Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-3060/2025 14.01.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1972-ci ildə Şəki şəhərində anadan olmuş oğlum X5 1972-ci ildə Şəki şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1972-ci ildə Şəki şəhərində anadan olmuş oğlum X11 1972-ci il tarixdə anadan olmasının 40-cı gününün tamamında Şəki şəhərində vəfat etmişdir. Lakin həmin vaxt ölümün qeydiyatı üçün sənədləşmə işlərinin aparılmalı olduğunu bilmədikləri üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə tərəflərindən aidiyəti orqanlara müraciət olunmamışdır. Həmin vaxt o, və mərhum həyat yoldaşı Şəki şəhərində yaşayıb, işləyirdi. Mərhum həyat yoldaşı X6 ilə xx.xx.1971-ci il tarixdə Şəki şəhəri VVAQ bürosunda nikaha daxil olmuşlar, nikah akt qeydləri kitabında 1013 nömrəli qeydlə əlavə olunmuşdur. Birgə nikahlarından ilk anadan olan övladı xx.xx.1972-ci ildə Şəki şəhərində anadan olmuş oğlu X11 olmuşdur. Oğlu vəfat etdikdən sonra onu Şəki şəhərində yerləşən qəbirstanlıqda dəfn etmişlər.Mərhum həyat yoldaşı X4 xx.xx.2012-ci il tarixdə infartkdan vəfat etmişdir. Həmçinin bildirmişdir ki, daha sonra digər övladları dünyaya gəlmiş, 1974-cü il tarixdə anadan olan övladına da, Cavid adı vermişdir. O, hazırda həyatdadır, onunla birgə yaşayır və təsərrüfatını o idarə edir.Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Şəki şəhərinin Mərkəzi Xəstəxanasına tərəfindəndən müraciət edilmiş, lakin cavab verilməmişdir. Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş cavabda ölüm faktının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin olmaması əsas göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyləri tövsiyə olunmuşdur. Beləliklə hazırda oğlunun vəfat etməsi, lakin onun ölümü barədə lazımi sənədin olmaması ona və digər ailə üzvlərinə ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaradır.Mərhum oğlu X11 1972-ci ildə Şəki şəhərində vəfat etmiş və o həmin gün Şəki şəhər qəbiristanlığında dəfn edilmişdir. Onunla birgə həmçinin yaxın qohumları da mərhum oğlu X5 ölüm faktını təsdiq edirlər.Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra Ərizəçi iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək ərizəsinə düzəliş edərək X5, X2 oxunmasının nəzərə alınamsını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə qeyd olunanları bir daha təsdiq edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 bildirmişdir ki, Ərizəçi onun dayısının yoldaşıdır. Surayə xanımın Cavid adında uşağının doğulduğunu xatırlayır. Təminən 6 yaşında eşitmişdir ki, dayısının övladı doğulub. Anası ilə birlikdə dayısı evinə getmişdir. 1 həftə qaldıqdan sonra evlərinə qayıtmışlar. Üstündən çox müddət keçməmiş dayısının uşağının rəhmətə getdiyini eşitmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 bildirmişdir ki, Ərizəçi onun qardaşının həyat yoldaşıdır. Uşaq vaxtı onların evində birlikdə yaşamışdır. Qardaşının hazırda 3 övladı var. Dəqiq xatırlamadığı vaxtda məktəbdən gələndə qardaşının ağladığını və onun körpə uşağının 40 günlüyünə yaxın vaxtda öldüyünü xatırlayır. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işə həmin təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 12 sentyabr 1972-ci ildə Şəki şəhərində anadan olmuş, X1, anası Ərizəçidır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Salyan Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X12 ölümü haqqında akt qeydinin aşkar edilməsi məqsədilə Şəki rayon qeydiyyat şöbəsi üzrə 1972-1976-cı illərə dair ölüm akt qeydləri üzrə və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. 03 dekabr 2012-ci il tarixli AZ-İ № 574859 nömrəli ölüm haqqında şəhadənamənin surətindən görünür ki, X6 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. xx.xx.1971-ci il tarixli 193511 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Ərizəçi xx.xx.1971-ci il tarixdə Şəki şəhəri VVAQ-da rəsmi nikaha daxil olmuşlar. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi oğlu X12 xx.xx.1972-ci ildə Şəki şəhərində anadan olmuş, XX.XX.1972-ci ildə Şəki şəhərində ölmüşdür. Ərizəçinin xx.xx.1972-ci ildə Şəki şəhərində anadan olmuş oğlu X8 ölümü barədə lazımi sənədin olmaması ona və ailənin digər üzvlərinə vərəsəlik münasibətlərində qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaratmışdır. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum oğlu X8 ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Şəki Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslı olduğundan təmin edilməli və xx.xx.1972-ci il təvəllüdlü X8 1972-ci ildə Şəki şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1972-ci il təvəllüdlü X8 XX.XX.1972-ci ildə Şəki şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-3060/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-3060/2025
14.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver