Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-157/2023 16.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı, nümayəndəsi Vəkil, Cavabdeh, nümayəndəsi vəkil X3 iştirakı ilə qızıl əşyalarının geri alınması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində ona məxsus ümumi dəyəri 3900 manat olan bir ədəd briliyant daşlarla bəzədilmiş ağ qızıldan olan dəst (qızıl briliyant qaşlı boyunbağı, qızıl briliyant qaşlı qolbağ, qızıl briliyant qaşlı bir cüt sırğa, qızıl briliyant qaşlı üzük), ümumi dəyəri 600 manat olan 1 ədəd briliyant qaşlı qızılı nişan üzüyü, ümumi dəyəri 780 manat dəyərində 1 ədəd ağ qızıldan olan briliyant qaşlı qolbağı, ümumi dəyəri 350 manat olan 1 ədəd sarı qızıldan olan bir cüt sırğa, ümumi dəyəri 400 manat olan 1 ədəd sarı qızıldan olan bir cüt sırğanın özü, özləri olmasa dəyərinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı bildirmişdir ki, cavabdehlə 29 aprel 2020-ci ildə rəsmi qaydada nikahı daxil olmuş,bir yerdə həmin ilin noyabar ayından cavabdehin yaşadığı ünvanda yaşamış və bir uşağı olmuşdur. 06 fevral 2020-ci ildə cavabdehlə olan nişan mərasimində cavabdeh özü ərizədə qeyd etdiyi ağ qızıldan əyarı 750 olan qızıl dəsti ona hədyyə etmişdir. Həmin qızılın çəkisi haqqında məlumatı yoxdur, forması su damlası formasında olmuşdur. Daşlarını neçə karat olmasını bilmir. Nişan üzüyünü (çəkisini bilmir, sarı qızıl olmuş, 585 əyarlı brilyant qaşlı, qaşları böyük olmuşdur), baldızı X4, bir ədəd qızıl qolbağı (sadə yumru formada bəzəklər, ağ qızıl, 750 əyarlı, çəkisini bilmir) onun üzərinə taxmışlar. Qaynanası 07 aprel 2021-ci ildə Abbasova Mədinə ölməmişdən əvvəl qulağında olan sırğanı (smit formasında 583 əyarlı qızıl olmuş, qaşsız, çəkisini bilmir) qızına vəsiyyət etmiş, öləndən sonra həmin qızılı cavabdeh ona təqdim etmişdir. İyul 2021-ci ildə qaynı İsmayılın arvadı Vəfa uşaq üçün qızıl sırğa (üstündə mavi rəngli sadə qaşı olmuş, sarı qızıl əyarı 585, çəkiisini bilmir) hədiyyə göndərmişdir.Həmin qızıllar daim onun olduğu otaqda siyirmənin içərisində olmuş, 25 avqust 2021-ci il tarixə keçən gecə saat 03-30 radələrində əri evə gəlmiş, onu yuxudan oyatmış, onu təhqir etməyə başlamış, səbəbini isə Onurla ailəvi münasibətlərinin olması ilə izah etmişdir. Ona Onurla danışmağını və münasibət saxlamağını irad tutmuşdur. Əri onunla dalaşmış və onu vurmuşdur. Bir müddətdən sonra cavabdeh otaqdan çıxmış, o ərəfədə uşağı götürüb oturmuşdur.Cavabdeh icəri girərək qızılları götürmüş və qolundan tutaraq otaqdan çıxarmışdır. Taksi çağıraraq gedib taksiyə oturmuş və Biləcəridə yaşayan bibisinin evinə getmişdir. Səhəri atasına demiş, atası ona problemin yaratmamasını bildirmiş və həmin səbəbdən polisə müraciət etməmişlər.Aralarında olan nikah iyul 2022-ci ildə pozulmuşdur.Odur ki, qızılları tələb edir. Cavabdeh qızılları özü ilə apardığını iddia edir. Qorxusundan qşızılları cavabdehin götürməsinə etiraz etməmişdir. Evdən çıxanda qonşu Günay görmüş, onlar səsə çıxmışlar.Həmin vaxt baldızı Şəbnəm və oğlu Əli də olmuşlar. Qızılların şəklini vəkilə vermiş vəkil də mütəxəssisə gedib qiymət çıxarmışdır. Qızılları ona hədiyyə edəndə qiymətləri üstündlə olmamış, cavabdeh tərəf də qızılların qiyməti barədə məlumat verməmişdir. 22 oktyabr 2022-ci ildə vəkili mediasiyada barışıq sazişi bağalyaraq cehiz əşyalarını götürmüş, lakin qızıllar qalmışdır. Qarşı tərəf qızılların aparıldığını demişlər. Cavabdeh öz kişi üzüyünü ona verməmişdir.Anasının evində qapıda kilid problemi olduğu üçün orada qızıl saxlamamışdır.Bibisi ona nə səbəbə gəldiyinri soruşqduqda, smslə mesajlaşdığını və həmin səbəbdən ərinin onu evdən qovduğunu demişdir.Əri telefonda mesajları görmüş və mesajlar səmimi mesajlar olduğu üçün əri onunla dava dalaş salmışdır. 2020-cilin əvvələrindən Onurla ailəvi münasibətləri olmuşdur. Özü mediasiya zamanı cehiz əmlakın götürülməsində iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddiaçının dedkləri ilə razılaşaraq iddianın təmin olunmasını bir daha xahiş etdi. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh Oqtay oğlu bildirmişdir ki, iddiaçı ilə 19 aprel 2020-ci ildə nikah bağlamış və yaşadıqları müddətdə bir uşağı olmuşdur.Nişan mərasimində iddiaçıya ağ qızıldan olan, qramı, qiyməti və əyarını bilmədiyi bir qızıl dəstini hədiyyə etmişlər.Sarı qızıldan olan qiymətini və əyarını bilmədiyi nişan üzüyünü, bacısı Şəbnəm isə ona qolbağı hədiyyə etmişdir. Həmin qolbağ qızıldan deyil, üstündəki qaşlar Svaroski daşları olmuş, qiymətini bilmir.Anası sağlığında bir cüt sırğını nəvəyə vəsiyyət etmiş və özü həmin sırğanı Nəriminə vermişdir.Köhnə sarı qızıl olmuşdur.Qardaşı arvadı Vəfa iyul 2021-ci ildə Nərimnə uşaq sırğısını hədiyyə etmişdir.Çəkisi və qiyməti barədə məlumatı olmamışdır. Bibiheybət qəsəbəsində yaşayır, özü taksi fəaliyyəti ilə məşğul olur, 24 avqust 2021-ci ildə saat 23 radələrində Nərmin ona mesaj yazaraq evə gələndə gecə lampasını düzəltməyi emişdir. Saat 01 radlərində evə gəlmiş və işığı yandırmamış, Nərminin telefonunu götürüb otağı işıqlandırmaq istəmişdir.Telefonda Nərmnin ikinci votsapı işlətdiyini görmüşdür.Həmin votsapa girmiş və orada yazışmalarda 12 mesaj görmüş,daha sonra daxil olanda Nərminin 7 nəfərlə danışdığını görmüşdür. Bəzilərini oxuduqda həmin mesajlarda ailəli qadına xas olmayan ifadələr olmuşdur. Nərmin şəkillərni paylaşmışdır.Telefonu Nərminə vurmuş, onu oyatmış və mübahisələri olmuş və əsəbi halda bir iki şillə vurmuşdur.Təkidlə evdən çıxmasını tələb etmişdir.Anasına zəng edərək vəziyyəti demişdir.Taksi çağırmış və Nərmin paltarını geyinib evdən getmişdir.Özü ilə bir iki əşyasını götürüb getmişdir.Həmin gecə ona hədiyyə olunmuş kişi üzüyünü Nərminə qaytarmışdır.İddiaçının özündə olan qızıllar həmin vaxt evdə olmamış, iddiaçı qızıllarını anasının evində saxlamışdır.Qızılları götürməmişdir.İddiaçının dedikləri doğru deyildir.05 avqust 2021-ci il dayısının oğlunun toyu olmuş, qızılları taxmamış, səbəbini iddiaçı dərisinin səpdiyini demişdir.Dirəşmiş və anasının evinə gedərək qızılları taxmağı məcbur etmişdir.Toydan sonra qızıllardan məlumatı olmamışdır. Atası 21 fevral 2021-də vəfat etmiş, 22 fevraldan sonra Nərmin öz valideynlərinin evinə getmişdir. Nərminin telefonundakı mesajlarda onun kiməsə 20000 manat borcu olması barədə məlumatı oxumuşdur.İddianı qəbul etmir, qızıllardan məlumatı yoxdur.İddiaçı qızılların anasının evində saxlamasını daha güvənli hesab etdiyi üçün orada saxlamışdır. Mediasiyada olan vaxt qızıl barədə söhbət olmuş və qızılların qarşı tərəfdə olduğunu demişdir.Telefon onda olmuşdur.Telefonu Nərmin istədyi üçün verməmiş,mediasiya prosessində isə vermişdir.Ona qarşı veriliş iddia əsassız olduğu üçün rədd olunmasını xahiş etdi. Məhkəmə iclasına iştirak edən cavabdehin nümayəndəsi vəkil X8 cavabdehin dediklərinri təsdiq edərək iddianın rədd olunmasını bir daha xahiş etdi. Şahid qismində məhkəmədə izahat verən X7 bildirmişdir ki, özü Bibiyheybət qəsəbəsində yaşayır, Əlidursunla qonşudur.Nərmin isə onunla iki il olar rəfiqədir. 25 avqust 2021-ci ildə saat gecə vaxtı səsə oyanmış və qonşuluqda yaşayan NərMinənin yaşadığı evdə qarışqlıq olduğunu görmüşdür. Nərminin evdən çıxıb getdiyini və əynində xalat olduğunu görmüşdür.Bakıdan Salyana Nərminin atasının maşınında gəlmişdir.Hadisə barədə maşında da ona heç nə danışmamışlar. Əlidursunun evi rahat görünür və səsküy eşidimişdir. Aralarında münasibətləri normal olmuşdur. Nərmin evdən gedəndə əlində heç bir çanta olmamışdır. Nərminin əllərində heç nə olmamışdır. Şahid qismində məhkəmədə ifadə verən X5 bildirmişdir ki,Nərmin qardışı qızıdır.Nərminə dəst, bilərzik, üzük, qaynanası isə sırğa, qaynı arvadı sırğa vermişdir. Qızılların hamısı ağ qızıl olmuşdur.Dəyərini bilmir.Qızılları qalıb oğlanın evində, Nərmin gecə ilə onun yanına gəlmiş,ona ərinin sms söhbətinə görə evdən qovulduğunu demişdir. Nərminin əynində xalat olmuş, heç nə gətirməmişdir.Nərmin qızıllarının baldızı Şəbnəm tərəfindən ondan aldığını demişdir. Bədnində xəsarətlər olmuş, lakin həkimə getməmişdir. Şahid qismində məhkəmədə ifadə verən X6 bildirmişdir ki, Nərmin onun qızıdır.Nərmin Əlidursunla evlənmiş,Nərminə qızıllar verilmişdir.Nişan üzüyü, dəst,qolbağ, Mədinə xanım da sırğa bağışlamışdır.Toydan sonra üzük bağışlamışlar, amma dəqiq yadında deyildir.Gecə vaxtı bacısı ona zəng edərək qapını açmasını demiş,Nərminin sifətində qolunda və sifətində qızartılar olduğunu görmüşdür.Gecə Nərmindən səbəbini soruşmamışdır.Sonradan soruşmuş, Nərmin gecə onu sorğu sualsız evdən qovulduğunu demişdir. Onu evdən qovulmasının səbəbini bilməmişdir.Qızıllar Nərminin evində olmuşdur.Nərminin əlindən əri almışdır, daha doğrusu qızılları olduğu yerdən əri götürmüşdür.Telefonu da əri əlindən almışdır. Məhkəmədə elan olunmuş "xxxx" X1 direktoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi qızıl əşyalarının dəyəri rəydəki qiymətlərlə əsasən eynilik təşkil edir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı ilə cavabdeh evlənərkən iddiaçının tələb etdiyi qızıl əşyaları iddiaçıya hədiyyə olunmuş, qeyd olunan qızıl əşyaları tərəflər arasında münaqişə yaranan vaxt cavabdeh qızılları ondan almış və iddiaçını evdən qovmuşdur. Tərəflər arasında gecə vaxtı mübahisə baş verdiyi vaxt cavabdeh məqsədli şəkildə qırşı tərəfin ona hədiyyə etdiyi nişan üzüyünü qaytarmış və bu halı özü məhkəmə iclasında demişdir. Qeyd olunan hal bir daha onu göstərir ki, cavabdeh həmin vaxt qızıllar barədə düşünmüş, özünə hədiyyə olunmuş qızılı qaytarmaqla qarşı tərəfə də hədiyyə olunmuş qızılları da iddiaçıdan geri almışdır. Enyi zamanda qeyd olunmalıdır ki, cavabdeh iddiaçının tələb etdiyi qızılların həqiqətən də hədiyyə olunduğunu etiraf etmişdir .Lakin cavabdeh hədiyyə olunmuş qızıllardan bir ədəininin qızıl olmadığını bilirsə belə bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə bu halda iddiaçının daha doğru danışdığına inanır, cavabdehin dedikləinə isə tənqidi yanaşır. Ona görə də məhkəmə iddianın təmin olunmasını daha əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsində qeyd olunmuşdur ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Resçpublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində qeyd olunmuşdur ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3900 manat dəyərində bir ədəd briliyant daşlarla bəzədilmiş ağ qızıldan olan dəst (qızıl briliyant qaşlı boyunbağı, qızıl briliyant qaşlı qolbağ, qızıl briliyant qaşlı bir cüt sırğa, qızıl briliyant qaşlı üzük), ümumi dəyəri 600 manat olan 1 ədəd briliyant qaşlı qızılı nişan üzüyü, ümumi dəyəri 780 manat 1 ədəd ağ qızıldan olan briliyant qaşlı qolbağ, ümumi dəyəri 350 manat olan 1 ədəd sarı qızıldan olan bir cüt sırğa, ümumi dəyəri 400 manat olan 1 ədəd sarı qızıldan olan bir cüt sırğa, qətnamə icra olunan vaxt həmin əmlaklar olmadığı təqdirdə isə onların dəyəri, ödənilmiş dövlət rüsumu əvəzində 80 manat alınıb İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. SƏDRLİK EDƏN HAKİM Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-157/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-157/2023
16.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver