Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1644/2023 08.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X5 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış “Barışıq Sazişi”-nin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, mediator X4 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli onunla Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Salyan şəhərində, mediator X2 iştirakı ilə aralarında barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişini Maraqlı şəxs qəsdən və üzrsüz səbəbdən icra etmir. “Mediasiya haqqında” Qanunun 34.1ci maddəsinə Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Mediator tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü 11 tarixli onunla Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə mülki müqavilə əsasında tərtib olunmuş və hər iki tərəfin imzası ilə imzalanmış akta əsasən 10000 (on min) manat və onun müqabilində müqavilənin şərtinə uyğun olaraqa hər ay ödəniməli olduğu məbləğdən borclu qaldığı 2000 manat əlavə olaraq, xx.xx.2023-cü il tarixdə mülki qaydada borc müqaviləsi əlavə tərtib olunmuş və hər iki tərəfin imzası ilə imzalanmış akta əsasən 5000 (beş min) manat, ümumi 17000 (on yeddi min) manat borc pulu və 450 (dörd yüz əlli) manat əlavə ödənilmiş rüsumu tələbi üzrə Maraqlı şəxs Ərizəçi bir ay müddətinə xx.xx.2023-cü ilə qədər ödəməyi öhdəsinə götürür. Ödəniş məbləğinin gecikdirilməsi əsas verir ki, Ərizəçi ümumi 17000 (on yeddi min) manat borc pulu və 450 (dörd yüz əlli) manat əlavə ödənilmiş rüsumu mübahisəsiz qaydada Salyan Rayon Məhkəməsinə müraciət edə biləcəyim haqqında razılığa gəlmişlər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Ərizəçi izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 25 iyun 2023-cü il tarixli, Barışıq Sazişindən görünür tərəflər aşağıdakı şərtlə barışıq sazişi bağlamışlar: xx.xx.2023-ci il tarixli müqavilə əsasında tərtib olunmuş və hər iki tərəfin imzası ilə imzalanmış akta əsasən 10000 (on min) manat və onun müqabilində müqavilənin şərtinə uyğun olaraqa hər ay ödəniməli olduğu məbləğdən borclu qaldığı 2000 (iki min) manat əlavə olaraq, xx.xx.2023-cü il tarixdə mülki qaydada borc müqaviləsi əlavə tərtib olunmuş və hər ikt tərəfin imzası ilə imzalanmış akta əsasən 5000 (beş min) manat, ümumi 17000 (on yeddi min) manat borc pulu və 450 (dörd yüz əlli) manat əlavə ödənilmiş rüsumu tələbi üzrə Maraqlı şəxs Ərizəçi bir ay müddətinə xx.xx.2023-cü ilə qədər ödəməyi öhdəsinə götürür. Ödəniş məbləğinin gecikdirilməsi əsas verir ki, Ərizəçi ümumi 17000 (on yeddi min) manat borc pulu və 450 (dörd yüz əlli) manat əlavə ödənilmiş rüsumu mübahisəsiz qaydada “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən Salyan Rayon Məhkəməsinə müraciət etsin, X1 Qanunun mahiyyəti və Barışıq Sazişinin şərtləri izah edilmişdir və Barışıq sazişinin şərtlərinə dair tərəflərdən heç bir etraz daxil olmamışdır. Tərəflərlə aparılmış söhbət zamanı heç bir təzyiq və məcburetmə olmadığı müəyyən edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişinin bağlanmasına əsas xx.xx.2023-ci il tarixli müqavilə olmuşdur. Akta əsasən 10000 (on min) manat və onun müqabilində müqavilənin şərtinə uyğun olaraqa hər ay ödəniməli olan məbləğdən qalan 2000 (iki min) manat, əlavə olaraq xx.xx.2023-cü il tarixdə mülki qaydada borc müqaviləsi əlavə tərtib olunmuş və hər ikt tərəfin imzası ilə imzalanmış akta əsasən 5000 (beş min) manat, ümumi 17000 (on yeddi min) manat borc pulu və 450 (dörd yüz əlli) manat əlavə ödənilmiş rüsumu tələbi üzrə Maraqlı şəxs Ərizəçi hər ay olmaq xx.xx.2023-cü ilə qədər ödəməyi öhdəsinə götürür. Ödəniş məbləğinin gecikdirilməsi əsas verir ki, Ərizəçi ümumi 17000 (on yeddi min) manat borc pulu və 450 (dörd yüz əlli) manat əlavə ödənilmiş rüsumu mübahisəsiz qaydada ödənilməsi barədə razılıq əldə etmişlər. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflərin arasında bağlanılmış barışıq sazişi ilə borc pulun ödənilməsi ilə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Odur ki, məhkəmə hesab edir ki, 25 iyun 2023-cü il tarixdə Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən xx.xx.2023-cü il tarixli Barışıq Sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Bu baxımdan məhkəmə barışıq sazişinin Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişinin bağlanmasına əsas xx.xx.2023-ci il tarixli müqavilə olmuşdur. Akta əsasən 10000 (on min) manat və onun müqabilində müqavilənin şərtinə uyğun olaraqa hər ay ödəniməli olan məbləğdən qalan 2000 (iki min) manat, əlavə olaraq xx.xx.2023-cü il tarixdə mülki qaydada borc müqaviləsi əlavə tərtib olunmuş və hər ikt tərəfin imzası ilə imzalanmış akta əsasən 5000 (beş min) manat, ümumi 17000 (on yeddi min) manat borc pulu və 450 (dörd yüz əlli) manat əlavə ödənilmiş rüsumu tələbi üzrə Maraqlı şəxs Ərizəçi hər ay olmaq xx.xx.2023-cü ilə qədər ödəməyi öhdəsinə götürür. Ödəniş məbləğinin gecikdirilməsi əsas verir ki, Ərizəçi ümumi 17000 (on yeddi min) manat borc pulu və 450 (dörd yüz əlli) manat əlavə ödənilmiş rüsumu ödəməyə dair öhdəlik götürdüyündən Barışıq Sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin məcburi icrası üçün təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 - 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilsin. Maraqlı şəxs 17000 (on yeddi min) manat borc pulu və 450 (dörd yüz əlli) manat əlavə ödənilmiş rüsum tutularaq Ərizəçi ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1644/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1644/2023
08.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver