Məhkəmə qərarları › İş №2(057)-2443/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2443/2025

12.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2443/2025 12.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Cavabdeh maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Cavabdeh maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, babası-1917-ci ildə anadan olmuş X2 27 fevral 1985-ci ildə Salyan rayonu, Qarabağlı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1917-ci ildə anadan olmuş babası-X8 27 fevral 1985-ci ildə Salyan rayonu Qarabağlı kəndində vəfat etmişdir. Lakin həmin vaxt ölümün qeydiyatı üçün sənədləşmə işlərinin "aparılmalı olduğunu bilmədikləri üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı-məsələlər üzrə tərəflərindən aidiyəti orqanlara müraciət olunmamışdır. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Cavabdeh tərəfindən verilmiş rəsmi cavabda ölüm faktının qeydə alınmasından imtina olunaraq buna əsas kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 9.13 bəndinə uyğun olaraq 1982-1988-ci illərə aid Cavabdeh və Qarabağlı kənd icra nümayəndəliyi üzrə şöbənin arxivində saxlanılan ölüm haqqında akt qeydləri və vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat infirmasiya sisteminə 06 mart 2025-ci il tarixədək daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış, lakin X3 ölümü haqqında akt qeydi aşkar olunmamış və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Beləliklə hazırda babasının ölümü barədə lazımi sənədin olmaması ona və digər ailə üzvlərinə ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Babasının ölümünün qeydə alınması miras qalmış evin rəsmiləşdirilməsi üçün lazımdır. 1917-ci ildə anadan olmuş X1 27 fevral 1985-ci ildə Salyan rayonu, Qarabağlı kəndində vəfat etmiş və Salyan rayonu, Qarabağlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Müvafiq yaş qrupuna mənsub onlara yaxın bütün şəxslər babasının ölüm faktını təsdiq edə bilərlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmədə ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, ərizəni müdafiə edir. X1 27 fevral 1985-ci ildə Salyan rayonu, Qarabağlı kəndində vəfat etmiş və Salyan rayonu, Qarabağlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Onun ölüm faktını təsdiq edən 3 şahid gətirmiş, digər sübutlarını ərizəsinə əlavə etmişdir. Odur ki, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlmməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən, işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahat verərək bildirmişdir ki, ərizəçinin babası mərhum X4 həmkəndlisi kimi tanımışdır. Onlar Ermənistan Respublikasının Əzizbəyov rayonunun Terp kəndində doğulmuşlar, 1948-ci ildə Salyan rayonu Qarabağlı kəndinə köçmüşlər. X21 ciyər xəstəlyindən əziyyət çəkmiş və həmin xəstəlikdən vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 izahat verərək bildirmişdir ki, ərizəçinin mərhum babası ilə qonşu olmuşlar. Mərhum sovxozda mühafizəçi işləmiş, yaşlılığı ilə əlaqədar xəstəliyi olmuşdur, həmin xəstəlikdən ölmüşdür. Salyan rayonu Qarabağlı kəndində dəfn edilmişdir, qəbri onun mərhum nənəsinin qəbrinin yaxınlığındadır, özü də onun qəbrini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 izahat verərək bildirmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin mərhum babası uzun müddət xəstə olmuş, 1985-ci ildə ölmüşdür, Salyan rayonu, Qarabağlı kəndində dəfn edilmişdir, qəbri onun valideynlərinin qəbirlərinin yaxınlığındadır. Məhkəmə işə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, ərizəçinin və şahidlərin izahatlarını dinləyərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1960-cı il tarixdə anadan olmuş, onun atası X8, anası X6r. Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X8 və X7 nikahı haqqında 24 fevral 1966-cı il tarixdə 10 nömrəli akt qeydi Salyan rayonu, Qarabağlı kənd İƏN-də tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Nuraliyev, arvada Nuraliyeva soyadı verilmişdir. Cavabdeh tərəfindən verilmiş 3-16-5/7-15-N-31/2-06/2025 saylı, xx.xx.2025-ci tarixli məktubdan görünür ki, Ərizəçi müraciətinə baxılmış, 1982-1988-ci illlərə aid Cavabdeh və Qarabağlı kənd icra nümayəndəliyi üzrə şöbənin arxivində saxlanılan ölüm haqqında akt qeydləri və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci il tarixədək daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış, lakin X3 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Fotoşəkildən görünür ki, məzar daşının üzərində X10 1917-ci ildən 1985-ci il tarixədək yaşaması göstərilmişdir. Salyan RİH başçısının Qarabağlı kənd İƏD üzrə nümayəndəsinin 12 mart 2025-ci il tarixli arayışından görünür ki, onun babası X10 1985-ci ilin fevral ayının 27-də vəfat etmişdir və Salyan rayonu, Qarabağlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi babası-1917-ci ildə anadan olmuş X8 27 fevral 1985-ci ildə Salyan rayonu Qarabağlı kəndində vəfat etmiş və Salyan rayonu Qarabağlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə və özünün və şahidlərin ifadələri ilə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum babası 1917-ci il təvəllüdlü X2 27 fevral 1985-ci il tarixdə ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Cavabdehnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamələrin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslı olduğundan təmin edilməli və ərizəçinin babası-1917-ci ildə anadan olmuş X2 27 fevral 1985-ci ildə Salyan rayonu Qarabağlı kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 1917-ci ildə anadan olmuş X2 27 fevral 1985-ci ildə Salyan rayonu Qarabağlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar