Məhkəmə qərarları › İş №2(057)-2157/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2157/2024

19.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2157/2024 19.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək vəsiyyətnamə əsasında yaşayış evini mənə miras qoymuş ərimin bibisi 1903-cü il təvəllüdlü X5 xx.xx.1985-ci ildə Salyan şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1903-cü il təvəllüdlü X5 xx.xx.1985-ci ildə Salyan şəhərində vəfat etmişdir. Lakin həmin vaxt ölümün qeydiyatı üçün sənədləşmə işlərinin aparılmalı olduğunu bilmədikləri üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə tərəfindən aidiyyəti orqanlara müraciət olunmamışdır.Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda, ölüm faktının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin təqdim olunmaması əsas göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Beləliklə, hazırda ərinin bibisi 1903-cü il təvəllüdlü X2 ölümü barədə lazımi sənədin olmaması miras qalmış əmlakın adıma rəsmiləşdirilməsinə və qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlarımın həyata keçirilməsinə maneələr yaradır.Bildirmişdir ki, 1903-cü il təvəllüdlü X1 şəhərində vəfat etmiş və şəhər qəbiristanlığında dəfn olunmuşdur. Qonşuluqlarında yaşayan müvafiq yaş qrupuna mənsub bütün sakinlər ərinin bibisi 1903-cü il təvəllüdlü X2 xx.xx.1985-ci ildə Salyan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq, ərizəçi başqa qohumlarının olmadığını, hamısının vəfat etdiyini bildirmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən, işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/8-15-A-74/2024 saylı, xx.xx.2024-cü tarixli məktubdan görünür ki, 1903-cü il təvəllüdlü X2 ölmü haqqında akt qeydi 1982-1988-ci illərə aid Salyan RQŞ üzrə şöbəsinin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. Göstərilənlərə əsasən, 01903-cü il təvəllüdlü X2 ölüm faktının qeydə alınmasından imtina olunmuşdur. X2 qəbrinə aid fotoşəkildən görünür ki, həmin şəxs xx.xx.1985-ci ildə vəfat etmişdir. Salyan rayon Bələdiyyəsinin 23 sentyabr 2024-cü il tarixli arayışından və ona əlavə olunmuş aktdan görünür ki, 1903-cü ildə anadan olmuş, xx.xx.1985-ci ildə vəfat etmiş X1 şəhər qəbristanlığında dəfn olunmuşdur. 15 aprel 1977-ci il tarixli, 525 nömrəli torpağa dair sənədin surətindən görünür ki, X4 SSRİ dövründə torpaqdan istifadə hüququ verilmişdir. 18 aprel 1985-ci il tarixli Salyan şəhərində tərtib olunmuş vəsiyyətnamənin surətindən görünür ki, X5 öz mülkiyyət hüquqlarını Ərizəçi vəsiyyət etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi ərinin bibisi - X5 xx.xx.1985-ci il tarixdə Salyan şəhərində ölmüş və Salyan şəhəri qəbiristanlığında dəfn olunmuşdur. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunmuşdur. Ərizəçinin başqa qohumları yoxdur. Hamısı vəfat etmişdir. Ərizəçi mərhum ərinin bibisi X2 ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və 1903-cü ildə anadan olmuş X2 xx.xx.1985-ci il tarixdə Salyan şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 1903-cü ildə anadan olmuş X2 xx.xx.1985-ci il tarixdə Salyan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar