Məhkəmə qərarları › İş №2(057)-2101/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2101/2024

03.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2101/2024 03.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, 1910-cu il təvəllüdlü X9 23 aprel 1988-ci ildə Salyan rayonu, Seyidlər kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1978-ci ildə X23 ilə X2 birgə nikahlarından doğulmuşdur. X6 da, X29 ilə X9 birgə nikahlarından doğulmuşdur. X6 24 noyabr 2018-ci il tarixdə ölmüşdür. Onun 1910-cu il təvəllüdlü mərhum nənəsi X18 23 aprel 1988-ci ildə Salyan rayonu, Seyidlər kəndində ölmüşdür. Lakin həmin vaxt ölümün qeydiyyatı üçün sənədləşmə işlərinin aparılmalı olduğunu bilmədikləri üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə tərəflərindən aidiyəti orqanlara müraciət olunmamışdır. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda ölüm faktının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin olmaması əsas göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Beləliklə hazırda mərhum nənəsi X9 ölümü barədə lazımi sənədin olmaması ona və digər ailə üzvlərinə ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Nənəsinin ölümünün qeydə alınması evin rəsmiləşdirilməsi üçün lazımdır. Bildirir ki, nənəsi X18 23 aprel 1988-ci ildə Salyan rayonu, Seyidlər kəndində vəfat etmiş və Dayıkənd kənd qəbiristanlığında dəfn olunmuşdur. Kəndlərində yaşayan müvafiq yaş qrupuna mənsub bütün həmkəndliləri nənəsi Zeynəbin ölüm faktını təsdiq edə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Elavə olaraq bildirmişdir ki, ərizədə nənəsinin 1910-cu ildə doğulduğunu yanlışlıqla yazmışdır. Əslində nənəsi X18 1921-ci ildə Ermənistan Respublikasının Vedi rayonunda anadan olmuş, 23 aprel 1988-ci ildə Salyan rayonu, Seyidlər kəndində vəfat etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid qismində iştirak etmiş X19 izahatında bildirmişdir ki, mərhum Zeynəb Əliyeva onun nənəsidir. Nənəsi 1988-ci ildə Salyan rayonu, Seyidlər kəndində vəfat etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid qismində iştirak etmiş X24 izahatında bildirmişdir ki, mərhum Zeynəb Əliyeva onun anasıdır. Anası 1921-ci ildə Ermənistan Respublikasının Vedi rayonunun Hortun kəndində anadan olmuşdur. 1988-ci ildə Salyan rayonu, Seyidlər kəndində vəfat etmiş və Dayıkənd kənd qəbiristanlığında vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan X7 Şəhadətnamədən görünür ki, X23 ilə X8 arasında nikah 14 iyun 1974-cü ildə Salyan rayon Şorsulu kənd ZDSİ Komitəsində bağlanmışdır. İş materiallarında olan X3 görünür ki, Ərizəçi xx.xx.1978-ci ildə Salyan rayonu, Seyidlər kəndində doğulmuşdur. İş materiallarında olan X4 ksero surətindən görünür ki, X23 10 may 1949-cu ildə Ermənistan Respublikasının Vedi rayonu, Ortuş (Hortun) kəndində doğulmuşdur. X11, anası X12r. İş materiallarında olan X5 ksero surətindən görünür ki, X23 xx.xx.2018-ci ildə Salyan rayonu, Dayıkənd kəndində ölmüşdür. İş materiallarında olan 06 avqust 2024-cü il tarixli Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, müraciətdə iddia edilən ölüm faktını təsdiq edən həkim şəhadətnaməsi əlavə edilməmiş, eyni zamanda verdikləri məlumatda, ölüm haqqında tibbi şəhadətnamənin alınmadığı və ölümün qeydiyyatının aparılmadığı bildirilmiş, eyni zamanda 1910-cu ildən 1985-1991-ci ci illərə aid Maraqlı şəxs, Sarvan və Qızılağac kənd Nümayəndəlikləri üzrə şöbənin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X9 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən, iddia edilən ölüm faktının qeydə alınmasından imtina olunaraq, məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. İş materiallarında olan 2 ədəd məzar daşının fotoşəkillərindən görünür ki, X20 1921-ci ildə anadan olmuş, xx.xx.1988-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş JN-025A KOD 80910028 torpağın mülkiyyət hüququna dair şəhadətnamənin surətindən görünür ki, X23, X10, X15, Ərizəçi, X16, X17, X25 və X13 ümumi mülkiyyətlərində olan Salyan Rayon Aqrar İslahat Komissiyasının 26 iyun 1998-ci il tarixli, 08 saylı qərarı əsasında Salyan rayonu, Dayıkənd kəndində yerləşən 0.65 ha torpaq sahəsi olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışdan görünür ki, Salyan rayonu, Dayıkənd kəndi, yeni qaydalarla ünvan 2 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları məqsədli 0.6518 ha torpaq sahəsində yerləşən 246.5 kvadratmetr fərdi yaşayış evi Ərizəçi (ümumi birgə torpaq sahəsi), X23 (fərdi yaşayış evi və ümumi birgə torpaq sahəsi), X10, X15, X14, X17, X25 və X26 ümumi birgə torpaq sahəsidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X18 1921-ci il tarixdə Ermənistan Respublikası, Vedi rayonunda anadan olmuş və xx.xx.1988-ci ildə vəfat etmişdir. X1 rayonu, Dayıkənd kəndində yerləşən kənd qəbiristanlığında dəfn olunmuşdur. Lakin onun ölüm faktı qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmamışdır. Ərizəçi nənəsinin ölümünün qeyd edilməsi haqqında sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin X5 alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X9 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi nənəsi X9 xx.xx.1988-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə 1921-ci ildə Ermənistan Respublikasının Vedi rayonunda doğulmuş X9 xx.xx.1988-cidə Salyan rayonu, Seyidlər kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 1921-ci ildə Ermənistan Respublikasının Vedi rayonunda doğulmuş X9 xx.xx.1988-ci ildə Salyan rayonu, Seyidlər kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar