyündə Ərizəçi məxsus bank kartına ödənilməsini Maraqlı şəxs öz üzərinə götürür.” hissəsində təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişi - aşağıdakı şərtlərlə təsdiq edilsin: 1.1 Ərizəçi və Maraqlı şəxs aşağıdakı şərtlərlə razılığa gəldilər. Qarşılıqlı razılığa əsasən Salyan rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(057)-752/2018 saylı qətnaməsi ilə Ərizəçi qızı ilə Maraqlı şəxs birgə nikahından anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hər ay Maraqlı şəxs 147 ( bir yüz qırx yeddi ) manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarını hər ay sabit pul məbləğində olmaqla 600 (altı yüz) manat pulu Ərizəçi ödənilməsini öhdəsinə götürür. 1.2 Alimentin artırılmış məbləğdə ödənilməsi 2025-ci ilin aprel ayından başlayaraq hər ayın son 10 günlüyündə Ərizəçi məxsus bank kartına ödənilməsini Maraqlı şəxs öz üzərinə götürür. Alimentin tutulması vaxtı xx.xx.2025-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar