Məhkəmə qərarları › İş №2(057)-2010/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2010/2025

19.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2010/2025 19.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1968-ci il tarixdə Salyan (indiki Neftçala) rayonu, Boyat kəndində anadan olmuş oğlu X4 xx.xx.1968-ci ildə Neftçala rayonu Boyat kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi vəkil X32 ərizəni onunla əsaslandırılmışdır ki, X20 xx.xx.1939-cı ildə Salyan Rayonunda anadan olmuşdur. X28 ilə nikaha daxil olmuşdur. Birgə nikahdan 11 uşaqları anadan olmuşdur. X16 xx.xx.1961-ci ildə, X8 xx.xx.1965-ci ildə, X5 xx.xx.1967-ci ildə, X12 xx.xx.1968-ci ildə, X13 xx.xx.1970-ci ildə, Nümayəndə xx.xx.1971-ci ildə, X14 xx.xx.1973-cü ildə, X17 xx.xx.1974-cü ildə, X6 xx.xx.1976-ci ildə, X7 xx.xx.1978-ci ildə, X9 xx.xx.1982-ci ildə anadan olmuşdur. X12 anadan olandan 2 ay sonra 1968-ci oktyabr ayının 20-də yüksək qızıdırmadan rəhmətə getmiş və Neftçala rayonu (Boyat Kənd) qəbirstanlığında dəfn edilmişdir. Lakin uşağa ölüm haqqında şəhadətnamə alınmamışdır. Həyat yoldaşı X28 xx.xx.2024-cü ildə vəfat etmişdir. Həyat yoldaşından qalan miras əmlaka dair qanun üzrə vərəsəlik açılması üçün X41 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etdikdən sonra bildirilmiş ki, mərhum həyat yoldaşının 11 övladı var və bunların sənədləri təqdim edilməlidir. X12 xx.xx.1968-ci ildə anadan olduqdan 2 ay sonra rəhmətə getdiyini bildirmiş və ondan ölüm haqqında şəhadətnamə istənilmişdir. Neftçala Rayon Qeydiyyat müraciət etmiş və müraciətinə cavab olaraq 3-16-5/8-H-301-2025 saylı xx.xx.2025-ci il tarixli məktubla bildirilmiş ki, xx.xx.2025-ci ilədək axtarış edilmiş və ölüm haqqında akt qeydi aşkar edilməmiş, məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Beləliklə, hazırda oğlu xx.xx.1968-ci il təvəllüdlü X4 ölümü barədə lazımi sənədin olmaması ona və ailənin digər üzvlərinə vərəsəlik münasibətlərində qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Oğlu xx.xx.1968-ci il təvəllüdlü X1 rayonu Boyat kəndi ərazisində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə qeyd olunanları bir daha təsdiq edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmə işə həmin təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxıb, ərizəçinin izahatını,dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Neftçala rayon Qeydiyyat şöbəsindən verilmiş 3-16-5/8-H-301-2025 saylı, xx.xx.2025-ci tarixli məktubdan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü X4 ölüm faktının qeydə alınmasından imtina olunmuşdur. Azərbaycan Respublikası “TƏBİB” “Neftçala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 23 may 2025-ci ildə Neftçala rayon Boyad kəndində anadan olmuş və 1968-ci ildə Boyad kəndində vəfat etmiş X4 ölümü barədə Neftçala RMXsı tərəfindən heç bir tibbi sənəd verilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Salyan Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X18 ailə üzvlərinin müəyyən edilməsi barədə müraciətə baxılmış “X15” AQİS-də həmin şəxsə dair xx.xx.2025-ci ilədək yoxlama aparılmış və mərhumun ailə üzvləri barəsində məlumatlar aşkar olunmuşdur. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Lerik rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X8 xx.xx.1965-ci il tarixdə Lerik rayon Livədirqə kəndində anadan olmuşdur. Lerik rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X6 xx.xx.1976-cı il tarixdə Lerik rayon Livədirqə kəndində anadan olmuşdur. Lerik rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Nümayəndə xx.xx.1971-ci il tarixdə Lerik rayon Livədirqə kəndində anadan olmuşdur. Lerik rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X17 xx.xx.1974-cü il tarixdə Lerik rayon Livədirqə kəndində anadan olmuşdur. Lerik rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X28 xx.xx.1941-ci il tarixdə Lerik rayon Livədirqə kəndində anadan olmuşdur. Lerik rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X19 xx.xx.2012-ci il tarixdə Lerik rayon Livədirqə kəndində anadan olmuşdur. Lerik rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X14 xx.xx.1973-ci il tarixdə Lerik rayon Livədirqə kəndində anadan olmuşdur. Lerik rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X36 ilə X3 rayon Qeydiyyat şöbəsində nikaha daxil olmuş və bu barədə 16 №-li akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsi tərəfindən verilmiş 22 aprel 2025-ci il tarixli arayışdan görünür ki, 1914-cü il təvəllüdlü X10 Vətən Müharibəsi illərində oktyabr 1942-ci il tarixdə itkin düşmüşdür. Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Ərizəçi verilmiş 06 may 2025-ci il tarixli arayışdan görünür ki, həyat yoldaşı X28 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, mərhumun daimi yaşayış yeri Salyan rayonu Dayıkənd kəndi olmuş və ölənədək ailə üzvləri ilə birlikdə yaşamışdır. “Elektron notariat” X2 vasitəsilə “X15” AQİS-dən çıxarışdan görünür ki, X12 xx.xx.1968-ci il tarixdə anadan ölmüşdür. Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 iyun 2025-ci il tarixli məktubdan görünür ki, X4 doğumu 1968-ci il tarixdə Neftçala rayon, Boyat kənd İƏN-də qeydə alınmış, ölüm faktı isə qeyd alınmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi oğlu X12 xx.xx.1968-ci il tarixdə Salyan (indiki Neftçala) rayonu Boyat kəndində anadan olmuş, xx.xx.1968-ci ildə Neftçala rayonu Boyat kəndində ölmüşdür. xx.xx.1968-ci il təvəllüdlü X4 ölümü barədə lazımi sənədin olmaması ona və ailənin digər üzvlərinə vərəsəlik münasibətlərində qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaratmışdır. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə və özünün ifadəsi ilə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum oğlu X4 ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Salyan Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslı olduğundan təmin edilməli və xx.xx.1968-ci il təvəllüdlü X4 xx.xx.1968-ci ildə Neftçala rayonu Boyat kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1968-ci il təvəllüdlü X4 xx.xx.1968-ci ildə Neftçala rayonu Boyat kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar