Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2100/2023 13.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə aliment tələbi barədə mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsində birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2011ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 saxlanması üçün hər uşaq üçün 50 manat olmaqla ümumi olaraq 150 manat aliment Maraqlı şəxs alınaraq ona verilməsi barədə razılığa gəldiklərini, bu barədə aralarında barışıq sazişi bağladıqlarını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə hər iki tərəfə məlumat verilmiş, lakin tərəflərin heç biri məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmə hər iki tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflərin birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 saxlanması üçün hər uşaq üçün 50 manat olmaqla ümumi olaraq 150 manat aliment Maraqlı şəxs alınaraq Ərizəçi verilməsi barədə razılığa gəlmişlər. Ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmalıdır Məhkəmədə elan olunmuş Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-1393/2023 saylı qətnaməsinin surətindən görünür ki, Maraqlı şəxs və Ərizəçi arasında Salyan rayonu, Qaraçala qəsəbə inzibati ərazi nümayəndəliyində 27 fevral 2006cı il tarixdə 08 saylı akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 anaları Ərizəçi yanında saxlanılmışdır. Mediasiya haqqında Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Azərbaycan Respublikası MPM 355-23.1-ci maddəsində göstərilir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM 355-23.2-ci maddəsində göstərilir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 16 oktyabr 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Tərəflərin birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 saxlanması üçün hər uşaq üçün 50 manat olmaqla ümumi olaraq 150 manat aliment Maraqlı şəxs alınaraq Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Maraqlı şəxs 38 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakim: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-2100/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2100/2023
13.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver