Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2138/2024 07.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İmanova Aytac Mirzəbaba qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 01 may 1971-ci ildə Salyan rayonunda anadan olmuş qızı X1 18 iyul 1994-cü ildə Salyan şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 01 may 1971-ci ildə Salyan rayonunda anadan olmuş qızı X3 18 iyul 1994-cü ildə Salyan şəhərində vəfat etmişdir. Lakin həmin vaxt ölümün qeydiyatı üçün sənədləşmə işlərinin aparılmalı olduğunu bilmədiyi üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə tərəfindən aidiyəti orqanlara müraciət olunmamışdır. X3 18 iyul 1994-cü ildə Salyan şəhərində vəfat etmiş və Salyan rayon qəbirstanlığında dəfn olunmuşdur. Göstərilənlərə əsasən, 01 may 1971-ci ildə Salyan rayonunda anadan olmuş qızı X1 18 iyul 1994-cü ildə Salyan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən, işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, ərizəçi onun qonşusudur, X3 18 iyul 1994-cü il tarixdə xərçəng xəstəliyindən vəfat etmiş və Salyan rayon qəbirsitanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, ərizəçi onun qaynanasının qonşusudur. Xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün xəstəxanaya gəlib-gedən vaxt onu görmüşdür. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/8-15-A-68/2024 saylı, xx.xx.2024-cü tarixli məktubdan görünür ki, 01 may 1971-ci il təvəllüdlü X1 ölüm faktının qeydə alınmasından imtina olunmuşdur. X1 qəbrinə aid fotoşəkildən görünür ki, həmin şəxs 01 may 1971-ci il təvəllüdlü olmaqla, 18 iyul 1994-cü il tarixdə ölmüşdür. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 01 may 1971-ci il tarixdə Salyan rayonunda anadan olmuşdur. X2, anası Ərizəçidır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi qızı - X3 18 iyul 1994-cü il tarixdə Salyan şəhərində ölmüş və Salyan rayonu qəbiristanlığında dəfn olunmuşdur. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum qızı X1 ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və xx.xx.1971-ci il təvəllüdlü Salyan rayonunda anadan olmuş X1 18 iyul 1994-cü il tarixdə Salyan şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1971-ci ildə Salyan rayonunda anadan olmuş X1 18 iyul 1994-cü il tarixdə Salyan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-2138/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2138/2024
07.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver