Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1549/2023 05.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi rayon məhkəməsinə verdiyi ərizəsində 1939-cu ildə Salyan rayonunda anadan olmuş atası X2 20 yanvar 2000-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi bildirmişdir ki, xx xxxxx 1968-ci il tarixdə X4 ilə X3 birgə nikahlarından olmuşdur. Atası 20 yanvar 2000-ci ildə ölmüş və Salyan rayon qəbristanlığında dəfn edilmişdir. Hazırda atasının ölümü müvafiq icra hakimiyyəti orqanında qeydə alınmamış, bu barədə Maraqlı şəxsnə müraciət etmişdir. Müraciətinə cavab olaraq ona mərhum atasının ölümünün qeydə alınmasının aşkar olunmaması barədə 7 avqust 2023-cü il tarixli məktub verilmiş və həmin məktubda məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Atasının ölümünün qeydə alınması miras qalmış torpağın rəsmiləşdirilməsi üçün lazımdır. Odur ki, ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmədə elan olunmuş evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X6 arasında nikah Salyan rayonu, VVAQ bürosunda 26 avqust 1960-cı il tarixdə 116 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxx 1968-ci il tarixdə anadan olmuşdur. Məhkəmədə elan olunmuş Maraqlı şəxs tərəfindən Şirvan şəhəri, L-t İbrahimov küçəsi, ev 24, m.44 ünvanında yaşayan Ərizəçi ünvanlanmış 07 avqust 2023-cü il tarixli, 3-16-5/7-15-H-43/2-06/2023 nömrəli məktubdan görünür ki, 2000-ci ildən xx.xx.2023-cü il tarixədək “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə daxil edilmiş məlumatlar öyrənilmiş və 1939-cu il təvəllüdlü X2 ölümü haqqında akt qeydinin aşkar olunmadığı bildirilmiş və bu barədə məhkəmədə iddia qaldırılması tövsiyə edilmişdir. Məhkəmədə elan olunmuş məzar daşının üzərində olan fotoşəkildən görünür ki, X4 xx.xx.1939-cu il tarixdə anadan olmuş və xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki X4 xx.xx.2000-ci ildə vəfat etmiş, mərhum Salyan rayon Qəbristanlığında dəfn olunmuşdur. xx.xx.1939-cu il tarixdə Salyan rayonunda anadan olmuş X4 xx.xx.2000-ci il tarixdə vəfat etmiş, lakin onun ölüm faktı qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmamışdır. Ərizəçi atasının ölümünün qeyd edilməsi haqqında sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin 1939-cu ildə anadan olmuş X2 xx.xx.2000-ci ildə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1549/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1549/2023
05.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver