Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-167/2023 19.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil X3, Cavabdeh iştirakı ilə qızıl əşyalarının geri alınması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində Cavabdeh 1500 manat dəyərində 583 əyarlı, 15 qram ağırlığında qızıl zəncir, 500 manat dəyərində 583 əyarlı, 5 qram ağırlığında qızıl zəncir, 600 manat dəyərində 583 əyarlı 6 qram ağırlığında qızıl zəncir, 1800 manat dəyərində 585 əyarlı 7 qram ağırlığında qolbağ, 700 manat dəyərində 585 əyarlı 7 qram ağırlığında qolbağ, 300 manat dəyərində 583 əyarlı 3 qram ağırlığında alyans üzük, 700 manat dəyərində 583 əyarlı 5 qram ağırlığında kişi üzüyü, 700 manat dəyərində 583 əyarlı 7 qram ağırlığında ay-ulduz üzük və 1000 manat dəyərində 585 əyarlı 10 qram ağırlığında zəncir və kulon- cəmi 9400 manat dəyərində qızıl əşyalarının özü, ya eynisi və ya dəyərinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil X3 bildirmişdir ki, nümayəndəsi olduğu İddiaçı Cavabdeh ilə 2011-ci ildə evlənmiş, yaşadıqları müddətdə iki uşağı olmuşdur. İddiaçı 2008-ci ildən Rusiyada işləyir, qazancını evinə göndərmişdir.Lakin cavabdeh onun vəsaitini qohumlarına xərcləmişdir.Axırıncı dəfə iddiaçı Rusiyaya gedəndə həyat yoldaşı iki uşağı ilə birlikdə evdə qalmışdır. Gedərkən özünə məxsus olan bir neçə adda qızıl əşyalarını dəsmala bükulmuş halda evdə olan televizorun arxa tərəfinə qoymuşdur.İddiaçı həmin qızılları öz qazancı ilə almışdır.Axırıncı dəfə Samid 03 iyul 2022ci ildə Rusiya Federasiyasından evinə qayıtdıqda, evin qapısının bağlı olduğunu görmüşdür. Sonradan idiaçıya məlum olmuşdur ki, cavabdeh evdə olan 1500 manat dəyərində 583 əyarlı, 15 qram ağırlığında qızıl zəncir, 500 manat dəyərində 583 əyarlı, 5 qram ağırlığında qızıl zəncir, 600 manat dəyərində 583 əyarlı 6 qram ağırlığında qızıl zəncir, 1800 manat dəyərində 585 əyarlı 7 qram ağırlığında qolbağ, 700 manat dəyərində 585 əyarlı 7 qram ağırlığında qolbağ, 300 manat dəyərində 583 əyarlı 3 qram ağırlığında alyans üzük, 700 manat dəyərində 583 əyarlı 5 qram ağırlığında kişi üzüyü, 700 manat dəyərində 583 əyarlı 7 qram ağırlığında ay-ulduz üzük və 1000 manat dəyərində 585 əyarlı 10 qram ağırlığında zəncir və kulonu götürüb getmişdir.İddiaçının müraciəti əsasında polis şöbəsində araşdırma aparılmış və araşdırma zamanı cavabdeh qızılları evdən götürüb getdiyini etiraf etmişdir.İddiaçının tələb etdiyi qızıl əşyaları onun özünə məxsusdur, odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh bildirmişdir ki, iddiaçı ilə 2011-ci ildə evlənmiş, aralarında olan nikah hazıra kimi pozulmamış və yaşadıqları müddətdə 2 uşağı olmuşdur. İddiaçı Rusiyada yaşayır və arada gəlib getmişdir. İddiaçının tələb etdiyi qızıl əşyaları ona hədiyyə olunmuş qızıllardır, iddiaçının qeyd etdiyi 700 manat dəyərində 583 əyarlı 7 qram ağırlığında ay-ulduz üzüyü uşağa hədiyyə olunmuş qızıldır.Bir ədəd kişi üzüyü isə ümumiyyətlə səhv qeyd olunmuşdur. Aralarında münasibətlər pozulduğundan iddiaçı ondan ona hədiyyə olunmuş qızılları tələb edir.Verilmiş iddia əsassız olduğundan rədd olunmasını xahiş etdi. Şahid qismində məhkəmədə ifadə verən iddiaçının anası X2 bildirmişdir ki, oğlu cavabdehlə 2011-ci ildə evlənmiş və yaşadıqları müddətdə iki uşağı olmuşdur. Oğlu 2008ci ildən Rusiyada işləyir, qazancını evinə göndərir. Lakin cavabdeh onun vəsaitini qohumlarına xərcləmişdir. Axırıncı dəfə oğlu Rusiyaya gedəndə həyat yoldaşı iki uşağı ilə birlikdə evdə qalmışdır. Oğlu evdən gedərkən özünə məxsus olan bir neçə adda qızıl əşyalarını dəsmala bükulmuş halda evdə olan televizorun arxa tərəfinə qoymuşdur.Oğlu həmin qızılları öz qazancı ilə almışdır.Axırıncı dəfə oğlu 03 iyul 2022-ci ildə tarixdə Rusiya Federasiyasından evinə qayıtdıqda, evin qapısının bağlı olduğunu görmüşdür.Sonradan Samidə məlum olmuşdur ki, cavabdeh evdə olan 1500 manat dəyərində 583 əyarlı, 15 qram ağırlığında qızıl zəncir, 500 manat dəyərində 583 əyarlı, 5 qram ağırlığında qızıl zəncir, 600 manat dəyərində 583 əyarlı 6 qram ağırlığında qızıl zəncir, 1800 manat dəyərində 585 əyarlı 7 qram ağırlığında qolbağ, 700 manat dəyərində 585 əyarlı 7 qram ağırlığında qolbağ, 300 manat dəyərində 583 əyarlı 3 qram ağırlığında alyans üzük, 700 manat dəyərində 583 əyarlı 5 qram ağırlığında kişi üzüyü, 700 manat dəyərində 583 əyarlı 7 qram ağırlığında ay-ulduz üzük və 1000 manat dəyərində 585 əyarlı 10 qram ağırlığında zəncir və kulonu götürüb getmişdir.Samidin şikayəti əsasında polis şöbəsində araşdırma aparılmış və araşdırma zamanı cavabdeh qızılları evdən götürüb getdiyini etiraf etmişdir.Oğlunun tələb etdiyi qızıl əşyaları onun özünə məxsusdur, cavabdehin həmin əşyalarda heç bir zəhməti olmamışdır. Məhkəmədə elan olunmuş 25 avqust 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının ərizədə qeyd etdiyi qızıl əşyaların dəyəri, çəkisi və əyarı mütəxəssis rəyi ilə əsasən eynilik təşkil edir. Məhkəmədə baxış keçirilmiş bir ədəd fotoşəkildən görünür ki, həmin fotoşəkildə bir neçə adda qızıl əşyaları əks olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı cavabdehdən bir neçə adda qızıl əşyaları tələb etmiş və həmin əşyaları nikahda olduğu müddətdə öz vəsaiti hesabına özü üçün aldığını və ona məxsus olduğunu bildirmişdir.Tərəflər arasında hal-hazırda nikah pozulmamışdır. İddiaçı cavabdehdən qızıl əşyaları tələb edərək həmin əşyaların ona məxsus olduğunu bildirmiş, lakin cavabdeh isə bir ədəd kişi üzüyü istisna olmaqla digər qızıl əşyaların ona və uşağına hədiyyə olunmuş əşyalar olduğunu bildirmişdir.İddiaçı qızılların ona aid olduğunu və ona məxsus olmasını bildirsə belə, məhkəməyə bu barədə heç bir sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə iddiaçının tələbini əsassız hesab edərək rədd olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X1 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X1 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsində qeyd olunmuşdur ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Resçpublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində qeyd olunmuşdur ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh 1500 manat dəyərində 583 əyarlı, 15 qram ağırlığında qızıl zəncir, 500 manat dəyərində 583 əyarlı, 5 qram ağırlığında qızıl zəncir, 600 manat dəyərində 583 əyarlı 6 qram ağırlığında qızıl zəncir, 1800 manat dəyərində 585 əyarlı 7 qram ağırlığında qolbağ, 700 manat dəyərində 585 əyarlı 7 qram ağırlığında qolbağ, 300 manat dəyərində 583 əyarlı 3 qram ağırlığında alyans üzük, 700 manat dəyərində 583 əyarlı 5 qram ağırlığında kişi üzüyü, 700 manat dəyərində 583 əyarlı 7 qram ağırlığında ay-ulduz üzük və 1000 manat dəyərində 585 əyarlı 10 qram ağırlığında zəncir və kulon- cəmi 9400 manat dəyərində qızıl əşyalarının özü, ya eynisi və ya dəyərinin alınaraq ona verilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN HAKİM Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-167/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-167/2023
19.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver