Məhkəmə qərarları › İş №2(057)-2018/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2018/2023

25.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2018/2023 25.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi rayon məhkəməsinə verdiyi ərizəsində 17 iyul 1995-ci ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş oğlu X1 25 oktyabr 1995-ci il tarixdə Salyan rayonunun, Təzəkənd kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi bildirmişdir ki, 17 iyul 1995-ci il tarixdə Salyan rayonunun Qarabağlı kəndində anadan olmuş oğlu X2 25 oktyabr 1995-ci il tarixdə Salyan rayonu Təzəkənd kəndində vəfat etmiş və Qarabağlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Oğlunun ölümü qeydə alınmamış, bu barədə aidiyyəti orqanlara müraciət etməmişdir. Hazırda bu məsələ ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, müraciətinə cavab olaraq ona ölüm faktının qeydə alınmasından imtina olunaraq, buna əsas kimi ölüm haqqında tibb şəhadətnaməsinin olmaması əsas göstərilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Oğlunun ölümünün qeydə alınması X1 ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Odur ki, ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmədə elan olunmuş 18 sentyabr 2023-cü il tarixli aktda xx.xx.1995-ci il təvəllüdlü X1 xx.xx.1995-ci il tarixdə Salyan rayonu Təzəkənd kəndində yaşadığı evdə vəfat etdiyini və Qarabağlı kənd qəbiristanlığında dəfn olunduğu qeyd olunmuşdur. Məhkəmədə elan olunmuş Maraqlı şəxs tərəfindən Salyan rayonu, Təzəkən kəndində yaşayan Ərizəçi ünvanlanmış 21 sentyabr 2023-cü il tarixli, 3-16-5/7-15-N-54/2- 06/2023 nömrəli məktubdan görünür ki, xx.xx.1995-ci ildə Salyan rayonu Qarabağlı kəndində anadan olmuş oğlu X1 xx.xx.1995-ci ildə Salyan rayonu, Təzəkənd kəndində ölməsi faktının qeydə alınması barədə müraciət ölüm haqqında tibbi şəhadətnamə olmadığından və ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm faktının qeydə alınmasından imtina olunmuşdur. Bu barədə məhkəmədə iddia qaldırılması tövsiyə edilmişdir. xx.xx.1995-ci il tarixdə Salyan rayonu Qarabağlı kəndində anadan olmuş X2 xx.xx.1995-ci il tarixdə vəfat etmiş, lakin onun ölüm faktı qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmamışdır. Ərizəçi oğlunun ölümünün qeyd edilməsi haqqında sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin xx.xx.1995-ci ildə anadan olmuş X2 xx.xx.1995-ci ildə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar