Məhkəmə qərarları › İş №2(057)-2013/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2013/2024

16.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2013/2024 16.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, X11 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 21 dekabr 2017-ci ildə Bakı şəhərində anadan olmuş oğlu X1 02 avqust 2024-cü ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X3 ilə nikahlarını 24 noyabr 2014-cü il tarixdə rəsmiləşdirirərək ailə qurmuşlar. Birgə nikahdan 2 uşaqları doğulmuşdur. 21 dekabr 2017ci il təvəllüdlü X6 ilə həyat yoldaşı X3 23 iyul 2024-cü ildə Sumqayıt şəhərində yolu keçərkən X4 maşın vurmuşdur. Oğlunu Sumqayıt Təcili Tibbi yardım mərkəzinə aparmışlar. Oradan da Bakı Mərkəzi Klinikaya bioloji ölüm kimi aparılaraq övladına süni nəfəs qoşmuşlar. 21 dekabr 2017-ci il təvəllüdlü X6 02 avqust 2024-cü il tarixdə saat 17:38-də ölmüşdür. Oğlunu gətirib Salyan rayon Kərimbəyli kənd qəbristanlığında dəfn etmişdir. Lakin həmin vaxt ölümün qeydiyatı üçün sənədləşmə işlərinin aparılmalı olduğunu bilmədiyi üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə tərəfindən aidiyəti orqanlara müraciət olunmamışdır. Göstərilənlərə əsasən, 03 may 1989-cu ildə Salyan rayonunda anadan olmuş qızı X2 07 iyul 1998-ci ildə Salyan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, oğlu Salyan rayon Qarabağlı kənd qəbirstanlığında dəfn edilmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən, işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, oğlu Əbülfəz 02 avqust 2024-cü il tarixdə avtoqəza nəticəsində vəfat etmiş və Salyan rayon Qarabağlı kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, ərizəçi onun dostudur. X6 02 avqust 2024-cü il tarixdə avtoqəza nəticəsində vəfat etmiş və Salyan rayon Qarabağlı kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, ərizəçi onun dostudur. X6 02 avqust 2024-cü il tarixdə avtoqəza nəticəsində vəfat etmiş və Salyan rayon Qarabağlı kənd qəbirstanlığında dəfn edilmişdir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; “TƏBİB” X16 TTYŞ-nin müdiri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, 21 dekabr 2017-ci il təvəllüdlü X6 02 avqust 2024-cü il tarixdə saat 17:38-də Salyan MRX-nın TY bölməsinə müraciət etmiş və müayinə olunduqdan sonra xəstəxanaya avtoqəza nəticəsində ölü daxil olması müəyyən olunmuşdur. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X3 nikahlarını 24 noyabr 2014-cü il tarixdə Salyan rayonu Kərimbəyli kənd İƏN-də rəsmiləşdirirərək ailə qurmuşlar. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 21 dekabr 2017-ci il təvəllüdlü X6 doğulmuşdur. Maraqlı şəxsndən verilmiş 3-16-5/8-15-B-68/2024 saylı, xx.xx.2024-cü tarixli məktubdan görünür ki, 21 dekabr 2017-ci il təvəllüdlü X1 ölüm faktının qeydə alınmasından imtina olunmuşdur. 16 oktyabr 2024-cü il tarixli M.Muradov, Ə.Kərimov, B.Muradov, O.Seyfullayev və Ərizəçi tərəfindən tərtib olunmuş aktdan görünür ki, bu aktı tərtib etmişdirlər ondan ötrü ki, 21 dekabr 2017-ci il tarixdə Salyan rayonu Kərimbəyli kəndində anadan olmuş X6 02 avqust 2024-cü ildə vəfat etmişdir. Salyan rayon İcra rayon İHB-nın Kərimbəyli kənd İnzibati ərazi nümayəndəsi X8 akta imza edən vətəndaşların imzalarının həqiqiliyini təsdiq etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi oğlu - X6 02 avqust 2024ci il tarixdə Salyan şəhərində ölmüş və Salyan rayonu Qarabağlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum oğlu X1 ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və 21 dekabr 2017-ci il təvəllüdlü Salyan rayonunda anadan olmuş X1 02 avqust 2024-ci il tarixdə Salyan şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 21 dekabr 2017-ci ildə Bakı şəhərində anadan olmuş X1 02 avqust 2024-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar