Məhkəmə qərarları › İş №2(057)-182/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-182/2025

23.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-182/2025 23.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü il təvəllüdlü qızı X2 xx.xx.1998-ci ildə Salyan rayonu Xurşud kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, qızı X5 xx.xx.1993-cü il tarixdə Salyan şəhərində anadan olmuş xx.xx.1998-ci il tarixdə Salyan rayonu Xuşud kəndində vəfat etmişdir. Xurşud kəndi ərazisində yerləşən kənd qəbiristanlığında dəfn edilmişdir. Qızı vəfat etdikdən sonra ölümünün sənədləşdirilməli olması və bunun üçün müvafiq qurumlara müraciət etməli olduğunu bilmədiyindən aidiyyəti orqanlara müraciət etməmişik və ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda bununla bağlı Salyan Rayon Mərkəzi X6 Şəxsinə müraciət etmiş, lakin Salyan Rayon Mərkəzi Xəstəxanası 07 noyabr 2024-cü il tarixli arayışında qızı Salmanovanın ölümü ilə bağlı heç bir məlumat tapılmadığı bildirilmişdir. Qızının ölümünün qeyd edilməsi faktının müəyyən edilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş. Maraqlı şəxs 28 oktyabr 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X2 ölüm akt qeydi aşkar edilməmiş, məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Qızı 12.1 1.1998-ci il tarixdə Salyan rayonu Xurşud kəndində vəfat etmişdir. Göstərilənlərə əsasən, xx.xx.1993-cü il təvəllüdlü qızı X2 xx.xx.1998-ci ildə Salyan rayonu Xurşud kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, xx.xx.1993-cü il təvəllüdlü qızı X2 xx.xx.1998-ci ildə Salyan rayonu Xurşud kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, Ərizəçi onun bacısının yoldaşıdır. 1993-cü il təvəllüdlü X5 xəstəliyi ilə əlaqədar 1998-ci il ildə vəfat etmiş və Xurşud kənd qəbirstanlığında basdırılmışdır və o, dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. 1993-cü il təvəllüdlü X5 xəstəliyi ilə əlaqədar 1998-ci il ildə vəfat etmiş və Xurşud kənd qəbirstanlığında basdırılmışdır və o, dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, Ərizəçi onun qardaşının oğludur. 1993-cü il təvəllüdlü X12 xəstəliyi ilə əlaqədar 1998-ci il ildə vəfat etmiş və Xurşud kənd qəbirstanlığında basdırılmışdır və o, dəfndə iştirak etmişdir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Maraqlı şəxs tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü qızı X2 ölümü haqqında akt qeydi 1995-2001-ci illərə aid Maraqlı şəxs və Salyan rayon Arbatan kənd icra nümayəndəliyi üzrə şöbənin arxivində saxlanılan ölüm haqqında akt qeydləri kitabında və "Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. “Salyan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 07 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, 1998-ci ildə rəhmətə gedən X2 ölümü haqqında Salyan rayon Mərkəzi Xəstəxanasının uşaq şöbəsində olan 1998-ci ilə aid bütün xəstəlik tarixlərinə baxış keçirilmiş və bu barədə heç bir məlumat tapılmamışdır. 01 noyabr 2024-cü il tarixdə Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X4, Xurşud kənd sakini Ərizəçi, Xurşud kənd sakini X1 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, Salyan rayon Xurşud kənd sakini X5 həqiqətən xx.xx.1998-ci ildə yaşadığı evdə vəfat etmişdir. X2 məzarı Salyan rayon Xurşud kənd qəbirstanlığındadır. Salyan rayon Arbatan kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş 09 avqust 1993-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1993-cü il tarixdə doğulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi qızı X5 xx.xx.1993-cü il tarixdə anadan olmuş, xx.xx.1998-ci ildə Salyan rayonu Xurşud kəndində ölmüş və Xurşud kənd qəbiristanlığında dəfn olunmuşdur. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum qızı X2 ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslı olduğundan təmin edilməli və xx.xx.1993-cü il təvəllüdlü X2 xx.xx.1998-ci il tarixdə Salyan rayonu Xurşud kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1993-cü il təvəllüdlü X2 xx.xx.1998-ci ildə Salyan rayonu Xurşud kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar