Məhkəmə qərarları › İş №2(057)-2261/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2261/2025

29.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2261/2025 29.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Salyan Rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Salyan rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci il təvəllüdlü qardaşı X2 1982-ci ildə Salyan rayonu Kürsəngi kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X8 23 mart 1982-ci ildə Salyan rayonu Kürsəngi kəndində anadan olmuşdur. O, Xəstə olduğundan 6 ay yaşamış, 6 aydan sonra vəfat etmişdir. Mərhum qardaşı X12 kənd qəbrstanlığında dəfn edilmişdir. Qardaşı Ramilin qəbri baxımsızlıqdan yararsız hala düşmüş, uçulub dağılmışdır. Həmin qəbiristanlıq ləğv edilmişdir. Savadsızlıq üzündən vaxtında ölüm haqqında şəhadətnamə almamışlar. Banka vərəsələr barəsində şəhadətnamə təqdim etmək istəyir, bu səbəbdən qardaşı Ramilin ölüm haqqında şəhadətnaməsi ona lazımdır. Bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş, 3-16-5\8-15-830\2025 saylı xx.xx.2025-ci il tarixli məktubla cavab olaraq bildirildi ki, məhkəməyə müraciət etmək lazımdır. X2 1982-ci vəfat etməsini təsdiq edən şahidlər var. Həmin şahidləri məhkəmədə təqdim edəcəkdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmədə ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, ərizəni müdafiə edir. Mərhum qardaşı doğulduqdan 6 ay sonra vəfat etmiş, Kürsəngi kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin qəbiristanlıq kənddə uşaqlar üçün nəzərdə tutulduğundan orada dəfn olunan uşaqlara baş daşı qoyulmammışdır. Valideynlərindən eşitdiklərinə görə qardaşı el arasında “sudurqa” kimi səslənən xəstəlikdən ölmüşdür. Maraqlı şəxs Salyan rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə şöbənin rəisi məlumat verərək iş yüknün çoxluğunu nəzərə alaraq onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən, işə Salyan rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində izahat verən X3 verdiyi izahatında bildirmişdir ki, ərizəçinin və onun mərhum qardaşının xalasıdır, bacısının bir neçə il uşağı dünyaya gəlməmiş, bir neçə ildən sonra-1982-ci ilin mart ayında dünyaya gələn uşaq 6 ay yaşamış, sonra sudurqadan ölmüşdür. Kürsəngi kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində izahat verən X1 verdiyi izahatında bildirmişdir ki, ərizəçi onun birinci övladı-oğludur, digər oğlu Ramil isə ikinci öğludur, o, 1982-ci ilin mart ayının 23-də anadan olmuş, cəmi 6 ay yaşamışdır. 6 aylıq olduqda sudurqdan ölmüş və kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində izahat verən X5 izahatında bildirmişdir ki, ərizəçi onun qardaşının oğludur, digər qardaşı oğlu Ramil isə Zaurdan yaşca kiçik olmuş, 1982-ci ildə anadan olmuş, 6 ay sonra sudurqadan ölmüş və kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində izahat verən X4 verdiyi izahatında bildirmişdir ki, ərizəçi onun qonşusudur, onlarla uzun illər qonşuluqda yaşamış, evlərinin arasında bir su arxı var. Ağcaxanımın ikinci oğlu Ramil doğulduqdan altı ay sonra birdənbirə sudurqa keçirtmiş və ölmüşdür, onun ölümünü tam xatırlayır, həyətlərində olarkən Ağcaxanım öz həyətində qışqırmağa başlamış, o da qaçaraq qonşularının həyətinə getmiş, həmin vaxt Ramilin sudurqa keçirtdiyinin şahidi olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində izahat verən X6 izahatında bildirmişdir ki, ərizəçi onun bacısının oğludur. Ramil adlı digər bacısı oğlu isə 1982-ci ildə mart ayıənda anadan olmuş və həmin ilin sentyabr ayında sudurqadan ölmüşdür. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, ərizəçinin və şahidlərin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Maraqlı şəxs tərəfindən verilmiş-16-5/8-3-16-5/8-15-830/2025 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 1982-ci ildə vəfat etdiyini bildirilmiş X2 ölümü haqqında akt qeydinin aşkar edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Müraciətiə baxılmasının nəticəsindən subordinasiya və məhkəmə qaydasında şikayət etmək, eyni zamanda ölüm faktının müəyyən olunması üçün müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ vardır. xx.xx.2025-ci il tarixldə Salyan rayonu Kürsəngi kəndi İƏDÜN-si T.Qarayev tərəfindən verilmiş arayışda X8 1982-ci ildə vəfat etmiş, Kürsəngi kənd qəbiristanlığında dəfn edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 23 mart 1982-ci ildə Salyan rayonunda anadan olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi qardaşı-xx.xx.1982-ci il təvəllüdlü X8 1982-ci il tarixdə Salyan rayonunda ğlmüş və Kürsəngi kənd qəbiristanlığında dəfn edilmişdir. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə və özünün və şahidlərin ifadəsi ilə tam təsdiq olunmuşdur. Ərizəçi qardaşı-xx.xx.1982-ci il təvəllüdlü X2 ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Salyan rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslı olduğundan təmin edilməli və xx.xx.1982-ci il təvəllüdlü X2 1982-ci ildə Salyan rayonunun Kürsəngi kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1982-ci il təvəllüdlü X2 1982-ci ildə Salyan rayonunun Kürsəngi kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar