Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-2178/2025 10.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Azər Vahid oğlunun katibliyi, Ərizəçı Ərizəçi , Ərizəçı Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi mediasiya prosesi nəticəsində bağlanmış “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçı Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prosesi nəticəsində bağlanmış barişıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mediator X4 tərəfindən xx.xx.2025-ci ildə Ərizəçi ilə Maraqlı şəxs arasında barışıq sazişi təsdiq edildiyini bildirmiş və qeyd etmişdir ki, barışıq sazişinə əsasən “Ərizəçi və Maraqlı şəxs ilə nikah pozulması iddiası Salyan rayon Məhkəməsində icraatda olmasını nəzərə alaraq Ərizəçi və Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1 ata Ərizəçi yanında saxlanılmasına, ata Ərizəçi xx.xx.2012ci il təvəllüdlü X2 ana Maraqlı şəxs yanında saxlanılmasına razılıq verir və bununla bağlı gələcəkdədə heç bir iddasının olmayacağını öhdəsinə götürür və bir birinə qarşı aliment tələb etməyəcəklərini bildirmişdilər. Məhkəmə iclasında iştirak edən Ərizəçı Ərizəçi iddianın baxılmamış saxlanılmasını və mülki iş üzrə sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Belə ki, məhkəmə baxış iclasında ərizə yazaraq bildirmişdir ki, Bakı şəhəri Xəzər rayonunda qeydiyyatda olduğundan iddia ərizəni baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddiaçının vəsatətini nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPMin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.3-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında ərizələrə xüsusi icraar qaydasında baxılır, həmin işlərdə hazırlıq iclası olmadığından iddiaçı ilk dəfə olaraq baxış iclasında iştirak etmiş və ərizənin baxılmadan qaytarılması barədə məhkəməyə vəsatət vermişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında iddiaçı məhkəməyə ərizə verərək iddia ərizəsinin qaytarılmasını xahiş etdiyindən həmin iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə çəkilmiş məhkəmə xərci barədə məsələ də həll olunmalıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat pul-50 (əlli) manat dövlət rüsumu və 50 (əlli) manat mediasiya sessiyasına pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.3-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən, məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçı Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi mediasiya prosesi nəticəsində bağlanmış barişıq sazişinin təsdiq edilməsi tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X3 İdarəsi tərəfindən Ərizəçi qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №2(057)-2178/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-2178/2025
10.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver