Məhkəmə qərarları › İş №2(057)-1772/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1772/2023

25.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1772/2023 25.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Marqlı şəxs Maraqlı şəxs nümayəndəsi X2 iştirakı ilə Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi əsasında qeydə alınmış mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X6 adlı uşağı olmuşdur. Munasibətləri pozulduğu üçün Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, X6 onun, Dəniz Abuşzadə isə atasının yanında qalmışdır. Daha sonra Maraqlı şəxsla aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə X4 onun himəyəsinə verməyi öhdəsinə götürmüşdür. Lakin həmin tarix keçməsinə baxmayaraq Fərid uşağı ona verməmişdir.Nəticədə barışıq sazişinin şərtləri pozulmuşdur. Göstərilənlərə əsasən, Salyan 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2010-cu il təvəllüdlü X3 Maraqlı şəxs alınaraq onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş Ərizəçi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə Maraqlı şəxs nümayəndəsi X8 bildirmişdir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmışdır. Sazişə əsasən Dəniz adlı uşağın anası Ərizəçi verilməsi müəyyən olunmuşdur. Uşaq xx.xx.2023-cü il tarixdən anasının himayəsindədir. Ərizəçi nəyə görə məhkəməyə ərizə ilə müraciət etməsi barədə məlumatı yoxdur. Məhkəmə Maraqlı şəxs nümayəndəsi X5 dinləyib iş materiallarını araşdıraraq, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs xx.xx.2010-cu il təvəllüdlü X3 anası Ərizəçi yanında saxlanılması barədə razılığa gəlmişlər. xx.xx.2023-cü il tarixində xx.xx.2010-cu il təvəllüdlü X3 anası Ərizəçi atası Maraqlı şəxs tərəfindən verilməsi qeyd edilmişdir. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X7 doğulmuşdur. Məhkəmədə elan olunmuş Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-572/2023 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 23 avqust 2017-ci il tarixli, 2(057)-2764/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdeh Maraqlı şəxs hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Ərizəçi verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.2023-cü ildə Ərizəçi ilə Maraqlı şəxs arasında barışıq sazişi təsdiq etməklə xx.xx.2023-cü ildə xx.xx.2010-cu il təvəllüdlü X3 anası Ərizəçi atası Maraqlı şəxs tərəfindən verilməsi barədə razılığa gəlmişlər. Mediasiya haqqında Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Azərbaycan Respublikası MPM 355-23.1-ci maddəsində göstərilir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM 355-23.2-ci maddəsində göstərilir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi təsdiq edilsin. 09 mart 2010-cu ildə anadan olmuş X7 atası Maraqlı şəxs alınaraq anası Ərizəçi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakim: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar