Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2557/2025 27.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1nun 1971-ci ildə Salyan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi və Salyan Regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinin üzərinə X2 ölümü haqqında şəhadətnamə vermək vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 1971-ci ildə evdə doğulmuş və uşağın ad və soyadı atası X7 Rayon Xəstəxanasına şifahi müraciəti ilə bağlı yazılmışdır. Uşaq doğulduqdan təxminən 10 gün sonra yaşadıqları ünvanda vəfat etmişdir. X2 doğum faktı və ölüm faktı Maraqlı şəxsndə qeydə alınmamışdır. O, vərəsəlik şəhadətnaməsi almaq üçün Notariat kontoruna müraciət etdikdə onlar vərəsələr siyahısında X2 da olduğunu bildirmişlər. O həmin şəxsin uşaq vaxtı vəfat etdiyini bildirdikdə onun ölüm haqqında şəhadətnaməsini tələb etmişlər. O, “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsinə ərizə ilə X2 ölüm haqqında akt qeydinin verilməsi ilə bağlı müraciət etmişdir. “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi ərizəsinə xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-1101 nömrəli məktubla cavab verərək 1968-1974-cü illər üzrə, habelə "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparıldığını, lakin ölüm haqqında akt qeydinin aşkar edilmədiyini bildirmişdir. X1 1971-ci ildə doğulmasını və təxminən 10 gün müddətində vəfat etməsini şahidləri də təsdiq edə bilərlər. Həkim arayışı olmadığına görə X1nun ölüm haqqında şəhadətnaməsini ala bilməmişlər. O, ölüm haqqında şəhadətnamə almaq üçün Salyan Regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Salyan Regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsindən ona məktubla bildirilmişdir ki, həkim arayışı olmadığına görə ölüm haqqında şəhadətnamə almaq üçün məhkəməyə müraciət etmək lazımdır. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, X1 ev şəraitində vəfat etmişdir. Maraqlı şəxs Salyan Regional “ASAN Xidmət” X3 rəisi Famil Kazımov məhkəməyə ərizə ünvanlayaraq, işlərinin çoxluğunu nəzərə alaraq, iş üzrə məhkəmə iclasına nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə prinsipinin şərtlərinə uyğun şəkildə qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən ərizə qismən təmin edilməlidir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında şahid qismində iştirak etmiş X6 bildirmişdir ki, Nasir Bədəlov 25 mart 1971-ci ildə vəfat etmişdir. Doğulduqdan 10 gün sonra vəfat etmişdir. Onlarla qonşu olmuşlar, aralarında bir küçə olmuşdur. Onun həmin vaxt 13 yaşı olmuşdur. Mərhum Salyan qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan X11 Qeydinin surətindən görünür ki, X4 xx.xx.1971-ci il tarixdə Salyan şəhərində doğulmuşdur. İş materiallarında olan Salyan Regional “ASAN xidmət” X5 tərəfindən Ərizəçi ünvanlanmış 24 iyul 2025-ci il tarixli məktubla müəyyən olunur ki, 1971-ci ildə vəfat etdiyi bildirilmiş X2 ölümü haqqında akt qeydinin aşkar edilməsi məqsədilə Salyan Regional “ASAN xidmət” X5ndə 1968-1974-cü illər üzrə, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən iddia etdikləri ölüm faktının qeydə alınmasından imtina olunur. Əlavə olaraq bildirmişlər ki, müraciətə baxılmasının nəticəsindən sizin subordinasiya və məhkəmə qaydasında şikayət etmək, eyni zamanda iddia etdiyi ölümün qeyd edilmə faktının müəyyən olunması üçün məhkəmədə iddia qaldırmaq hüququ vardır. İş materiallarında olan 2025-ci ilin sentyabr ayında tərtib olunmuş aktdan görünür ki, 25 mart 1971-ci il tarixdə Salyan şəhərində anadan olmuş mərhum X4 04 aprel 1971-ci il tarixdə vəfat etmiş və Salyan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X4 xx.xx.1971-ci ildə Salyan şəhərində anadan olmuş və xx.xx.1971-ci ildə Salyan şəhərində vəfat etmişdir. Mərhum Salyan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Lakin onun ölüm faktı qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmamışdır. Ərizəçi qardaşının ölümünün qeyd edilməsi haqqında sənədləri başqa qaydada ala bilmədiyi üçün və mərhumun vəfatından sonra müvafiq qaydada vərəsəliklə bağlı müvafiq hərkətlərin edilməsi, vərəsələyin açılması və miras əmlaka dair qanunvericilikdə müəyyən olunmuş hərəkətlərin edilməsi məqsədilə məhkəməyə müraciət etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM-in 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Həmçinin, qanunvericiliyin göstərilən tələbinə əsasən müvafiq şəhadətmənin verilməsi öhdəliyinin Salyan Regional “ASAN xidmət” X3 üzərinə qoyulması hissəsində iddia tələbi təmin edilə bilməz. Belə ki, müvafiq şəhadətnamənin verilməsi müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Salyan Regional “ASAN xidmət” X5 tərəfindən aparılır. Lakin, məhkəmə qeyd edir ki, mülki prosessual icraat çərçivəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Salyan Regional “ASAN xidmət” X3 publik (inzibati, hakimiyyət xarakterli) funksiyaları ilə bağlı sonuncunun üzərinə hər hansı öhdəlik qoyulması yolverilməzdir. Sözügedən orqan tələb üzrə cavabdeh qismində yox, maraqlı şəxs qismində qoyulmuşdur. Xüsusi icraat qaydasında maraqlı şəxsin üzərinə hər hansı vəzifə, öhdəlik qoyulması yolverilməzdir. Buna baxmayaraq məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Salyan Regional “ASAN xidmət” X5nə münasibətdə müvafiq şəhadətnamənin verilməsi üçün üçün hüquqi əsas kimi çıxış etməlidir. MPM-in 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. MPM-in 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. MPM-in 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin olunmalı, xx.xx.1971-ci il təvəllüdlü X2 xx.xx.1971-ci il tarixdə Salyan şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. xx.xx.1971-ci il təvəllüdlü, Salyan şəhərində anadan olmuş X2 xx.xx.1971-ci il tarixdə Salyan şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə münasibətdə müvafiq ölüm haqqında şəhadətnamənin verilməsi üçün hüquqi əsas kimi çıxış etsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №2(057)-2557/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2557/2025
27.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver