Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2082/2025 24.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1971-ci il təvəllüdlü bacısı X1 xx.xx.2023-cü il tarixdə Salyan rayonu, Qaraçala kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1971-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş bacısı X3 xx.xx.2023-cü il tarixdə Salyan rayonu Qaraçala qəsəbəsində vəfat etmişdir. Lakin həmin vaxt ölümün qeydiyyatı üçün sənədləşmə işlərinin aparılmalı olduğunu bilmədikləri üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə tərəflərindən aidiyyəti orqanlara müraciət olunmamışdır. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Salyan rayon Mərkəzi Xəstəxanasından verilmiş cavabda müddətin ötürülməsi ilə əlaqədar tibbi şəhadətnamənin verilməsinin mümkünsüz olduğu bildirilmiş, digər tərəfdən də Maraqlı şəxs tərəfindən verilmiş cavabda ölüm faktının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin olmaması əsas göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Beləliklə hazırda bacısının vəfat etməsi, lakin onun ölümü barədə lazımi sənədin olmaması ona və digər ailə üzvlərinə ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqları həyata kecirilməsinə maneələr yaradır. Mərhum bacısı X3 xx.xx.2023cü il tarixdə Salyan rayonu Qaraçala qəsəbəsində vəfat etmiş və o həmin gün Salyan rayonu Qaraçala qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Onun məzar daşının fotoşəkilləri bu faktı bir daha təsdiqləyir. Eləcə də kəndlərində yaşayan müvafiq yaş qrupuna mənsub bütün həmkəndliləri mərhum bacısı X1 ölüm faktını təsdiq edə bilərlər. Eyni zamanda bu ölüm faktı ilə bağlı yuxarıda qeyd etdikləri məlumatlar həm də imzaların həqiqiliyi Salyan rayonu Qaraçala qəsəbə İƏN-i tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli aktda öz təsdiqini tapmışdır. Bacısının ölüm haqqında şəhadətnaməsinin olmaması onların hüquqlarını həyata keçirməyə mane olur və bir qardaş kimi də onu narahat edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmədə ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, ərizəni müdafiə edir. Mərhum bacısı şəkərli diabed xəstəliyindən əziyyət çəkmiş, xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamə almaq üçün müvafiq müraciətlər etsələr də, buna nail ola bilməmişlər. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. 3 nəfəri şahid kimi gətirmiş, dindirilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə şöbənin rəisi məlumat verərək iş yüknün çoxluğunu nəzərə alaraq onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən, işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində izahat verən X7 verdiyi izahatında bildirmişdir ki, ərizəçinin mərhum bacısı Xədicə ailəli olmuş, uşağı olmamışdır. Bakı şəhərində yaşamış, əri öldüyü üçün qardaşı olan ərizəçinin yanına-ata evinə gəlmiş, orada yaşamışdır. Mərhum şəkərli diabed xəstəliyindən əziyyət çəkmişdir. Təxminən 1 ildir ki, mərhum vəfat etmişdir. Dəfnində özü də iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində izahat verən X9 verdiyi izahatında bildirmişdir ki, mərhum onun qonşusu olmuşdur, evli olmuş, Bakı şəhərində yaşamışdır. Əri vəfat etdiyi üçün ata evinə qayıtmış, orada yaşamışdır. Mərhum şəkərli diabed xəstəylinidən əziyyət çəkmişdir, təxminən 1 ildn çoxdur ki, vəfat etmişdir. Məhkəmə iclası zamanı şahid qismində izahat verən X5 izahatında bildirmişdir ki, ərizəçi onun qonşusudur. Mərhum bacısı şəkərli diabed xəstəsi olmuş, son zamanlar xəstəliyi kəskinləşdiyi üçün ata evinə -qardaşı Məcidin yanına qayıtmış, orada yaşamışdır. Ərizəçi mərhumu dəfələrlə həkimə aparmış, müalicə etdirmiş, buna baxmayaraq o, ölmüşdür. Mərhumun dəfnində və qəbrinin üzərinin düzəldilməsində şəxsən özü iştirak etmişdir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, ərizəçinin və şahidlərin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; X14 Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş -16-5/8-15-888/2025 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü ildə vəfat etdiyini bildirilmiş X1 ölümü haqqında akt qeydinin aşkar edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Müraciətiə baxılmasının nəticəsindən subordinasiya və məhkəmə qaydasında şikayət etmək, eyni zamanda ölüm faktının müəyyən olunması üçün müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Salyan Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli 18-1-68/2-K-304-42-258/2025 saylı məktubdan görünür ki, Ərizəçi mərhum bacısı Salyan rayonu Qaraçala qəsəbəsində yaşamış, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 (təvəllüdü xx.xx.1971) Salyan RMX və onun tabeliyində olan tibb müəsisələri tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” verilməmişdir. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Salyan rayonu Qaraçala qəsəbəsi İƏDÜNsi X4 və Salyan rayonu Qaraçala qəsəbəsi sakinləri X10, X7 mərhumə X3 xx.xx.2023-cü il tarixdə Salyan rayonu Qaraçala qəsəbəsində vəfat etməsini akt tərtib etməklə imzaları ilə təsdiq etmişlər. Şəxsiyyət vəsiqəsindən və doğum haqqında şəhadətnamədən görünür ki, X3 21 mart 1971-ci ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuşdur. Nikah haqqında şəhadətnamədən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü X8 ilə xx.xx.1971-ci il təvəllüdlü X1 nikahları 1410 saylı akt qeydi ilə xx.xx.2020-ci il tarixdə 4 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, əks olunan qəbir X2 məxsusdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi bacısı xx.xx.1971-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə ölmüş və Salyan rayonu Qaraçala qəsəbəsində qəbiristanlığında dəfn olunmuşdur. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə və özünün və şahidlərin ifadəsi ilə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum bacısı xx.xx.1971-ci il təvəllüdlü X1 ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslı olduğundan təmin edilməli və xx.xx.1971-ci il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1971-ci il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №2(057)-2082/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2082/2025
24.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver