Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-170/2023 23.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh1 iştirakı ilə cehiz və qızıl əşyalarının geri alınması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində bildirmişdir ki, Cavabdeh2lə 12 mart 2012-ci ildə nikah bağlamış, birgə nikahdan iki uşağı olmuşdur. Cavabdehlə ailə münasibətləri normal olmuş, sonrdan isə aralarında narazılıqlar olmuşdur.Bir yerdə yaşaması mümkün olmadığından hazırda ayrı yaşayır.Cavabdeh2lə evlənərkən özü və ailə üzvləri tərəfindən ona dəyəri 3850 manat olan bir çox qızıl əşyaları vermişlər.Dəfələrlə ona əzab-əziyyət verildiyindən cavabdehlərin yaşadığı evindən heç bir əmlak götürmədən çıxmışdır.Hal-hazırda qızıl və cehiz əşyaları cavabdehlərin evindədir.Odur ki, 1000 manat dəyərində 12 qram ağırlığında 583 əyarlı brilyant qaşlı nişan üzüyü, 400 manat dəyərində 5 qram ağırlığında 583 əyarlı paxlava üzük, 800 manat dəyərində 10 qram ağırlığında 583 əyarlı dəst üzük sırğa, 1500 manat dəyərində 13 qram ağırlığında 583 əyarlı briliyant qaşlı boyunbağı, 1200 manat dəyərində 583 əyarlı briliyant qaşlı qolbağ,1300 manat dəyərində servant, 1500 manat dəyərində şifoner, 400 manat dəyərində kamot, 1000 manat dəyərində divan kreslo, 300 manat dəyərində yazı stolu, 250 manat dəyərində stol, 300 manat dəyərində 6 ədəd stul, 100 manat dəyərində tək çarpayı, 500 manat dəyərində 82 ekran plazma Evroluks televizor, 1800 manat dəyərində “Lada” soyuducu, 1500 manat dəyərində 100 metr kvadrat sahə üçün “LG” kondensioner, 50 manat dəyərində ət maşını, 30 manat dəyərində ləpə çəkən, 50 manat dəyərində şirəçəkən, 30 manat dəyərində mikser, 150 manat dəyərində tefal masası ilə ütü, 50 manat dəyərində yataq otağı üçün 3 lampalı çilçıraq, 150 manat dəyərində 12 lampalı xrustal çilçıraq, 100 manat dəyərində 2 ədəd gecə lampası, 250 manat dəyərində su ilə işləyən tozsoran, 130 manat dəyərində “LG” video aparatı, 200 manat dəyərində 1 ədəd 3x5 m. xalça Türkiyə istehsalı, 250 manat dəyərində 1 ədəd 4x5 m. ölçüdə Türkiyə istehsalı xalça, 250 manat dəyərində 1 ədəd 4x5 m ölçüdə Türkiyə istehsalı xalça,300 manat dəyərində 2 ədəd taxt örtüyü, 250 manat dəyərində 1 ədəd kapsella pərdə, 150 manat dəyərində 1 ədəd divan kreslo örtüyü, 100 manat dəyərində 1 dəst sintifon yorğan,400 manat dəyərində 5 ədəd yorğan, 400 manat dəyərində 5 ədəd döşək,250 manat dəyərində 1 ədəd xrustal güldan 2 ədəd konfet qabı, 350 manat dəyərində 3 ədəd xrustal güldan, 400 manat dəyərində 6 ədəd xrustal konfet qabı, 150 dəyərində 2 ədəd xrustal meyvə qabı, 240 manat dəyərində 2 ədəd xrustal obxor və 12 ədəd stəkan, 300 manat dəyərində 2 ədəd madonna güldan, 70 manat dəyərində 1 ədəd çini meyvə qabı, 100 manat dəyərində madonna dəst (2 kofet qabı,1 ədəd 3 mərtəbə qab, 1 ədəd ləpə qabı), 40 manat dəyərində salat doğrayan aparat, 500 manat dəyərində nahar serviz dəsti, 300 manat dəyərində 2 dəst çay servizi, 150 manat dəyərində kofe servizi, 50 manat dəyərində elektrik tefal qəfədan, 250 manat dəyərində 3 ədəd tefal qazan və 1 ədəd tava, 400 manat dəyərində 3 ədəd güllü tefal qazan, 2 tava, 1 çaynik və 1 qəfədan, 10 manat dəyərində 3 ədəd yemək saxlayan Tefal, 200 manat dəyərində 1 ədəd 3 mərtəbə qaşıq dəsti, 60 manat dəyərində bıçaq dəsti, 40 manat dəyərində 4 ədəd çini salfet qabı, 40 manat dəyərində 4 ədəd çini yağ qabı, 50 manat dəyərində 12 ədəd fincan, 100 manat dəyərində 5 ədəd podnos,120 manat dəyərində 9 ədəd karniz, 150 manat dəyərində 6 ədəd örtük, 100 manat dəyərində suvenirlər, 50 manat dəyərində 1 ədəd saat, 500 manat dəyərində kustar üsulla düzəldilmiş ağac emalı dəzgahının Cavabdeh2 və Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia ərizədə qeyd olunanları təsdiqləyərək iddianın təmin olunmasını bir daha xahiş etdi. Cavabdeh qismində məhkəmədə izahat verən X1 bildirmişdir ki,oğlu ilə bir yerdə yaşayır.İddiaçı ilə cavabdeh oğlu Cavabdeh2 2012-ci ildə evlənmiş və iki uşağı olmuşdur. Hər iki tərəf ona məxsus evdə yaşamışlar.3 ildir ki, Zeynəb evdən çıxaraq atasının evinə getmişdir.Toydan əvvəl iddia ərizəsində qeyd olunan qızılları Zeynəbə hədiyyə almış, lakin 10 il bundan əvvəl Mirinin işə düzəlməsi ilə bağlı hər ikisinin razılığı ilə onlar qızılları satmış və ailənin sərfi üçün xərcləmişlər.İddiaçının ərizədə qeyd etdiyi cehiz əşyaları isə hazırda onun yaşadığı evdədir və həmin əşyaların qaytarılmasına etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci m addəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı Cavabdeh2 iddiaçı ilə evlənərkən ona cavabdeh tərəfdən qızıl əşyaları hədiyyə olunmuş, lakin onlar həmin qızıl əşyalarını uzun müddət əvvəl sataraq ailənin xərcləri üçün sərf etmişlər.İddiaçı həmin qızılları öz razılığı olmadan satıldığı halda buna etiraz etməmiş və hətta təqribən 3 ilə yaxın müddət ayrı yaşamalarına baxmayaraq qeyd olunan tələblə bağlı məhkəməyə müraciət etməmişdir.Hazırda uzun müddət keçdikdən sonra iddiaçının qızıllarının cavabdeh tərəfdə qalması inandırıcı deyil, iddiaçı həmin tələbin təmin olunmasından ötrü məhkəməyə sübut təqdim etməmiş, qarşı tərəfdə iddianın həmin hissədə etiraf etməmişdir.Ona görə də məhkəmə iddianın qızıl əşyalarına dair hissədə rədd olunmasını daha əsaslı və qanuni hesab edir. Cavabdeh tərəf iddianı qalan hissədə etiraf edərək qaytarılmasına etiraz etmədiyini bildirmişdir.Ona görə də iddia cavabdehin etiraf etdiyi hissədə təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir.Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsində qeyd olunmuşdur ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Resçpublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində qeyd olunmuşdur ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1300 manat dəyərində servant, 1500 manat dəyərində şifoner, 400 manat dəyərində kamot, 1000 manat dəyərində divan kreslo, 300 manat dəyərində yazı stolu, 250 manat dəyərində stol, 300 manat dəyərində 6 ədəd stul, 100 manat dəyərində tək çarpayı, 500 manat dəyərində 82 ekran plazma Evroluks televizor, 1800 manat dəyərində “Lada” soyuducu, 1500 manat dəyərində 100 metr kvadrat sahə üçün “LG” kondensioner, 50 manat dəyərində ət maşını, 30 manat dəyərində ləpə çəkən, 50 manat dəyərində şirəçəkən, 30 manat dəyərində mikser, 150 manat dəyərində tefal masası ilə ütü, 50 manat dəyərində yataq otağı üçün 3 lampalı çilçıraq, 150 manat dəyərində 12 lampalı xrustal çilçıraq, 100 manat dəyərində 2 ədəd gecə lampası, 250 manat dəyərində su ilə işləyən tozsoran, 130 manat dəyərində “LG” video aparatı, 200 manat dəyərində 1 ədəd 3x5 m. xalça Türkiyə istehsalı, 250 manat dəyərində 1 ədəd 4x5 m. ölçüdə Türkiyə istehsalı xalça, 250 manat dəyərində 1 ədəd 4x5 m ölçüdə Türkiyə istehsalı xalça,300 manat dəyərində 2 ədəd taxt örtüyü, 250 manat dəyərində 1 ədəd kapsella pərdə, 150 manat dəyərində 1 ədəd divan kreslo örtüyü, 100 manat dəyərində 1 dəst sintifon yorğan,400 manat dəyərində 5 ədəd yorğan, 400 manat dəyərində 5 ədəd döşək,250 manat dəyərində 1 ədəd xrustal güldan 2 ədəd konfet qabı, 350 manat dəyərində 3 ədəd xrustal güldan, 400 manat dəyərində 6 ədəd xrustal konfet qabı, 150 dəyərində 2 ədəd xrustal meyvə qabı, 240 manat dəyərində 2 ədəd xrustal obxor və 12 ədəd stəkan, 300 manat dəyərində 2 ədəd madonna güldan, 70 manat dəyərində 1 ədəd çini meyvə qabı, 100 manat dəyərində madonna dəst (2 kofet qabı,1 ədəd 3 mərtəbə qab, 1 ədəd ləpə qabı), 40 manat dəyərində salat doğrayan aparat, 500 manat dəyərində nahar serviz dəsti, 300 manat dəyərində 2 dəst çay servizi, 150 manat dəyərində kofe servizi, 50 manat dəyərində elektrik tefal qəfədan, 250 manat dəyərində 3 ədəd tefal qazan və 1 ədəd tava, 400 manat dəyərində 3 ədəd güllü tefal qazan, 2 tava, 1 çaynik və 1 qəfədan, 10 manat dəyərində 3 ədəd yemək saxlayan Tefal, 200 manat dəyərində 1 ədəd 3 mərtəbə qaşıq dəsti, 60 manat dəyərində bıçaq dəsti, 40 manat dəyərində 4 ədəd çini salfet qabı, 40 manat dəyərində 4 ədəd çini yağ qabı, 50 manat dəyərində 12 ədəd fincan, 100 manat dəyərində 5 ədəd podnos,120 manat dəyərində 9 ədəd karniz, 150 manat dəyərində 6 ədəd örtük, 100 manat dəyərində suvenirlər, 50 manat dəyərində 1 ədəd saat, 500 manat dəyərində kustar üsulla düzəldilmiş ağac emalı dəzgahı, qətnamə icra olunan vaxt həmin əmlaklar olmadığı təqdirdə isə onların dəyəri və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 116,60 manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN HAKİM Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-170/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-170/2023
23.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver