Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2562/2025 15.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış “Barışıq Sazişi”-nin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, mediator X11 tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli onunla Maraqlı şəxs arasında olan mediasiya haqqında barışıq sazişinin 1.1-ci bəndini, yəni “Maraqlı şəxs xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay uşağa 150 manat olmaqla aliment ödəməyi öhdəsinə götürür. Alimentin hər ayın son 10 günlüyündə Ərizəçi məxsus bank kartına ödənilməsini Maraqlı şəxs öz üzərinə götürür” hissəsinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbini onunla əsaslandırılmışdır ki, Salyan 1 saylı X4 Şamxal Xalid oğlu ilə aralarında olan ailə daxili mübahisələrlə bağlı müraciəti olmuşdur. Həmin müraciəti əsasında X2 iştirakı ilə aralarında mediasiya sessiyası keçirilmiş və Maraqlı şəxs ilə xx.xx.2025-ci il tarixində barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinin 06-cı maddəsində göstərildiyi kimi üzərinə düşən öhdəliyi Maraqlı şəxs qəsdən və üzrsüz səbəbdən icra etmir. Belə ki, müqavilə bağlanan tarixdən hələ də, gözləsə də, o, öz öhdəliyini yəni alimenti ödəmir. xx.xx.2025-ci il tarixdən borcu yığılıb qalmışdır. Onun üzərinə düşən öhdəliyi icra etməməsi qanunvericilik və müqaviləyə ziddir. Bu səbəbdən də, sazişin 07-ci maddəsinə əsasən məcburi icrası üçün məhkəməyə müraciət edir. Məlumat üçün bildirir ki, aralarında olan xx.xx.2025-ci il tarixli Mediasiya Sessiyasında bağlanmış Barışıq Sazişində qarşılıqlı olaraq öhdəlik kimi qəbul etdikləri şərtlər belə olmuşdur: “1. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixli Salyan rayon Çuxanlı kənd İƏDUN tərəfindən 11 №li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın məhkəmə qaydasında pozulmasına razılıq verirlər. Ərizəçi nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etməyi öhdəsinə götürür. Hər iki tərəf barışıq üçün 3 ay vaxt verilmədən məhkəmə qaydasında nikahın pozulmasına razılıq verir. Ərizəçi məhkəmədə qaldırılacaq nikahın pozulması iddiasına barışıq üçün 3 ay vaxt verilmədən boşanmağa razılıq ərizəsini məhkəməyə təqdim edəcəyini öhdəsinə götürür. 1.1. Nikahın pozulacağını nəzərə alaraq Ərizəçi ilə Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X10 ana Ərizəçi yanında saxlanılmasına razılıq verir və bununla bağlı gələcəkdə də heç bir iddiasının olmayacağını öhdəsinə götürür. Maraqlı şəxs xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay uşağa 150 manat olmaqla aliment ödəməyi öhdəsinə götürür. Alimentin hər ayın son 10 günlüyündə Ərizəçi məxsus bank kartına ödənilməsini Maraqlı şəxs öz üzərinə götürür. 1.2 Ərizəçi Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X6 Maraqlı şəxs qabaqcadan razılaşmaqla ünsiyyətdə olmasına maneəçilik törətməyəcəyini Ərizəçi öhdəsinə götürür. Maraqlı şəxs ünsiyyət bitdikdən sonra uşağı ata Ərizəçi qaytarmağı öhdəsinə götürür”. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, Barışıq Sazişinin təsdiq edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Qarşı tərəf aliment ödəmir. Nikah pozulduqdan sonra uşağın onda qalması və Maraqlı şəxs tərəfindən hər ay 150 manat miqdarında pulun onun xeyrinə ödənilməsi barədə barışıq sazişi imzalanmışdır. Bir dəfə iyun ayında Şamxal 100 manat pul göndərmişdir. Daha sonra heç bir ödəniş etməmişdir. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında Maraqlı şəxs iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 355-23.1-ci maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maraqlı şəxs tərəfindən barışıq sazişinin könüllü icrasından imtina edilməsinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Saziş üzrə tərəflər üzərinə götürdüyü öhdəliklərə əməl etməlidirlər. Maraqlı şəxs tərəfindən sazişin şərtlərinə əməl edilməməsi aşkardır. Məhkəmə bildirir ki, hazırki mülki iş üzrə sazişin prosessual baxımdan etibarlılığı halları yoxlanılır. Əgər sözügedən saziş etibarlı deyildir ki, kateqoriya olaraq əhəmiyyətsiz (puç) deyil, mübahisələndirilən əqd nöqteyi-nəzərdən etibarsız hesab edilə bilər ki, (aldatma əsası ilə), bu xüsusatın hazırki ərizəyə baxılması çərçivəsində (10 gün) araşdırılması mümkün deyildir. Hazırki icraatda məhz sazişin prosessual baxımdan təsdiq edilməsi xüsusatı yoxlanılır. Lakin, həmin sazişin etibarsızlığının ayrıca icraat qaydasında mübahisələndirilməsi yolveriləndir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2025-ci il tarixli Barışıq sazişindən görünür ki, “1. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixli Salyan rayon Çuxanlı kənd İƏDUN tərəfindən 11 №li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın məhkəmə qaydasında pozulmasına razılıq verirlər. Ərizəçi nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etməyi öhdəsinə götürür. Hər iki tərəf barışıq üçün 3 ay vaxt verilmədən məhkəmə qaydasında nikahın pozulmasına razılıq verir. Ərizəçi məhkəmədə qaldırılacaq nikahın pozulması iddiasına barışıq üçün 3 ay vaxt verilmədən boşanmağa razılıq ərizəsini məhkəməyə təqdim edəcəyini öhdəsinə götürür. 1.1. Nikahın pozulacağını nəzərə alaraq Ərizəçi ilə Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X10 ana Ərizəçi yanında saxlanılmasına razılıq verir və bununla bağlı gələcəkdə də heç bir iddiasının olmayacağını öhdəsinə götürür. Maraqlı şəxs xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay uşağa 150 manat olmaqla aliment ödəməyi öhdəsinə götürür. Alimentin hər ayın son 10 günlüyündə Ərizəçi məxsus bank kartına ödənilməsini Maraqlı şəxs öz üzərinə götürür. 1.2 Ərizəçi Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X6 Maraqlı şəxs qabaqcadan razılaşmaqla ünsiyyətdə olmasına maneəçilik törətməyəcəyini Ərizəçi öhdəsinə götürür. Maraqlı şəxs ünsiyyət bitdikdən sonra uşağı ata Ərizəçi qaytarmağı öhdəsinə götürür”. X5 ksero surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi birgə nikahından xx.xx.2023cü il təvəllüdlü X10 doğulmuşdur. Salyan Rayon Məhkəməsinin 2(057)-837/2025 saylı, xx.xx.2025-ci il qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixində Salyan rayon Çuxanlı kənd İnzibati Ərazi Nümayəndəliyində 11 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Məhkəmə qeyd edir ki, MPM-in 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. MPM-in 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. MPM-in 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. MPM-in 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. MPM-in 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355- 26.1.1 barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2 barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. MPM-in 355-26.2-ci maddəsinə əsasən Barışıq Sazişinin bir hissəsinin təsdiq edilməsinə o halda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixdə Barışıq Sazişi bağlanmış və Barışıq Sazişi əsasında 1. “Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixli Salyan rayon Çuxanlı kənd İƏDUN tərəfindən 11 №li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın məhkəmə qaydasında pozulmasına razılıq verirlər. Ərizəçi nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etməyi öhdəsinə götürür. Hər iki tərəf barışıq üçün 3 ay vaxt verilmədən məhkəmə qaydasında nikahın pozulmasına razılıq verir. Ərizəçi məhkəmədə qaldırılacaq nikahın pozulması iddiasına barışıq üçün 3 ay vaxt verilmədən boşanmağa razılıq ərizəsini məhkəməyə təqdim edəcəyini öhdəsinə götürür. 1.1. Nikahın pozulacağını nəzərə alaraq Ərizəçi ilə Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X10 ana Ərizəçi yanında saxlanılmasına razılıq verir və bununla bağlı gələcəkdə də heç bir iddiasının olmayacağını öhdəsinə götürür. Maraqlı şəxs xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay uşağa 150 manat olmaqla aliment ödəməyi öhdəsinə götürür. Alimentin hər ayın son 10 günlüyündə Ərizəçi məxsus bank kartına ödənilməsini Maraqlı şəxs öz üzərinə götürür. 1.2 Ərizəçi Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X6 Maraqlı şəxs qabaqcadan razılaşmaqla ünsiyyətdə olmasına maneəçilik törətməyəcəyini Ərizəçi öhdəsinə götürür. Maraqlı şəxs ünsiyyət bitdikdən sonra uşağı ata Ərizəçi qaytarmağı öhdəsinə götürür” barədə razılıq əldə edilmişdir. Hazırda ərizəçi xx.xx.2025-ci il tarixli Maraqlı şəxs ilə onun arasında bağlanmış barışıq sazişinin 1.1-ci bəndinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə tələb olunan halla bağlı dispozitivlik prinsipinin əsas mahiyyətini qeyd etməyi zəruri hesab edir ki, İddia qaldırmaq hüququ yalnız maraqlı şəxslərə məxsusdur. Heç kim öz hüququ olmadan başqasının adından iddia qaldıra bilməz. İddia tələbinin məzmunu və həcmini müəyyən etmək yalnız iddiaçının hüququdur. Tərəf iddia irəli sürmək, dəyişdirmək və ya ondan imtina etməkdə sərbəstdir. Cavabdeh iddianı tam və ya qismən etiraf edə bilər. Tərəflər barışıq sazişi bağlaya bilər və ya mediasiya yolu ilə razılaşa bilər. Məhkəmə, adətən, tərəflərin tələb etdiyi çərçivədə qərar çıxarır - yəni, ultra petita qərar (tələb olunmamış məsələlər üzrə qərar) çıxara bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində Maddə 9 - Tərəflərin prosessual hüquq bərabərliyi və müstəqilliyi, Maddə 10 - Məhkəmənin işə yalnız tərəfin müraciəti əsasında baxması, Maddə 44 - İddianın dəyişdirilməsi, ondan imtina və barışıq kimi bir sıra müddəaları dispozitivlik prinsipini əks etdirir. Qeyd olunanlar baxımından məhkəmə məhz ərizəçinin məhkəmədən xahiş etdiyi hissədə mediasiya prosesi zamanı bağlanmış barışıq sazişinin məcburi icrası ilə bağlı təsdiq etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, işin materialları müəyyən edilir ki, sözü gedən xx.xx.2025-ci il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi X8 MPM-in 305.1.17ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişi – “Nikahın pozulacağını nəzərə alaraq Ərizəçi ilə Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X10 ana Ərizəçi yanında saxlanılmasına razılıq verir və bununla bağlı gələcəkdə də heç bir iddiasının olmayacağını öhdəsinə götürür. Maraqlı şəxs xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay uşağa 150 manat olmaqla aliment ödəməyi öhdəsinə götürür. Alimentin hər ayın son 10 günlüyündə Ərizəçi məxsus bank kartına ödənilməsini Maraqlı şəxs öz üzərinə götürür” hissəsində təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23-355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. “Nikahın pozulacağını nəzərə alaraq Ərizəçi ilə Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X10 ana Ərizəçi yanında saxlanılmasına razılıq verir və bununla bağlı gələcəkdə də heç bir iddiasının olmayacağını öhdəsinə götürür. Maraqlı şəxs xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay uşağa 150 manat olmaqla aliment ödəməyi öhdəsinə götürür. Alimentin hər ayın son 10 günlüyündə Ərizəçi məxsus bank kartına ödənilməsini Maraqlı şəxs öz üzərinə götürür”. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rüstəm Alıyev