Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2419/2025 27.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X6 xx.xx.2003-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun mərhum oğlu, xx.xx.1981-ci il təvəllüdlü X9 xx.xx.2003-cü ildə Rusiya Federasiyası, Dağıstan Respublikasının Mahaçqala şəhərində yol nəqliyyat hadisəsi baş verməsi nəticəsində qəzaya düşərək vəfat etmişdir. Amma üzrlü səbəblərdən bugünə kimi X9 üçün ölüm haqqında şəhadətnamə alınmamışdır. Halhazırda onun istifadəsində olan yaşayış evinin adına sənədləşdirilməsi üçün mərhum oğlunun ölüm haqqında şəhadətnaməsinə ehtiyac var. Bununla əlaqədar o, Maraqlı şəxsnə müraciət etmişdir. Müraciətinə cavab olaraq Maraqlı şəxs tərəfindən onlara ünvanlanmış müvafiq məktubla X6 ölümünün qeydə alınmasından imtina edilmişdir. Oğlu Salyan rayon Babazanlı yaşayış massivində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Halhazırda onun qəbri həmin qəbiristanlıqdadır. Bununla bağlı fotoşəkilləri də ərizəsinə əlavə edir. Eyni zamanda X6 xx.xx.2003-cü il tarixdə ölməsi faktını şahidlər də təsdiq edə bilər. Yuxarıda qeyd edilən səbəblərdən hal-hazırda X6 xx.xx.2003-cü ildə ölməsi faktının tanınması və ölüm haqqında şəhadətnamə alınması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi bildirmişdir ki, Rusiya Federasiyasından verilən ölüm kağızını “ASAN xidmət” qəbul etmir. X12 “ASAN xidmət” X5nə ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət etsələr də, müraciətləri qəbul edilməmiş, onlara bildirilmişdir ki, ölüm faktı məhkəmə tərəfindən təsdiq edilməlidir. Ona görə də, ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Salyan Regional “ASAN Xidmət” X3 rəisi Famil Kazımov məhkəməyə ərizə ünvanlayaraq, işlərinin çoxluğunu nəzərə alaraq, iş üzrə məhkəmə iclasına nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə prinsipinin şərtlərinə uyğun şəkildə qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən ərizə qismən təmin edilməlidir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında şahid qismində iştirak etmiş X7 bildirmişdir ki, mərhum Əli Sultanov ilə yoldaş və dostluq münasibətləri olmuşdur. Əli 2003cü ildə rusiya Federasiyasında motosiklet qəzasında vəfat etmişdir. Onun ölüm xəbərini 14 oktyabr 2003-cü ildə almışdır. Daha sonra qohumları gedib onun nəşini kəndə gətirmişlər. Salyan rayon Babazanlı qəsəbəsində dəfn edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında şahid qismində iştirak edən X10 bildirmişdir ki, X14 Federasiyası, Dağıstan Respublikasının Mahaçqala şəhərində yol nəqliyyat hadisəsində vəfat etmişdir. Orada onun qohumları olmuşdur. Salyan rayon Babazanlı qəsəbəsində dəfn edilmişdir. Dəfndə özüdə iştirak etmişdir. İş materiallarında olan X4 ksero surətindən görünür ki, X9 xx.xx.1981-ci il tarixdə Salyan şəhərində doğulmuşdur. İş materiallarında olan Salyan Regional “ASAN xidmət” X5 tərəfindən Ərizəçi ünvanlanmış 15 iyul 2025-ci il tarixli məktubla müəyyən olunur ki, xx.xx.2003-cü ildə vəfat etdiyi bildirilmiş xx.xx.1981-ci il təvəllüdlü oğlu X6 ölümü haqqında akt qeydinin aşkar edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən iddia etdikləri ölüm faktının qeydə alınmasından imtina olunur. Əlavə olaraq bildirmişlər ki, müraciətə baxılmasının nəticəsindən sizin subordinasiya və məhkəmə qaydasında şikayət etmək, eyni zamanda iddia etdiyi ölümün qeyd edilmə faktının müəyyən olunması üçün məhkəmədə iddia qaldırmaq hüququ vardır. İş materiallarında olan qəbir daşının üç ədəd fotoşəkilindən görünür ki, X9 xx.xx.1981-ci ildə doğulmuş, xx.xx.2003-cü ildə vəfat etmişdir. İş materiallarında olan Salyan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X2 25 avqust 1981-ci ildə Salyan şəhərində anadan olmuşdur. Salyan şəhəri, A.Həsənov küçəsi, ev 63, mənzil 7-də qeydiyyatda olmuşdur. Mərhum X1 verdiyi ölüm haqqındakı sənədə əsasən 13 oktyabr 2003-cü ildə Mahacqala şəhərində vəfat etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X9 xx.xx.1981-ci ildə Salyan şəhərində anadan olmuş və xx.xx.2003-cü ildə Dağıstan Respublikasının Mahacqala şəhərində yol nəqliyyat hadisəsinin baş verməsi səbəbindən vəfat etmişdir. Mərhum Salyan rayon Babazanlı yaşayış massivində yerləşən qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Lakin onun ölüm faktı qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmamışdır. Ərizəçi oğlunun ölümünün qeyd edilməsi haqqında sənədləri başqa qaydada ala bilmədiyi üçün və mərhumun vəfatından sonra müvafiq qaydada vərəsəliklə bağlı müvafiq hərkətlərin edilməsi, vərəsələyin açılması və miras əmlaka dair qanunvericilikdə müəyyən olunmuş hərəkətlərin edilməsi məqsədilə məhkəməyə müraciət etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM-in 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Həmçinin, qanunvericiliyin göstərilən tələbinə əsasən müvafiq şəhadətmənin verilməsi öhdəliyinin Maraqlı şəxs üzərinə qoyulması hissəsində iddia tələbi təmin edilə bilməz. Belə ki, müvafiq şəhadətnamənin verilməsi müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən aparılır. Lakin, məhkəmə qeyd edir ki, mülki prosessual icraat çərçivəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs publik (inzibati, hakimiyyət xarakterli) funksiyaları ilə bağlı sonuncunun üzərinə hər hansı öhdəlik qoyulması yolverilməzdir. Sözügedən orqan tələb üzrə cavabdeh qismində yox, maraqlı şəxs qismində qoyulmuşdur. Xüsusi icraat qaydasında maraqlı şəxsin üzərinə hər hansı vəzifə, öhdəlik qoyulması yolverilməzdir. Buna baxmayaraq məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə münasibətdə müvafiq şəhadətnamənin verilməsi üçün üçün hüquqi əsas kimi çıxış etməlidir. MPM-in 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. MPM-in 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. MPM-in 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunan bu əsasdan çıxış edən məhkəmə ərizənin digər hissəsində təmin olunması xahiş olunan - “X6 adına ölüm şəhadətnaməsinin verilməsi” hissəsində ərizənin təmin edilməməsini əsaslı hesab edir. Belə ki, ölüm faktının təsdiq edilməsi barədə qəbul edilmiş və qanuni qüvvəsini almış qətnamə əsasında müvafiq şəhadətnamənin verilməsi müvafiq Qyediyyat şöbəsinin inzibati səlahiyyətlərində olduğundan məhkəmə inzibati orqanın bu funksiyasını yerinə yetirə bilməz. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin olunmalı, xx.xx.1981-ci il təvəllüdlü X6 xx.xx.2003-cü il tarixdə ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. 25 avqust 1981-ci il təvəllüdlü, Salyan şəhərində anadan olmuş X6 12 oktyabr 2003cü il tarixdə Rusiya Federasiyası, Dağıstan Respublikasının Mahaçqala şəhərində yol nəqliyyat hadisəsi baş verməsi nəticəsində qəzaya düşərək ölməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə münasibətdə müvafiq ölüm haqqında şəhadətnamənin verilməsi üçün hüquqi əsas kimi çıxış etsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №2(057)-2419/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2419/2025
27.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver