Məhkəmə qərarları › İş №2(057)-1731/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1731/2023

13.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1731/2023 13.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi rayon məhkəməsinə verdiyi ərizəsində 14 may 1993-cü ildə Salyan rayonu, Beşdəli kəndində anadan olmuş qardaşı X3 26 mart 1994-cü ildə Salyan rayonunun, Cəngən kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmədə elan olunmuş Maraqlı şəxs tərəfindən Salyan rayonu, Cəngən kəndində ünvanında yaşayan Ərizəçi ünvanlanmış 17 avqust 2023-cü il tarixli, 3-16-5/7-15-H-44/2- 06/2023 nömrəli məktubdan görünür ki, 1994-cü ildən xx.xx.2023-cü il tarixədək “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə daxil edilmiş məlumatlar öyrənilmiş, lakin xx.xx.1993-cü il təvəllüdlü X3 ölümü haqqında akt qeydi aşkar olunmadığı bildirilmiş və bu barədə məhkəmədə iddia qaldırılması tövsiyə edilmişdir. Məhkəmədə elan olunmuş Salyan rayon İcra Hakimiyyəti Başçısının Kürqaraqaşlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini T.Tarverdiyev tərəfindən tərtib edilmiş 21 avqust 2023-cü il tarixli, 612 saylı arayışdan görünür ki, Ərizəçi Salyan rayon Cəngən kəndində yaşayır. Məhkəmədə elan olunmuş Salyan rayon Kürqaraqaşlı Bələdiyyəsinin sədri T.Ə.Ağabəyov tərəfindən verilmiş 24 avqust 2023-cü il tarixli, 146 saylı arayışdan görünür ki, Salyan rayon Cəngən kənd sakini Ərizəçi qardaşı mərhum X4 qardaşının söyləməsinə görə xx.xx.1994-cü ildə vəfat etmişdir. Mərhum Salyan rayon Cəngən kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmədə elan olunmuş X2 surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cı ildə Salyan rayonu, Cəngən kəndində anadan olmuşdur. Məhkəmədə elan olunmuş Salyan rayon İHB-nın Kürqaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi C.Rəhimov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 977 saylı arayışdan görünür ki, Salyan rayon Cəngən kənd sakini Ərizəçi qardaşı mərhum X4 vəfat etmişdir. Mərhum Salyan rayon Cəngən kənd qəbristanlığında dəfn olunmuşdur. Maraqlı şəxs rəisi R.Hüseynov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X4 xx.xx.1993-cü ildə Salyan rayonu, Beşdəli kəndində anadan olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki X4 xx.xx.1194-cü ildə vəfat etmiş, mərhum Salyan rayon Cəngən kənd qəbristanlığında dəfn olunmuşdur. xx.xx.1993cü il tarixdə Salyan rayonu, Beşdəli kəndində anadan olmuş X4 xx.xx.1194-cü il tarixdə vəfat etmiş, lakin onun ölüm faktı qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmamışdır. Ərizəçi qardaşının ölümünün qeyd edilməsi haqqında sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin 14 may 1993-cü ildə Salyan rayonu, Beşdəli kəndində anadan olmuş X3 xx.xx.1994cü ildə Salyan rayonu, Cəngən kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar