Məhkəmə qərarları › İş №2(057)-2202/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2202/2023

01.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2202/2023 01.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X4 iclas katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət edərərək məhkəmədən mediator X9 tərəfindən xx.xx.2023-cü ildə Maraqlı şəxs ilə Ərizəçi arasında barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mediator X9 tərəfindən xx.xx.2023-cü ildə Maraqlı şəxs ilə Ərizəçi arasında barışıq sazişi təsdiq edilməklə xx.xx.2016-cı il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X5 babası Ərizəçi, nənəsi X11 ilə hər həftənin şənbə və bazar günləri saat 12:00-dan saat 19:00-a qədər Salyan rayonu, Kərimbəyli kəndində yaşadıqları evdə ünsiyyətdə olmalarına razılığa gəlmişlər. 100 manat mediasiya üçün tərəfindən rüsum ödənilmişdir. Maraqlı şəxs tərəfindən qeyd olunmuş şənbə və bazar günlərinin keçməsinə baxmayaraq barışıq sazişi könüllü icra edilməmişdir. Barışıq sazişinin şərtlərinə və göstərilənlərə görə də, gələcəkdə ünsiyyətlə bağlı sazişi məhkəmə tərəfindən təsdiq edilməsi mütləqdir. Barışıq sazişində də, qeyd olunmuşdur ki, xx.xx.2016-cı il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X5 babası Ərizəçi, nənəsi X11 ilə həftənin şənbə və bazar günləri saat 12:00-dan saat 19:00-a qədər Salyan rayonu, Kərimbəyli kəndində yaşadıqları evdə ünsiyyətdə olmaları məhkəməyə vermək üçün əsasdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. X21 3-4 il olarki tikintidə işləyir. Hər ay 800 manat pul göndərir. Həmin puldan aliment ödəyir. Eyni zamanda göstərdi ki, Salyan Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə oğlu X14 ilə Maraqlı şəxs arasında olan nikah pozulmuş, onların Hüseyn və Fatimə adlı uşaqlar Lamiyənin himayəsində saxlanılması və uşaqlar üçün oğlu Bəhruzdan hər ay hər uşaq üçün 120 manat olmaqla, 240 manat sabit pul məbləğində aliment tutulur. Həmçinin, Salyan Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə həyat yoldaşı Kifayətlə onun nəvələri Hüseyn və Fatimə ilə hər həftənin cümə axşamı və bazar günü, saat 12:00-dan saat 18:00-dək görüşmələrinə icazə verilmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs göstərmişdir ki, ərizəni qəbul etmir. Əslində o, alimentin artırılması ilə bağlı mediasiyaya müraciət etmiş, orda alimentin artırılması ilə yanaşı uşaqlarla bağlı məsələdə müzakirə olunmuşdur. Keçmiş qaynatasını və qaynanasını onun uşaqları ilə görüşə qoymamaq fikri olmuş olsaydı əvvəldən buna imkan verməzdi. Onlar uşaqlarla görüşmüş və onları gəzməyə aparmışlar. Uşaqları onunla bağlı öyrətdikləri üçün, barəsində yaxşı danışmadıqları üçün uşaqlar baba evinə getmək istəmirlər. İki ay olar ki, heç bir aliment ödənilmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan Maraqlı şəxs və Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar:

1. Maraqlı şəxs keçmiş həyat yoldaşı X14 ilə birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün X10 atası Ərizəçi hər uşağa hər ay 160 (bir yüz altmış) manat olmaqla ümumilikdə 320 (üç yüz iyirmi) manat aliment ödəməsinə razıdır; 1.1 Alimenti hər ayın 20-də onun bank kartına köçürülməsinə razıdır; 1.2 xx.xx.2016-cı il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X5 babası Qasımov Ərizəçi, nənəsi X11 ilə hər həftənin şənbə və bazar günləri saat 12:00-dan saat 19:00-a qədər Salyan rayonu, Kərimbəyli kəndində yaşadıqları evdə ünsiyyətdə olmalarına razıdır. Bunun üçün lazımi şərait yaradacağını öhdəsinə götürür;

1. Ərizəçi oğlu X2 həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa 160 (bir yüz altmış) manat olmaqla ümumilikdə 320 (üç yüz iyirmi) manat aliment ödəməyi öhdəsinə götürür; 1.1 Alimenti hər ayın 20-də Maraqlı şəxs bank kartına ödəməyi öhdəsinə götürür; 1.2 xx.xx.2016-cı il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X5 onlarla hər həftənin şənbə və bazar günləri saat 12:00-dan saat 19:00-a qədər Salyan rayonu, Kərimbəyli kəndində yaşadıqları evdə ünsiyyətdə olmasına razıdır. Ünsiyyət vaxtı 19:00-da bitdikdən sonra uşaqları anaları Maraqlı şəxs təhvil verəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan X3 surətlərindən görünür ki, Maraqlı şəxs ilə X10 birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X12 doğulmuşlar. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-749/2020 saylı, 21 sentyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, X14 ilə Maraqlı şəxs arasında Kərimbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində 10 sentyabr 2015-ci il tarixdə bağlanmış 16 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından xx.xx.2016-cı ildə anadan olmuş Hüseyn adlı, xx.xx.2019-cu ildə anadan olmuş Fatimə adlı uşaqlar iddiaçı Maraqlı şəxs himayəsində saxlanılmaları, xx.xx.2016-cı ildə anadan olmuş Hüseyn adlı, xx.xx.2019-cu ildə anadan olmuş Fatimə adlı uşaqlar yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün X7 qətnamə qanuni qüvvəsini aldıqdan sonra ayda hər uşağa 120 manat olmaqla, 240 manat sabit pul məbləğində alimentin alınaraq Maraqlı şəxs verilməsi, Salyan Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qərardadı ilə müvəqqəti alimentin tutulmasına xitam verilməsi qət edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-178/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Ərizəçi və X6 cavabdeh Maraqlı şəxs qarşı ünsiyyət hüququnun verilməsi tələbinə dair iddiasının təmin edilməsi, iddiaçılar Ərizəçi və X8 nəvələri xx.xx.2016-cı il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X12 ilə hər həftənin cümə axşamı və bazar günü, saat 12:00-dan saat 18:00-dək görüşmələrinə icazə verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə Maraqlı şəxs təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Maraqlı şəxs Salyan Rayon Məhkəməsinin 2(057)-749/2020 saylı, 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması ilə bağlı X10 qeydiyyatda olduğu ünvana təklif göndərmiş, mediasiyaya müraciət etmiş, mediasiya prosesi zamanı mediator X9 tərəfindən xx.xx.2023-cü il tarixdə Barışıq sazişi tərtib olunmuşdur. Barışıq sazişi Maraqlı şəxs ilə Ərizəçi arasında imzalanmışdır. Salyan Rayon Məhkəməsinin 2(057)-749/2020 saylı, 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə X14 ilə Maraqlı şəxs arasında xx.xx.2015ci il tarixdə bağlanmış nikah pozulmuş, xx.xx.2016-cı ildə anadan olmuş Hüseyn adlı, xx.xx.2019-cu ildə anadan olmuş Fatimə adlı uşaqlar anaları Maraqlı şəxs himayəsində saxlanılması və onların saxlanılması üçün X7 hər ay hər uşaq üçün 120 manat olmaqla, 240 manat sabit pul məbləğində alimentin alınaraq Maraqlı şəxs verilməsi qət edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Salyan Rayon Məhkəməsinin 2(057)-178/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Ərizəçi və X11 nəvələri xx.xx.2016-cı il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X12 ilə hər həftənin cümə axşamı və bazar günü, saat 12:00dan saat 18:00-dək görüşmələrinə icazə verilməsi qət edilmişdir. Maraqlı şəxs alimentin artırılmasını X7 tələb edir və uşaqlarının Ərizəçi ilə ünsiyyətdə olmasına etiraz edir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi üçüncü şəxslərin hüquqlarına toxunur. Belə ki, müəyyən edilmişdir ki, tərəflər Maraqlı şəxs və Ərizəçi arasında 13 sentyabr 2023-cü il tarixdə barışıq sazişi bağlanılarkən Ərizəçi X10 və X6 adından çıxış etdiyini qeyd etsə də, bu barədə etibarnamənin olmadığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nın 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Məhkəmə tərəflər arasında bağlanmış 13 sentyabr 2023-cü il tarixli barışıq sazişinin “xx.xx.2016-cı il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X5 babası Qasımov Ərizəçi, nənəsi X11 ilə hər həftənin şənbə və bazar günləri saat 12:00-dan saat 19:00-a qədər Salyan rayon Kərimbəyli kəndində yaşadıqları evdə ünsiyyətdə olmaları” hissəsinə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə münasibət bildirildiyini və həmin qətnamənin icraya yönəldiyini və hazırda da icrasının davam etdirildiyini nəzərə alaraq, xüsusi icraat çərçivəsində hazırki barışıq sazişinin təsdiq edilməsini mümkün hesab etmir. Odur ki, tərəflər arasında bağlanmış 13 sentyabr 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə hesab edir ki, hazırda qeyd olunan barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarılması üçüncü şəxslərin hüquqlarına toxunur. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilməməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 - 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilməsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 13 sentyabr 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar