Məhkəmə qərarları › İş №2(057)-2949/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2949/2025

26.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2949/2025 26.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 27 mart 1987-ci ildə Salyan rayonu Şorsulu kəndində anadan olmuş qızı X7 1987-ci ildə Salyan rayonu Şorsulu kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X12 onun qızı olmuşdur. Aygün 27 mart 1987-ci ildə Salyan rayonu Şorsulu kəndində anadan olmuşdur. O, Xəstə olduğundan 5-6 ay yaşamış və vəfat etmişdir. Başı Aygünün xəstəliyinə qarışdığından ona doğum haqqında şəhadətnamə ala bilməmişdir. Mərhum X1 qəbirstanlığında dəfn edilmişdir. Yaşı az olduğundan ona baş daşı da qoyulmamışdır.Savadsızlıq üzündən vaxtında ölüm haqqında şəhadətnamə almamışlar və bu barədə fikirləşməmişdilər. Bildirmişdir ki, o, hazırda torpaq alqı-satqısı aparmaq istəyir. Bu səbəbdən qızı Aygünün ölüm haqqında şəhadətnaməsi ona lazımdır.O, bununla bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Ona müraciətinə cavab olaraq 3-16-5xx-xx-131242025 saylı xx.xx.2025-ci il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, məhkəməyə müraciət etmək lazımdır.X7 1987-ci ildə vəfat etməsini təsdiq edən şahidlərinin olduğunu və həmin şahidləri məhkəmədə təqdim edəcəyini bildirmişdir.Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə qeyd olunanları bir daha təsdiq edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X10 bildirmişdir ki, ərizəçi onun qardaşı arvadıdır. Qardaşı və X8 ilə Ərizəçi birgə nikahlarından xx.xx.1987-ci il tarixdə qız övladı doğulmuşdur. Yeni doğulan uşaq üçün doğum şəhadətnaməsi alınmamışdır. Qız uşaqlarını çox sevdiyi üçün demək olar ki, çox vaxt uşağa özü baxmışdır. Uşaq 5-6 aylıq olanda xəstəlik nəticəsində ölmüşdür. Həmin gün özü evdə olmuşdur. Uşaq Şorsulu kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X15 bildirmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçi və X5 birgə nikahlarından xx.xx.1987-ci il tarixdə qız övladı doğulmuşdur. Yeni doğulan uşaq üçün doğum şəhadətnaməsi alınmamışdır. Uşaq 5-6 aydan sonra xəstəlik nəticəsində ölmüş və Şorsulu kənd qəbirstanlığında dəfn edilmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işə həmin təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Salyan RİHB-nın Şorsulu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 1.X15 2.X10 3.X4 4.X11 5.Ərizəçi oğlu: tərtib edilir həmin akt ondan ötəri ki, Ərizəçi və X5 birgə nikahlarından xx.xx.1987-ci il tarixdə qız övladı doğulmuşdur.Yeni doğulan uşaq üçün doğum şəhadətnaməsi alınmamışdır.5-6 aydan sonra uşaq xəstəlik nəticəsində ölmüşdür. Salyan RİHB-nın Şorsulu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-71-20/561/2025 saylı arayışdan görünür ki, Ərizəçi həqiqətən də Salyan rayonu Şorsulu kəndində yaşayır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Salyan Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X7 doğum haqqında Salyan rayonu Şorsulu kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1987-ci il tarixli 38 saylı akt qeydinin təsdiq edilmiş ölümü haqqında akt qeydinə əsasən Ərizəçi anası, X8 atası olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Salyan Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X7 ölümü haqqında akt qeydinin aşkar edilməsi məqsədilə Salyan rayon qeydiyyat şöbəsi və Xalac kənd icra nümayəndəliyi üzrə 2002-2008-ci illərə dair ölüm akt qeydləri üzrə və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi qızı X12 27 mart 1987-ci ildə Salyan rayonu Şorsulu kəndində anadan olmuş, 1987-ci ildə Salyan rayonu Şorsulu kəndində ölmüşdür. 27 mart 1987-ci il təvəllüdlü X7 ölümü barədə lazımi sənədin olmaması ona və ailənin digər üzvlərinə vərəsəlik münasibətlərində qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaratmışdır. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum oğlu X7 ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Salyan Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslı olduğundan təmin edilməli və 27 mart 1987ci il təvəllüdlü X7 1987-ci ildə Salyan rayonu Şorsulu kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 27 mart 1987-ci il təvəllüdlü X7 1987-ci ildə Salyan rayonu Şorsulu kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar