Məhkəmə qərarları › İş №2(057)-2294/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2294/2025

15.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2294/2025 15.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi ilə Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş anası X9 doğulması, babası X13 20 oktyabr 1990-cı ildə Salyan rayonunun Qarabağlı kəndində ölməsi, bacısı X6 1973-cü ildə Salyan rayonunun Qarabağlı kəndində ölməsi, qardaşı X2 1978-ci ildə Salyan rayonunun Qarabağlı kəndində ölməsi, bacısı X4 1979-cu ildə Salyan rayonunun Qarabağlı kəndində ölməsi və qardaşı X10 1982-ci ildə Salyan rayonunun Qarabağlı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, onun 18 sentyabr 1950-ci ildə Salyan rayonu, Qarabağlı kəndində mərhum anası X18 doğulmuşdur. Anasının valideynlərinin səhlənkarlığı nəticəsində doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alınmamışdır. Bundan başqa Salyan rayonu Qarabağlı kəndində babası X23 20 oktyabr 1990-cı ildə, bacısı X14 1973-cü ildə, qardaşı X7 1978-ci ildə, bacısı X12 1979-cu ildə, qardaşı X19 1982-ci ildə ölmüşlər. Həmin vaxt ölümün qeydiyyatı üçün sənədləşmə işlərinin aparılmalı olduğunu bilmədikləri üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə tərəflərindən aidiyyəti orqanlara müraciət olunmamışdır. Hazırda bu məsələlər ilə bağlı əlaqədar qurumlara müraciət etmiş,lakin Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş rəsmi cavabda doğum və ölüm faktlarının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin olmaması əsas göstərilmiş və doğum və ölüm faktlarının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Beləliklə hazırda doğum və ölüm barədə lazımi sənədlərin olmaması ona və digər ailə üzvlərinə ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Göstərdiyi doğumun və ölümün qeydə alınması torpaq sahələrinin rəsmiləşdirilməsi üçün lazımdır. Daha sonra ərizəçi məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, 2(057)- 2294/2025 saylı iş üzrə iddiasında qeyd etdiyi anası X9 doğum haqqında şəhadətnaməsi ilə bağlı iddiasında düzəliş etmək istəyir, belə ki, həmin sənədi Salyan Rayon “ASAN xidmət” Mərkəzindən əldə etmişdir. Odur ki, həmin hissənin iddiasından çıxardılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, X7-xx.xx.1978-ci ildə anadan olmuş, 8 aylıq olanda xx.xx.1979-cu ildə dünyasını dəyişmişdir. X19-xx.xx.1982-ci ildə anadan olmuş, 3 aylıq olanda xx.xx.1983-cü ildə dünyasını dəyişmişdir. X12xx.xx.1979-cu ildə anadan olmuş, 2 aylıq olanda xx.xx.1980-cı ildə dünyasını dəyişmişdir. X15-xx.xx.1973-cü ildə anadan olmuş, 6 aylıq olanda xx.xx.1974-cü ildə dünyasını dəyişmişdir. Hal-hazırda Bakı şəhərində yaşayır və himayəsində azyaşlı uşaq var. Yoldaşı da yoxdur, bu səbəbdən Salyana gəlib məhkəmədə iştirak edə bilmir. Əlavə sənəd və sübutlarının olmayacağını nəzərə alaraq, iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Salyan Regional “ASAN Xidmət” X8 rəisi Famil Kazımov məhkəməyə ərizə ünvanlayaraq, işlərinin çoxluğunu nəzərə alaraq, iş üzrə məhkəmə iclasına nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə prinsipinin şərtlərinə uyğun şəkildə qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş ərizəçi bildirmişdir ki, ərizəni müdafiə edir. Şahid qismində dayısı onunla gəlmiş və şahid gözləmə otağında gözləyir. Şahidin dindirilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında şahid qismində iştirak edən X26 bildirmişdir ki, Ərizəçi bacısı qızıdır. Qəndilə xanım onun bacısıdır. Atası 1990-cı ildə vəfat etmiş, Salyan rayon Qarabağlı kənd qəbiristanlığında dəfn edilmişdir. Səidə xanımın bacı qardaşları körpə vaxtı 3-6-8 aylıq olanda vəfat etmiş, onlar Salyan rayon Qarabağlı kənd qəbiristanlığında dəfn olunmuşlar. Körpə olduqları üçün baş daşıları yoxdur. Həmçinin yas mərasimidə verməmişlər. Başları qarışıq olduğu üçün ölüm faktını qeydə aldırmamışlar. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Salyan Regional “ASAN xidmət” X17 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X20 ilə X18 arasında nikah Şirvan şəhər Qeydiyyat Şöbəsində xx.xx.1973-cü ildə 32 nömrəli akt qeydinə əsasən bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Zərbəliyeva soyadı verilmişdir. Nikaha kişinin xx.xx.2023-cü ildə ölməsi (ölüm xx.xx.2023-cü ildə 469 nömrəli akt qeydi ilə Şirvan şəhər qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmış), qadının isə xx.xx.2025-ci ildə ölməsi (ölüm xx.xx.2025-ci ildə 19 nömrəli akt qeydi ilə Salyan Regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində qeydə alınmış) ilə bağlı xitam verilmişdir. İş materiallarında olan Qarabağlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi H.Abdullayev tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi bacı və qardaşları (X15-xx.xx.1973, X7-xx.xx.1978, X12-xx.xx.1979, X19-xx.xx.1982) halhazırda Salyan rayonu, Qarabağlı kəndində yaşamırlar və qeydiyyatda yoxdurlar. Ərizəçi deməsinə görə adları yuxarıda qeyd olunan bacı və qardaşları çox uşaq yaşlarında vəfat etmişlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X15, xx.xx.1978-ci il təvəllüdlü X7, xx.xx.1979-cu il təvəllüdlü X12 və xx.xx.1982-ci il təvəllüdlü X1 rayonu, Qarabağlı kəndində doğulmuş və çox uşaq yaşlarında vəfat etmişlər. İş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 17 aprel 2025-ci il tarixli məktubla müəyyən olunur ki, 1987-1993-cü illərə aid Salyan rayon Qeydiyyat Şöbəsi və Qarabağlı kənd İcra Nümayəndəliyi üzrə şöbənin arxivində saxlanılan ölüm haqqında akt qeydləri və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci il tarixədək daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış, lakinX13 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən iddia etdikləri ölüm faktının qeydə alınmasından imtina olunur. Əlavə olaraq bildirmişlər ki, müraciətə baxılmasının nəticəsindən sizin subordinasiya və məhkəmə qaydasında şikayət etmək, eyni zamanda iddia etdiyi ölümün qeyd edilmə faktının müəyyən olunması üçün məhkəmədə iddia qaldırmaq hüququ vardır. İş materiallarında olan Salyan Regional “ASAN xidmət” X17 tərəfindən Ərizəçi ünvanlanmış 19 iyun 2025-ci il tarixli məktubla müəyyən olunur ki, Salyan rayon Qeydiyyat Şöbəsi və Qarabağlı kənd İcra Nümayəndəliyi üzrə 1949-1953-cü illərə dair ilkin və Salyan rayon Qeydiyyat Şöbəsi üzrə 1951-1968-ci illərə dair bərpa akt qeydləri yoxlanılmış, lakin xx.xx.1950-ci il təvəllüdlü X9 doğumu haqqında akt qeydi aşkar edilməmişdir.Eyni zamanda görülmüş tədbirlər üzrə həmin Təlimatın 9.5-ci bəndinə əsasən ərizə icra olunmasından ötrü “Vətəndaşlıq vəziyyəti aktları”nın reyestri xidmətinə göndərilmiş və həmin qurumun cavab məktubunda, X9 doğumu haqqında akt qeydinin 1947-1953-cü illərə aid olan Salyan rayon Qeydiyyat Şöbəsi və Qarabağlı kənd İƏN-i üzrə ilkin və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmadığı bildirilmişdir. Göstərilənlərə əsasən iddia etdikləri doğum faktının qeydə alınmasından imtina olunur. Əlavə olaraq bildirmişlər ki, müraciətə baxılmasının nəticəsindən sizin subordinasiya və məhkəmə qaydasında şikayət etmək, eyni zamanda iddia etdiyi ölümün qeyd edilmə faktının müəyyən olunması üçün məhkəmədə iddia qaldırmaq hüququ vardır. İş materiallarında olan Salyan Regional “ASAN xidmət” X17 tərəfindən Ərizəçi etibarnamə üzrə nümayəndəsi X16 ünvanlanmış 10 may 2025-ci il məktubla müəyyən olunur ki, 1979-cu ildə vəfat etdiyi bildirilmiş X5 ölümü haqqında akt qeydinin aşkar edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən iddia etdikləri ölüm faktının qeydə alınmasından imtina olunur. Əlavə olaraq bildirmişlər ki, müraciətə baxılmasının nəticəsindən sizin subordinasiya və məhkəmə qaydasında şikayət etmək, eyni zamanda iddia etdiyi ölümün qeyd edilmə faktının müəyyən olunması üçün məhkəmədə iddia qaldırmaq hüququ vardır. İş materiallarında olan Salyan Regional “ASAN xidmət” X17 tərəfindən Ərizəçi etibarnamə üzrə nümayəndəsi X16 ünvanlanmış 10 may 2025-ci il məktubla müəyyən olunur ki, 1978-ci ildə vəfat etdiyi bildirilmiş X3 ölümü haqqında akt qeydinin aşkar edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən iddia etdikləri ölüm faktının qeydə alınmasından imtina olunur. Əlavə olaraq bildirmişlər ki, müraciətə baxılmasının nəticəsindən sizin subordinasiya və məhkəmə qaydasında şikayət etmək, eyni zamanda iddia etdiyi ölümün qeyd edilmə faktının müəyyən olunması üçün məhkəmədə iddia qaldırmaq hüququ vardır. İş materiallarında olan Salyan Regional “ASAN xidmət” X17 tərəfindən Ərizəçi etibarnamə üzrə nümayəndəsi X16 ünvanlanmış 10 may 2025-ci il məktubla müəyyən olunur ki, 1973-cü ildə vəfat etdiyi bildirilmiş X6 ölümü haqqında akt qeydinin aşkar edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən iddia etdikləri ölüm faktının qeydə alınmasından imtina olunur. Əlavə olaraq bildirmişlər ki, müraciətə baxılmasının nəticəsindən sizin subordinasiya və məhkəmə qaydasında şikayət etmək, eyni zamanda iddia etdiyi ölümün qeyd edilmə faktının müəyyən olunması üçün məhkəmədə iddia qaldırmaq hüququ vardır. İş materiallarında olan Salyan Regional “ASAN xidmət” X17 tərəfindən Ərizəçi etibarnamə üzrə nümayəndəsi X16 ünvanlanmış 10 may 2025-ci il məktubla müəyyən olunur ki, 1982-ci ildə vəfat etdiyi bildirilmiş X11 ölümü haqqında akt qeydinin aşkar edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən iddia etdikləri ölüm faktının qeydə alınmasından imtina olunur. Əlavə olaraq bildirmişlər ki, müraciətə baxılmasının nəticəsindən sizin subordinasiya və məhkəmə qaydasında şikayət etmək, eyni zamanda iddia etdiyi ölümün qeyd edilmə faktının müəyyən olunması üçün məhkəmədə iddia qaldırmaq hüququ vardır. İş materiallarında olan qəbir daşının bir ədəd fotoşəkilindən görünür ki, X23 1927-ci ildə doğulmuş, xx.xx.1990-cı ildə vəfat etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X23 xx.xx.1990-cı ildə Salyan rayonu, Qarabağlı kəndində vəfat etmişdir. Mərhum Salyan rayonu, Qarabağlı kənd qəbiristanlığında dəfn olunmuşdur. X14 xx.xx.1973-cü ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, xx.xx.1974-cü ildə Salyan rayonu, Qarabağlı kəndində vəfat etmişdir. Mərhum Salyan rayonu, Qarabağlı kənd qəbiristanlığında dəfn olunmuşdur. X7 xx.xx.1978-ci ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, xx.xx.1979-cu ildə Salyan rayonu, Qarabağlı kəndində vəfat etmişdir. Mərhum Salyan rayonu, Qarabağlı kənd qəbiristanlığında dəfn olunmuşdur. X12 xx.xx.1979-cu ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, xx.xx.1980-cı ildə Salyan rayonu, Qarabağlı kəndində vəfat etmişdir. Mərhum Salyan rayonu, Qarabağlı kənd qəbiristanlığında dəfn olunmuşdur. X19 xx.xx.1982-ci ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, xx.xx.1983-cü ildə Salyan rayonu, Qarabağlı kəndində vəfat etmişdir. Mərhum Salyan rayonu, Qarabağlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Lakin onun doğum və ölüm faktları qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmamışdır. Ərizəçi babası, bacı və qardaşlarının ölümünün qeyd edilməsi haqqında sənədləri başqa qaydada ala bilmədiyi üçün və mərhumun vəfatından sonra müvafiq qaydada vərəsəliklə bağlı müvafiq hərkətlərin edilməsi, vərəsələyin açılması və miras əmlaka dair qanunvericilikdə müəyyən olunmuş hərəkətlərin edilməsi məqsədilə məhkəməyə müraciət etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM-in 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamələrin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X23, X14, X7, X12, X10 ölüm faktlarının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi, babası, bacı və qardaşları X13 xx.xx.1990-cı ildə, X6 xx.xx.1974-cü ildə, X2 xx.xx.1979-cu ildə, X4 xx.xx.1980-cı ildə və X10 xx.xx.1983-cü ildə ölməsini təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə onların ölməsi ərizəçinin izahatı və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. MPM-in 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. MPM-in 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. MPM-in 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməli, 1927-ci ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş X13 xx.xx.1990-ci il tarixdə Salyan rayonu, Qarabağlı kəndində, Salyan rayonu, Qarabağlı kəndində xx.xx.1973-cü ildə anadan olmuş X6 xx.xx.1974-cü il tarixdə Salyan rayonu, Qarabağlı kəndində, Salyan rayonu, Qarabağlı kəndində xx.xx.1978-ci ildə anadan olmuş X2 xx.xx.1979-cu il tarixdə Salyan rayonu, Qarabağlı kəndində, Salyan rayonu, Qarabağlı kəndində xx.xx.1979-cu ildə anadan olmuş X4 xx.xx.1980-cı il tarixdə Salyan rayonu, Qarabağlı kəndində və Salyan rayonu, Qarabağlı kəndində xx.xx.1982-ci ildə anadan olmuş X10 xx.xx.1983-cü il tarixdə Salyan rayonu, Qarabağlı kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan faktlar müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi tərəfindən verilmiş “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə təmin edilsin. 1927-ci il təvəllüdlü, Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş X13 xx.xx.1990-ci il tarixdə Salyan rayonu, Qarabağlı kəndində ev şəraitində ölməsi faktı müəyyən edilsin. xx.xx.1973-cü il təvəllüdlü, Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş X6 xx.xx.1974-cü il tarixdə Salyan rayonu, Qarabağlı kəndində ev şəraitində ölməsi faktı müəyyən edilsin. xx.xx.1978-ci il təvəllüdlü, Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş X2 xx.xx.1979-cu il tarixdə Salyan rayonu, Qarabağlı kəndində ev şəraitində ölməsi faktı müəyyən edilsin. xx.xx.1979-cu il təvəllüdlü, Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş X4 xx.xx.1980-cı il tarixdə Salyan rayonu, Qarabağlı kəndində ev şəraitində ölməsi faktı müəyyən edilsin. xx.xx.1982-ci il təvəllüdlü, Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş X10 xx.xx.1983-cü il tarixdə Salyan rayonu, Qarabağlı kəndində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Salyan Rayon Qeydiyyat Şöbəsinə münasibətdə müvafiq ölüm haqqında şəhadətnamələrin verilməsi üçün hüquqi əsas kimi çıxış etsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar