Məhkəmə qərarları › İş №2(057)-187/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-187/2024

29.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-187/2024 29.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1973-cü ildə anadan olmuş Həsənova (Miriyeva) Şeyda Əvəz qızının xx.xx.1996-ca ildə tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum anası X3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ev və həyətyanı torpaq sahəsini sənədləşdirmək üçün X20 Xidmət Mərkəzində Notariat ofisinə müraciət etmişdir. Çünki o, həmin ev və həyətyanı torpaq sahəsi üçün vəsiyyətnamə əsasında oğlu X1 adına çıxarış almaq istəyir. Bunun üçün ondan mərhum atası X4, mərhum anası X5, mərhum qardaşı X8, mərhum qardaşı X6, mərhum bacısı Həsənova (Miriyeva) Şeyda Əvəz qızının ölüm haqqında şəhadətnamələri tələb edilmişdir. Mərhum atası X4, mərhum anası X5, mərhum qardaşı X9, mərhum qardaşı X6 oğlunun ölüm haqqında şəhadətnamələri olsa da, xx.xx.1996-cı ildə vəfat etmiş bacısı Həsənova (Miriyeva) Şeyda Əvəz qızının ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Mərhum bacısı X13 ilə evlənsə də hər ikisi vəfat etmişdir. Qanun üzrə birinci növbəli heç bir vərəsəsi qalmamışdır. Ona ölüm haqqında şəhadətnamə alınmamışdır. Onu Salyan rayon qəbirstanlığında dəfn etmişlər. 2 şahid ( X2 və X10) bunu təsdiq edir. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətin 13 saylı Şirvan Ərazi İdarəsinin Salyan şöbəsindən, Salyan rayon Məhkəməsində miras əmlakla bağlı qətnamə aldıqdan sonra vərəsəlik açılacağı bildirilsə də Həsənova (Miryeva) Şeyda Əvəz qızının ölüm haqqında şəhadətnaməsi olmadığı üçün məhkəməyə müraciət etmək mümkün deyildir. Maraqlı şəxsnə müraciət etsə də Həsənova (Miryeva) Şeyda Əvəz qızının ölümü qeydiyyata alınmadığından ölüm haqqında hər hansı sənəd alınması mümkün olmamışdır. xx.xx.2023-cü il tarixli məktubla məhkəmə qaydasında ölüm faktının təsdiq edilməli olduğu bildirilmişdir. Vərəsələrdən biri olan - Həsənova (Miriyeva) Şeyda Əvəz qızı onun bacısıdır. Həsənova (Miriyeva) Şeyda Əvəz qızının ölüm haqqında şəhadəmaməsi olmadığından sənədləşmə aparıla bilmir. Həsənova (Miryeva) Şeyda Əvəz qızı xx.xx.1996-cı ildə vəfat edib, Salyan şəhərində dəfn edilmiş və vəfat etdiyini təsdiq edən şahidləri də var. Məhkəmə prosesi zamanı şahidlərin iştirakı təmin ediləcəkdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ümnvanlayaraq iddiasını müdafiə etdiyini, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, ərizəsinə onun iştirakı olmadan baxılmasını və müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, Miriyeva (Həsənova) Şeyda Əvəz qızı onun baldızıdır. Rafiqlə evliliyindən bir övladı olmuş, lakin 3 aylığında uşaq ölmüşdür. 1996-cı ildə isə özü xəstəlikdən ölmüşdür. Onu Salyan rayon qəbirstanlığında dəfn etmişdirlər. Həmin dəfndə o da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında bildirmişdir ki, Miriyeva (Həsənova) Şeyda Əvəz qızı onun dayısı qızıdır. Rafiqlə evliliyindən bir övladı olmuş, lakin 3 aylığında uşaq ölmüşdür. 1996-cı ildə isə özü xəstəlikdən ölmüşdür. Onu Salyan rayon qəbirstanlığında dəfn etmişdirlər. Həmin dəfndə o da iştirak etmişdir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 26 dekabr 1961-ci il tarixli, A3 059959 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx xxxxxx 1961-ci il tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydələri kitabında 759 nömrə ilə qeydə alınmışdır. Maraqlı şəxsndən verilmiş 3-16-5/7-15-M-59/2-6/2023 saylı, xx.xx.2023-cü tarixli məktubdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Miriyeva (Həsənova) Şeyda Əvəz qızının ölüm faktının qeydə alınmasından imtina olunmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş doğum haqqında akt qeydinin surətindən görünür ki, X14 xx.xx.1973-cü il tarixdə anadan olmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş nikah haqqında akt qeydinin surətindən görünür ki, X14 ilə X13 Azərbaycan Respublikası Maraqlı şəxsndə xx.xx.1993-cü ildə tarixdə nikaha daxil olmuş, onların nikahları 43 nömrəli qeyd ilə nikahın bağlanması haqqında akt qeydləri kitabında qeyd edilmişdir. Evlənəndən sonra ərə Miriyev, qadına isə Miriyeva soyadı verilmişdir. Miriyeva (Həsənova) Şeyda Əvəz qızının qəbrinə aid fotoşəkildən görünür ki, həmin şəxs xx.xx.1973-cü ildə anadan olmuş, xx.xx.1996-cı il tarixdə ölmüşdür. Həmçinin məhkəmə qeyd edir ki, ərizəçinin ərizəsinə əlavə etdiyi sənədlərin bir çoxunun tələbin mahiyyəti ilə bağlılığı yoxdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi Məmmədova (Həsənova) Mətanət Əvəz qızının bacısı Miriyeva (Həsənova) Şeyda Əvəz qızı xx.xx.1996-cı il tarixdə Salyan şəhərində ölmüş və Salyan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunmuşdur. Ərizəçi Məmmədova (Həsənova) Mətanət Əvəz qızı mərhum bacısı Miriyeva (Həsənova) Şeyda Əvəz qızının ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və 01 iyun 1973-cü il təvəllüdlü Miriyeva (Həsənova) Şeyda Əvəz qızının 19 fevral 1996-cı il tarixdə ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 01 iyun 1973-cü il təvəllüdlü Miriyeva (Həsənova) Şeyda Əvəz qızının 19 fevral 1996-cı il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar