Məhkəmə qərarları › İş №2(057)-2011/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2011/2025

28.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2011/2025 28.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1973-cü ildə Salyan rayonu Kürqaraqaşlı kəndində anadan olmuş qardaşı X4 18 aprel 1974-cü il tarixdə Salyan rayonu Kürqaraqaşlı kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1976-cı ildə Salyan rayonunda anadan olmuşdur. Atası, X14 09 sentyabr 1972-ci ildə anası X9 ilə nikaha daxil olmuş, birgə nikahdan 4 uşaqları - X10 xx.xx.1973-cü ildə, X10 xx.xx.1974-cü ildə, Ərizəçi xx.xx.1976cı ildə və X11 xx.xx.1977-ci ildə anadan olub. Birinci uşaq anadan olandan 10 ay sonra 1974-cü aprel ayının 18-də yüksək qızıdırmadan rəhmətə getmiş və kənd qəbirstanlığında ailə üzvlərindən rəhmətə getmiş şəxslərin yanında dəfn edilmişdir. Amma valideynləri bu uşağa ölüm haqqında şəhadətnamə almamışdır. Anadan olan ikinci uşaqlarına rəhmətə gedən uşağın adını qoymuşlar. X3 xx.xx.2018-ci ildə vəfat etmişdir. Atasından qalan miras əmlaka dair qanun üzrə vərəsəlik açılması üçün X24 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etdikdə bildirilmişdir ki, mərhum atasının 4 övladı var və bunların sənədləri təqdim edilməlidir. Böyük qardaşı X4 xx.xx.1973-cü ildə anadan olduqdan 10 ay sonra rəhmətə getdiyini bildirmiş və ondan ölüm haqqında şəhadətnamə istəmişdirlər. Asan Xidmətin Qeydiyyat Şöbəsinə yaxınlaşmış və müraciətinə cavab olaraq 3-16-5/8-15- 896\2025 saylı xx.xx.2025-ci il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, 1971-1977-ci illər üzrə axtarış edilmiş və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. X10 xx.xx.1973cü ildə anadan olduqdan sonra vəfat etməsini təsdiq edən 2 şahid vardır. Atası mərhum X5 Seriya RX **********67-10301 saylı qeydiyyat nömrəsi ********** nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan Salyan rayonu Kürqaraqaşlı kəndində yerləşən əmlak, Salyan RİHB xx.xx.2009-cu il tarixli 57-S saylı sərəncamı ilə təsdiq edilmiş 29 saylı order əsasında verilmiş Salyan şəhəri A.Ağabəyli küçəsi bina 6 mənzil 60-da yerləşən miras əmlak qalmışdır. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda ölüm faktının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin təqdim olunmaması əsas göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməkləri tövsiyə olunmuşdur. Salyan RMX PHŞ tərəfindən də uşağın ölümü barədə tibbi şəhadətnamə təqdim oluna bilməmişdir. Qonşuluqlarında yaşayan müvafiq yaş qrupuna mənsub şəxslər ölüm faktını təsdiq edə bilərlər. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmədə ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, ərizəsini müdafiə edir, təmin olunmasını xahiş edir. Mərhum qardaşı ilk uşaq olmuşdur, onun doğumu və ölümü barədə hər hansı məlumatı olmamışdır. Mərhum qardaşından sonra anadan olan qardaşına da eyni ad qoyulmuşdur. Hazırda atası vəfat etdiyindən atasından qalan mirası qardaşları ilə arasında bölüb, öz adlarına sənədləşdirmək istəyirlər. Lakin mərhum qardaşı üçün ölüm şəhadətnaməsi almadıqlarından bu onlar üçün problem halına gəlib. Ərizənin təmin olunmasına barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclası zamanı şahid qismində izahat verən X6 verdiyi izahatında bildirmişdir ki, ərizəçinin dayısıdır. Mərhum uşaq bacısının ilk övladı olmuş, çağa olan zaman vəfat etmişdir. Həmin vaxt o tələbə olmuş, təxminən yaz aylarında rayona gəlmiş, uşağın xəstə olduğunu görmüşdür. Uşağı Bakı şəhərinə həkimə aparanda onlarla birgə xəstəxanaya o da, getmişdir. Bildiyinə görə talasemiya xəstəliyindən vəfat etmişdir. Vəfatından sonra rəhmədə gedən ailə üzvləri ilə birgə dəfn edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində izahat verən X8 və X1 Əliheydər Əjdər oğlunun və ərizəçinin izahatlarına uyğun izahat verərək bir daha olanları təsdiqləmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən, işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, ərizəçinin və şahidlərin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Salyan Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli 18-1-68/2-B-324-42-277/2025 saylı məktubdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X7 Salyan RMX və onun tabeliyində olan tibb müəssisələri tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” verilməmişdir. X24 Xidmət Mərkəzində Qeydiyyat Şöbəsindən verilmiş 3-16-5/8-15-896/2025 saylı, xx.xx.2025-ci tarixli məktubdan görünür ki, 1971-1977-ci illər üzrə axtarış edilmiş və xx.xx.1973-cü il təvəllüdlü X4 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Salyan Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-940/2025 saylı məktubdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X4 doğumu barədə arayışın onlara təqdim edilməsindən imtina edilmişdir. AZ 236479 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1972ci il tarixdə 16 nömrə ilə qeyd edilmiş X14 və X9 arasında olmuş, nikahdan sonra ərə Babayev, arvada Babayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, əks olunan qəbir uşağa məxsusdur, baş daşı yerinə taxta parçası qoyulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi qardaşı X10 xx.xx.1973-cü il tarixdə Salyan şəhərində anadan olmuş, xx.xx.1974-cü il tarixdə ölmüş və Salyan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə və özünün və şahidlərin ifadəsi ilə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum qardaşı X4 ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslı olduğundan təmin edilməli və xx.xx.1973-cü il təvəllüdlü X4 xx.xx.1974-cü il tarixdə Salyan şəhərində ölməsi və Salyan şəhər qəbirstanlığında dəfn edilməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1973-cü il təvəllüdlü X4 xx.xx.1974-cü il tarixdə Salyan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar