Məhkəmə qərarları › İş №2(057)-219/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-219/2023

26.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-219/2023 26.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi rayon məhkəməsinə verdiyi ərizəsində xx.xx.1976-cıildə Salyan rayonunun Xalac kəndində anadan olmuş bacısı-X6 xx.xx.1994-cü ildə Salyan rayonun Xalac kəndində, xx.xx.1975-ci ildə Salyan rayonunun Xalac kəndində anadan olmuş bacısı X5 isə xx.xx.1998-ci il tarixdə Salyan rayonu, Xalac kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1976-cı ildə Salyan rayonu, Xalac kəndində anadan olmuş bacısı X9 xx.xx.1994-cü ildə, xx.xx.1975-ci ildə Salyan rayonu, Xalac kəndində anadan olmuş bacısı X7 isə xx.xx.1998-ci il tarixdə Salyan rayonu, Xalac kəndində vəfat etmişlər. Lakin həmin vaxt ölümün qeydiyyatı üçün sənədləşmə işlərinin aparılmalı olduğunu bilmədikləri üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə tərəflərindən aidiyatı orqanlara müraciət olunmamışdır. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Salyan rayon Mərkəzi Xəstəxanasından verilmiş cavabda müddətin ötürülməsi ilə əlaqədar tibbi şəhadətnamənəin verilməsinin mümkünsüz olduğu bildirilmiş digər tərəfdən də, Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda ölüm faktlarının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhdadətnamələrin təqdim olunmaması əsas göstərilmiş və ölüm faktlarının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməli olduğu tövsiyə olunmuşdur. Hazırda bacıları-X9 və X5 ölümü barədə lazımi sənədin olmaması ona və digər ailə üzvlərinə ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. X3 və X2 rayonu Xalac kəndində vəfat etmişlər və həmin kənd qəbiristanlığında dəfn olunmuşlar. Ərizəsinə əlavə etdiyi məzar daşlarının fotoşəkilləri bu faktı bir daha təsdiqləyir. Eləcə də, kəndlərində yaşayan müvafiq yaş qrupuna mənsub bütün həmkəndliləri mərhum X3 və X5 ölüm faktlarını təsdiq edə bilərlər. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmədə elan olunmuş məzar daşının üzərində olan fotoşəkildən görünür ki, X10 xx.xx.1976-cı il tarixdə anadan olmuş və xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Məhkəmədə elan olunmuş məzar daşının üzərində olan fotoşəkildən görünür ki, X7 xx.xx.1975-ci il tarixdə anadan olmuş və xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Məhkəmədə elan olunmuş Maraqlı şəxs tərəfindən Salyan rayonu, Xalac kəndində yaşayan Ərizəçi ünvanlanmış 24 noyabr 2022-ci il tarixli, 05/15-339 nömrəli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə 1994-cü ildən xx.xx.2022-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti akt qeydləri üzrə yoxlama aparılmış, lakin 1976-cı il təvəllüdlü X9 və 1975 –ci il təvəllüdlü X5 ölümü haqqında akt qeydi aşkar olunmamış və iddia edilən ölüm faktlarının qeydə alınmasından imtina olunaraq, ərizəçiyə bacılarının ölməsi faktının müəyyən edilməsindən ötrü məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmədə elan olunmuş TƏBİB “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən Maraqlı şəxsnə ünvanlanmış 23 noyabr 2022-ci il tarixli, 2848 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Əliəşrəf Əlizadə küçəsi 36, ev 4-də yaşayan X4 yazılı surətdə ərizəsinə əsasən 1976-cı il təvəllüdlü Xalac kənd sakini X9 xx.xx.1994cü il tarixdə vəfat etmişdir. X6 ölümü haqqında Salyan RMX-dan və onun tabeçiliyində olan Səhiyyə müəssisələrindən “Ölüm haqqında tibbi şəhadətnamə” verilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nairliyinin Kollegiyasının 31 yanvar 2018-ci il 5№-li qərarına əsasən “İnsan ölüm anının müəyyən edilməsi” reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının təsdiq edilməsi barədə qərarını əsas tutuaraq ölüm haqqında tibbi şəhadətnamə 5 iş günü ərzində təqdim olunmadıqda şəhadətnamənin verilməsi ilə bağlı mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci ildə Salyan rayonu, Xalac kəndində anadan olmuşdur. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1975-ci ildə Salyan rayonu, Xalac kəndində anadan olmuşdur. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1976-cı ildə Salyan rayonu, Xalac kəndində anadan olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.1975-ci il tarixdə anadan olmuş X7 xx.xx.1998-ci il tarixdə, 22 mart 1976-cı il tarixdə anadan olmuş X9 xx.xx.1994-cü il tarixdə Salyan rayonu, Xalac kəndində vəfat etmişlər, lakin onların ölüm faktları qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmamışdır. Ərizəçi bacılarının ölümlərinin qeyd edilməsi haqqında sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəsi təmin edilsin. 22 mart 1976-cı ildə Salyan rayonu, Xalac kəndində anadan olmuş X6 20 aprel 1994-cü ildə Salyan rayonu, Xalac kəndində, 15 yanvar 1975-ci ildə Salyan rayonunun Xalac kəndində anadan olmuş X5 23 iyul 1998-ci ildə Salyan rayonu Xalac kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar