Məhkəmə qərarları › İş №2(057)-2744/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2744/2025

03.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2744/2025 03.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 07 avqust 1962-ci ildə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olmuş qardaşı - X8 05 dekabr 1962-ci ildə Salyan rayonu, İİ Varlı kəndində və 21 dekabr 1964-cü ildə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olmuş digər qardaşı - X10 Salyan rayonu, İİ Varlı kəndində ölməsi faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 07 avqust 1962-ci ildə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olmuş qardaşı X12 05 dekabr 1962-ci ildə Salyan rayonu İİ Varlı kəndində və 21 dekabr 1964-cü ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş digər qardaşı X3 rayonu İİ Varlı kəndində vəfat etmişlər. Lakin həmin vaxt ölümün qeydiyyatı üçün sənədləşmə işlərinin aparılmalı olduğunu bilmədikləri üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə tərəflərindən aidiyəti orqanlara müraciət olunmamışdır. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda ölüm faktının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin olmaması əsas göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Beləliklə, hazırda hər iki qardaşının ölümü barədə lazımi sənədin olmaması ona və digər ailə üzvlərinə ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. 07 avqust 1962-ci ildə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olmuş qardaşı X12 05 dekabr 1962-ci ildə Salyan rayonu, İİ Varlı kəndində və 21 dekabr 1964-cü ildə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olmuş digər qardaşı X3 rayonu, İİ Varlı kəndində vəfat etmiş və Salyan rayonu İİ Varlı kənd qəbiristanlığında dəfn olunmuşlar. Kəndlərində yaşayan müvafiq yaş qrupuna mənsub bütün həmkəndliləri qardaşlarının ölüm faktını təsdiq edə bilərlər. Eyni zamanda bu ölüm faktı ilə bağlı yuxarıda qeyd etdiyi məlumatlar həm də Salyan rayon Varlı inzibati ərazi nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş aktda öz təsdiqini tapmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmədə ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, ərizəni müdafiə edir. Ərizəsində göstərdiyi hər iki qardaşı ondan təxminən 10 il əvvəl dünyaya gəlmişlər. Qardaşları körpə yaşda cəmi bir neçə ay yaşadıqdan sonra vəfat etmişlər. Hər ikisi sudurğalı xəstə uşaq olmuşlar. Həmin yaş qrupuna aid olan şəxslər hazırda çox yaşlıdırlar və çoxu yataq xəstəsidir. Buna görə də şahid gətirə bilməmişdir. Digər sübutlarını ərizəsinə əlavə etmişdir. Odur ki, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlmməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən, işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, ərizəçinin izahatını dinləyərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Maraqlı şəxs xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X18 xx.xx.1964-cü il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, bu barədə xx.xx.1965-ci il tarixdə qeydiyyat aparılmışdır. X7 və anası X9r. Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/8-15-Q-78/2024 saylı, xx.xx.2025-ci tarixli məktubdan görünür ki, Ərizəçi müraciətinə baxılmış, görülmüş tədbirlər zamanı xx.xx.1962ci il təəvllüdlü X8 və xx.xx.1965-ci il təvəllüdlü X10 ölümü haqqında akt qeydi 1962-1968-ci illərə aid Maraqlı şəxs Qaraçala kənd İƏN üzrə şöbənin arivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. Salyan RİH başçısının Varlı kənd İƏN-si X13, Salyan RİHB Varlı kənd Bələdiyyəsinin sədri X5, İİ Varlı kənd sakinləri X4, X1, X11, X2, X6 iştirakları ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İİ Varlı kəndində xx.xx.1962-ci il tarixdə anadan olmuş X12 xx.xx.1962-ci il tarixdə; İİ Varlı kəndində xx.xx.1964-cü il tarixdə anadan olmuş X18 xx.xx.1965-ci il tarixdə vəfat etmişlər, İİ Varlı kənd qəbiristanlığında dəfn edilmişlər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi qardaşları 07 avqust 1962ci ildə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olmuş qardaşı X12 05 dekabr 1962-ci ildə Salyan rayonu, İİ Varlı kəndində, digər qardaşı - 21 dekabr 1964-cü ildə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olmuş digər qardaşı X3 rayonu, İİ Varlı kəndində vəfat etmiş və Salyan rayonu, İİ Varlı kənd qəbiristanlığında dəfn olunmuşlar. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə və özünün ifadəsi ilə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum qardaşları 07 avqust 1962-ci il təvəllüdlü X8 və 21 dekabr 1964-cü il X10 ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamələrin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamələrin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslı olduğundan təmin edilməli və 07 avqust 1962-ci ildə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olmuş X8 05 dekabr 1962-ci ildə Salyan rayonu, İİ Varlı kəndində və 21 dekabr 1964-cü ildə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olmuş X10 15 yanvar 1965-ci ildə Salyan rayonu İİ Varlı kəndində ölməsi faktları müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 07 avqust 1962-ci ildə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olmuş X8 05 dekabr 1962-ci ildə Salyan rayonu İİ Varlı kəndində və 21 dekabr 1964-cü ildə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olmuş X10 15 yanvar 1965-ci ildə Salyan rayonu İİ Varlı kəndində ölməsi faktları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar