Məhkəmə qərarları › İş №2(057)-1864/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1864/2023

12.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1864/2023 12.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X31 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1969-cu ildə Salyan rayonunun, Qarabağlı kəndində anadan olmuş X2nın 1994-cü ildə Salyan rayonunun, Qarabağlı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1969-cu ildə Salyan rayonunun, Qarabağlı kəndində anadan olmuş X2nın 1994-cü ildə Salyan rayonunun, Qarabağlı kəndində vəfat etmişdir. Lakin həmin vaxt ölümün qeydiyyatı üçün sənədləşmə işlərinin aparılmalı olduğunu bilmədikləri üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə aidiyəti orqanlara müraciət olunmamışdır. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda ölüm faktının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin olmaması əsas göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Hazırda X2nın ölümü barədə lazımi sənədin olmaması ona və digər ailə üzvlərinə ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. X2 1994-cü ildə Salyan rayonunun, Qarabağlı kəndində vəfat etmiş və həmin kənd qəbiristanlığında dəfn olunmuşdur. Kəndlərində yaşayan müvafiq yaş qrupuna mənsub bütün həmkəndliləri X2nın ölüm faktını təsdiq edə bilərlər.Eyni zamanda bu ölüm faktı ilə bağlı yuxarıda qeyd etdiyi məlumatlar həm də Qarabağlı kənd icra nümayəndəliyindən verilmiş arayışda öz təsdiqini tapmışdır. Odur ki, xx.xx.1969-cu ildə Salyan rayonunun, Qarabağlı kəndində anadan olmuş X2nın 1994-cü ildə Salyan rayonunun, Qarabağlı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, X2 xx.xx.1969-cu ildə anadan olmuş, xx.xx.1994-cü ildə vəfat etmişdir. Bacısının ölüm faktını qeyd etdirmədikləri üçün dövlət aktında onun adı qeyd edilmişdir. Ərizəni müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X29 bildirmişdir ki, ərizəçi ilə qonşudur. X8 1994-cü ildə vəfat etmişdir. Kəmalə xəstə olmuşdur. Dəfn mərasimində iştirak etməmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X30 bildirmişdir ki, X8 onun həm qonşusu, həm də qohumudur. O, 1994-cü ildə vəfat etmiş və kənd qəbiristanlığında dəfn edilmişdir. Kəmalə vəfat edən ili onun 19 yaşı olmuşdur. Kəmalə Xanalıyevanın ata, anası da, vəfat etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, mərhum X8 1969-cu ildə anadan olmuşdur. Kəmalə xx.xx.1994-cü ildə vəfat etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05 sentyabr 2023-cü il tarixli Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan müəyyən olunur ki, 1994-cü ildən xx.xx.2023-cü il tarixədək "Vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə daxil edilmiş məlumatlar yoxlanılmış və xx.xx.1969-cu il təvəllüdlü X3 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmaqdıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən iddia edilən ölüm faktının qeydə alınmasından imtina olunaraq, məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. İş materiallarında olan “TƏBİB” X40 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X36 08 sentyabr 2023-cü il tarixli, 18-1-68/2-2212/2023 saylı məktubundan görünür ki, Salyan rayonu, Qarabağlı kənd sakini Ərizəçi yazılı sürətdə ərizəsinə və Salyan rayon İcra Hakimiyyəti Başçısının Qarabağlı kəndi üzrə ərazi nümayəndəliyinin arayışına əsasən 1969-cu il təvəllüdlü X9 19 mart 1994-cü il tarixdə vəfat etmişdir. X5 ölümü haqqında Salyan RMX-dan və onun tabeliyində olan tibb müəsissələrindən “Ölüm haqqında” tibbi şəhadətnamə verilməmişdir. Odur ki, nəzərinizə çatdırıq ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 5 N-li qərarına əsasən “İnsanın ölüm anının müəyyən edilməsi reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının təsdiq edilməsi barədə” qərarını əsas tutaraq ölüm haqqında tibbi şəhadətnamə 5 (beş) iş günü ərzində təqdim olunmadıqda şəhadətnamənin verilməsi ilə bağlı mübahisəli hallar məhkəmə qaydasında həll olunur. İş materiallarında olan Qarabağlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi H.Abdullayev tərəfindən tərtib edilmiş 07 sentyabr 2023-cü il tarixli, 924 saylı arayışdan görünür ki, Ərizəçi bacısı xx.xx.1969-cu ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş X8 xx.xx.1994-cü ildə Salyan rayonu, Qarabağlı kəndində vəfat etmişdir və Qarabağlı kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunmuş məzar daşının üzərində olan fotoşəkildən görünür ki, X10 19 mart 1994-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan X15 ksero surətindən görünür ki, X19 xx.xx.2019-cu ildə Salyan rayonu, Qarabağlı kəndində ölmüşdür.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin 10 ayının 28 günündə 61 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan X15 ksero surətindən görünür ki, X20 xx.xx.2015-ci ildə Salyan rayonu, Qarabağlı kəndində ölmüşdür.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2015-ci ilin 07 ayının 06 günündə 36 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan X14 ksero surətindən görünür ki, X8 xx.xx.1969-cu ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuşdur. İş materiallarında olan X16 Şəhadətnamənin ksero surətindən görünür ki, X21 ilə X27 arasında nikah 28 oktyabr 1966-cı il tarixdə 72 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixdə, ********** saylı qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışın surətindən görünür ki, Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.6890 ha torpaq sahəsi X21, X6, X7, Ərizəçi, X22, X8 və X11 ümumi birgə mülkiyyətindədir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, 1969-cu ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş X12 xx.xx.1994-cü ildə ildə Salyan rayonu, Qarabağlı kəndində evdə vəfat etmişdir. Mərhum Qarabağlı qəbiristanlığında dəfn olunmuşdur. Lakin onun ölüm faktı qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmamışdır. Ərizəçi bacısının ölümünün qeyd edilməsi haqqında sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin X15 alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi X2nın xx.xx.1994-cü il tarixdə Salyan rayonu, Qarabağlı kəndində ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin, şahidlərin izahatları və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə xx.xx.1969-cu il təvəllüdlü, Salyan rayonu, Qarabağlı kəndində doğulmuş X3 xx.xx.1994-cü il tarixdə Salyan rayonunun, Qarabağlı kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin xx.xx.1969-cu il tarixdə Salyan rayonu, Qarabağlı kəndində doğulmuş X8 xx.xx.1994cü il tarixdə Salyan rayonu, Qarabağlı kəndində ölməsi fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar