Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2384/2025 08.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci ildə Salyan rayonunda anadan olmuş X2 xx.xx.1989-cu il tarixdə Salyan rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxxxx 1985-ci il təvəllüdlü olmaqla, Salyan şəhəri, A.Hüseynov küçəsi ev 138-də qeydiyyatda olmaqla oradada yaşayır. xx.xx.1985-ci il təvəllüdlü X7 onunla əkiz tayı olmaqla bacısıdır. O, xx.xx.1989-cu il tarixdə yaşadıqları Salyan şəhərində yerləşən fərdi yaşayış evində vəfat etmiş və Salyan rayon qəbristanlığında dəfn edilmişdir. (Bunu müvafiq şəhadətnamə, arayış və foto şəkillərdən görmək olar). Onun və onun ailə üzvlərinin Salyan şəhərində yerləşən fərdi yaşayış evinə dair müvafiq sərəncam vermək üçün mərhumun ölüm haqqında şəhadətnaməsi tələb edilir. Həmin sənədin əldə edilməsi üçün aidiyyəti üzrə Maraqlı şəxsnə müraciət etmiş, oradan müvafiq imtina məktubu verilmişdir. (Bunları iddia ərizəmə əlavə etdiyim sənədlərdən açıq aşkar görmə olar) Bundan başqa aidiyyəti üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” PHŞ-in Salyan rayon şöbəsi və Azərbaycan Respublikası Tibbi ərazi bölmələrini idarə etmə birliyi” PHŞ-nın Salyan rayon Mərkəzi Xəstəxənası PHŞ-nın müraciətlərə cavab verilərək bildirmişdir ki, xx.xx.1985-ci ildə Salyan rayonunda anadan olmuş X2 ölümü barədə arxivdə məlumat aşkar edilməmişdir. (Ərizə, poçt qəbzi, xəbəranmə və imtina məktubu ərizəyə əlavə olunub). Bundan başqa ərizəyə əlavə edilmiş foto şəkillər və arayışdan görünür ki, xx.xx.1985-ci ildə Salyan rayonunda anadan olmuş X7 xx.xx.1989cu il tarixdə vəfat etmiş və Salyan rayon qəbristanlığında dəfin edilmişdir. (Bunu ərizəyə əlavə olunan arayışdan görmək olar). Hal-hazırda mərhum bacısi-xx.xx.1985-ci ildə Salyan rayonunda anadan olmuş X6 müvafiq ölüm haqqında şəhadətnamə ala bilmir. Odur ki, məcburiyyət qarşısında qalıb xx.xx.1985-ci ildə Salyan rayonunda anadan olmuş X2 xx.xx.1989-cu il tarixdə Salyan rayonunda ölməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəmədə ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, ərizəni müdafiə edir. Müvafiq sənədləri işin təmin olunması üçün təqdim etmişdir. Ərizəçinin yaxın qohumlarından 2 nəfəri şahid kimi gətirmiş, dindirilməsini xahiş etmiş, ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə şöbənin rəisi məlumat verərək iş yüknün çoxluğunu nəzərə alaraq onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən, işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində izahat verən X8 verdiyi izahatında bildirmişdir ki, mərhum Əfsanə adlı uşağın vəfatına şahid olmuşdur. Belə ki, bir gün öncə onun bibisiqızının toyu olmuşdur. Ərizəçi ilə ekiz olan Əfsanə doğulandan zəif və xəstə olmuşdur. Uşağın başı bilmədiyi səbəbdən şişməyə başlamışdır. Vəfat etdikdən sonra uşaq Salyan qəbirstanlığında atasının qəbirinin yanında dəfn olunmuşdur. Məhkəmə iclası zamanı şahid qismində izahat verən X1 Rəsmiyə Qurban qızının və ərizəçinin vəkilinin izahatlarına uyğun izahat verərək bir daha olanları təsdiqləmişdirlər. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, ərizəçinin və şahidlərin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.1985-ci il tarixində X9 və X4 Əfsanə və Rəfael adlı iki uşaqları Cəlilabad şəhərində anadan olmuşdur. Salyan Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli 18-1-68/2-772/2025 saylı məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X5 barəsində Salyan RMX-nın arxiv bölməsində olan xx.xx.1989-cu ilə aid qəbul jurnalı və acil şöbəsinin xx.xx.1989-cu ilə aid olan çağırış jurnalına baxış keçirilmiş və məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X19 rayon şöbəsinin rəisi Ağabəyov Müşfiqin 50 saylı məktubundan görünür ki, 1985-ci il təvəllüdlü X5 ölümü barəsində qeyd edilən qurumun Salyan rayon Şöbəsində arxiv məlumatları aşkar edilməmişdir. Salyan Rayon Bələdiyyəsinin 208 saylı xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X10 xx.xx.1989-cu il tarixdə vəfat etmişdir və Salyan rayon qəbristanlığında dəfn edilmişdir. X21 Xidmət Mərkəzində Qeydiyyat Şöbəsindən verilmiş 3-16-5/8-15-1062/2025 saylı, xx.xx.2025-ci tarixli məktubdan görünür ki, 1986-1992-ci illər üzrə axtarış edilmiş və xx.xx.1985-ci il təvəllüdlü X5 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, əks olunan qəbir uşağa məxsusdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi bacısı xx.xx.1985-ci il təvəllüdlü X7 xx.xx.1989-cu il tarixdə ölmüş və Salyan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə və özünün və şahidlərin ifadəsi ilə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum bacısı xx.xx.1985-ci il təvəllüdlü X2 ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslı olduğundan təmin edilməli və xx.xx.1985-ci il təvəllüdlü X2 xx.xx.1989-cu il tarixdə Salyan şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1985-ci il təvəllüdlü X2 xx.xx.1989-cu il tarixdə Salyan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №2(057)-2384/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2384/2025
08.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver