Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-279/2023 13.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi rayon məhkəməsinə verdiyi ərizəsində xx.xx.1995-ci ildə Salyan rayonunda anadan olmuş əkizlər X12 və X4 xx.xx.1996-cı ildə Salyan rayonu Qızılağac kəndində ölmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 29 aprel 1995-ci ildə Salyan rayonu, Qızılağac kəndində anadan olmuş əkiz övladları X12 və X7 16 oktyabr 1996-cı ildə Salyan rayon Qızılağac kəndində vəfat etmişlər.Lakin həmin vaxt ölümün qeydiyyatı üçün sənədləşmə işlərinin aparılmalı olduğunu bilmədikləri üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə tərəflərindən aidiyatı orqanlara müraciət olunmamışdır. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Maraqlı şəxs tərəfindən verilmiş cavabda ölüm faktlarının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhdadətnamələrin təqdim olunmaması əsas göstərilmiş və ölüm faktlarının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməli olduğu tövsiyə olunmuşdur. Əkiz övladları X12 və X7 xx.xx.1996-cı ildə Salyan rayonu Qızılağac kəndində vəfat etmişlər və həmin kənd qəbiristanlığında dəfn olunmuşlar.Ərizəsinə əlavə etdiyi məzar daşlarının fotoşəkilləri bu faktı bir daha təsdiqləyir. Eləcə də, kəndlərində yaşayan müvafiq yaş qrupuna mənsub bütün həmkəndliləri mərhum övladları X12 və X4 ölüm faktlarını təsdiq edə bilərlər. Eyni zamanda ölüm faktı ilə bağlı qeyd etdiyi məlumatlar həm də Qızılağac kənd icra nümayəndəliyindən verilmiş arayışlarda da öz təsdiqini tapmışdır. 27 noyabr 1996-cı ildə X5 adına JN-391/5 saylı kod 80907019 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Salyan rayon Qızılağac kəndində 0.61 hektar torpaq sahəsi, 27 noyabr 1996-cı ildə X4 adına JN-391/6 saylı kod 80907018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Salyan rayon Qızılağac kəndində 0.61 hektar torpaq sahəsi verilmişdir. Əkiz övladları vəfat etmişlər və onların adına verilən torpaq sahələrini vərəsə kimi adına rəsmiləşdirə bilmir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmədə elan olunmuş Maraqlı şəxs tərəfindən Salyan rayonu, Qızılağac kəndində yaşayan Ərizəçi ünvanlanmış 08 dekabr 2022-ci il tarixli, 354 nömrəli məktubdan görünür ki, 1995-ci ildən xx.xx.2022-ci il tarixədək “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə daxil edilmiş məlumatlar öyrənilmiş, lakin xx.xx.1995-ci ildə Salyan rayonunda anadan olmuş X12 və X4 ölümü haqqında akt qeydi aşkar olunmamış və iddia edilən ölüm faktlarının qeydə alınmasından imtina olunaraq, ərizəçiyə övladlarının ölməsi faktının müəyyən edilməsindən ötrü məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmədə elan olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X2 arasında nikah xx.xx.1990-cı il tarixdə, Azərbaycan SSR Salyan rayon Qızılağac Sovetində 29 nömrə ilə qeydə alınmışdır. Məhkəmədə elan olunmuş Maraqlı şəxs rəisi R.Hüseynov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X12 xx.xx.1995-ci il tarixdə Salyan rayonu, Bəydili kəndində anadan olmuşdur. Məhkəmədə elan olunmuş Maraqlı şəxs rəisi R.Hüseynov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X7 xx.xx.1995-ci il tarixdə Salyan rayonu, Bəydili kəndində anadan olmuşdur. Məhkəmədə elan olunmuş Qızılağac kənd inzibati ərazi üzrə nümayəndəsi əvəzi R.Ə.Əliyevin verdiyi 09 dekabr 2022-ci il tarixli, 797 saylı arayışdan görünür ki,Ərizəçi Salyan rayonu, Qızılağac kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Ərizəçi xx.xx.1995-ci il tarixdə X12 və X7 adlı əkiz övladları olmuşdur. xx.xx.1996-cı ildə vəfat etmişdirlər və onların ölüm haqqında Şəhadətnamələri alınmamışdır. Məhkəmədə elan olunmuş JN-391/6 KOD 80907018 torpağın mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Salyan rayonu Qızılağac kənd sakini Salahova GünelTeymur qızının adına Salyan rayonu Aqrar islahatı komissiyasının 27 noyabr 1996-cı il tarixli, 11 saylı qərarı ilə 0.61 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə suvarılan əkin sahəsi verilmişdir. Məhkəmədə elan olunmuş JN-391/5 KOD 80907018 torpağın mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Salyan rayonu Qızılağac kənd sakini X5 adına Salyan rayonu Aqrar islahatı komissiyasının 27 noyabr 1996-cı il tarixli, 11 saylı qərarı ilə 0.61 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə suvarılan əkin sahəsi verilmişdir. Məhkəmədə elan olunmuş JN-391 KOD 80907018 torpağın mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Ərizəçi, X3, X8, X9, X12, X4 ümumi mülkiyyətlərində olan Salyan Rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1996-cı il tarixli, 11 saylı qərarı əsasında Salyan rayonu, Qızılağac kəndində yerləşən 3.68 ha torpaq sahəsi olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.1995-ci il tarixdə anadan olmuş X12 və X7 xx.xx.1996-cı il tarixdə Salyan rayonu, Qızılağac kəndində vəfat etmişlər, lakin onların ölüm faktları qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmamışdır. Ərizəçi əkiz övladlarının ölümlərinin qeyd edilməsi haqqında sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1995-ci ildə Salyan rayonu, Bəydili kəndində anadan olmuş X12 və X4 16 oktyabr 1996-cı ildə Salyan rayonu, Qızılağac kəndində ölmələri faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-279/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-279/2023
13.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver