Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-3349/2025 12.01.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi-vəkil Nümayəndə iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1964-cü il tarixdə Salyan şəhərində anadan olmuş bacısı- X2 xx.xx.1973-cü ildə Salyan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1971-ci ildə Salyan rayonunda anadan olmuşdur. X5 07 may 1963-cü ildə anası X12 ilə nikaha daxil olmuşdur. Birgə nikahdan 3 uşaq anadan olub: 1. X6 xx.xx.1964-cü ildə anadan olmuş; 2. X16 xx.xx.1967-ci ildə anadan olmuş; 3. Ərizəçi xx.xx.1971-ci ildə anadan olmuşdur. Birinci uşaq 09 il sonra 1973-cü ildə rəhmətə getmiş və Salyan şəhərinin qəbirstanlığında “ailə üzvlərindən rəhmətə getmiş şəxslərin yanında dəfn edilmişdir. Amma valideynləri bu uşağa ölüm haqqında şəhadətnamə almamışdır. Atası- X15 10 iyul 2025-ci ildə və anası X12 19 iyul 1994-cü ildə vəfat etmişdilər. Atasından qalan miras əmlaka dair qanun üzrə vərəsəlik açılması üçün X22 Xidmət mərkəzində notariat ofisinə müraciət etdikdən bldirilmişdir ki, mərhum atasının 3 övladı var və bunların sənədləri təqdim edilməlidir. O, böyük bacısı- X6 xx.xx.1964-cü ildə anadan olmuş və 09 il sonra 1973-cü ildə rəhmətə getdiyini bildirmiş və ondan ölüm haqqında şəhadətnamə istəmişlər. O, Salyan regional “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə yaxınlaşmış və ona müraciətini cavab olaraq 3-16-5/8- 15/1349-25 saylı xx.xx.2025-ci il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, xx.xx.1964cü ildə Salyan rayonunda doğulmuş 1973-cü ildə vəfat etdiyini bildirdiyiniz X2 ölümü haqqında akt qeydinin aşkar edilməsi məqsədilə 1970-1976-cı illər üzrə Salyan rayon Qeydiyyat şöbəsi üzrə, eləcədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8-ci bəndinə əsasən ölüm faktı tibb müəssəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilir.Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Müraciətə baxılmasının nəticəsindən sizin subordinasiya və məhkəmə qaydasından şikayət etmək, eyni zamanda iddia etdiyiniz ölüm faktının müəyyən olunması üçün müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ vardır. X2 1973-cü ildə vəfat etməsini təsdiq edən 2 şahid var. Atası mərhum X7 Çıxarışa əsasən xüsusi mülkiyyətində olan Salyan şəhəri N.Nərimanov küçəsi ev-58 yerləşən miras əmlak qalmışdır. Həmin miras əmlak üzrə vərəsəlik işi açılması üçün notariat ofisində vərəsəlik şəhadətnaməsi alınan zaman müəyyən edilmişdir ki, X6 adlı uşaq xx.xx.1964-cu ildə anadan olmuşdur. X6 09 il sonra 1973-cü ildə Salyan şəhərində vəfat etmişdir. Uzun müddət keçdiyinə görə də həmin X1 ölümünün qeydiyyata alınması da mümkün olmur. Salyan rayon X11 Hüquqi Şəxsinə mərhum X15 ilə X3 birgə nikahından anadan olmuş xx.xx.1964-cü il təvəllüdlü X6 uşağın doğumu barədə arayışın təqdim edilməsi və həmin uşağın ölümünü qeydiyyata alınıb alınmaması haqqında müvafiq arayışın təsdiq edilmiş surətinin verilməsi xahiş edilmiş və bu barədə məlumat olmaması barədə sorğuya cavab verilmişdir. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Salyan regional “Asan Xidmət” in mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş rəsmi cavabda ölüm faktının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin təqdim olunmaması əsas göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün Məhkəməyə müraciət etməyimiz tövsiyə olunmuşdur. Salyan RMX PHŞ tərəfindən də uşağın ölümü barədə tibbi şəhadətnamə təqdim oluna bilməmişdir. Beləliklə, hazırda bacısı xx.xx.1964cü il təvəllüdlü X2 ölümü barədə lazımi sənədin olmaması ona ailəsinin digər üzvlərinə vərəsəlik münasibətlərində qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Bacısı xx.xx.1964-cü il təvəllüdlü X6 09 il sonra 1973-cü ildə vəfat etmiş və Salyan şəhər ərazisində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Qonşuluğunda yaşayan müvafiq yaş qrupuna mənsub şəxslər ölüm faktını təsdiq edə bilərlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, mərhum bacısı-xx.xx.1964-cü il təvəllüdlü X6 09 yaşında 1973-cü ildə ağır xəstəlikdən vəfat etmiş və Salyan şəhər ərazisində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Bu faktı təsdiq edən 2 nəfər şahidi var. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək ərizəçinin bacısı- xx.xx.1964-cü il tarixdə Salyan şəhərində anadan olmuş X2 xx.xx.1973-cü ildə Salyan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmin şöbənin rəisi Famil Kazımov məhkəməyə məktub göndərərək məktubunda xidməti işlərin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən, işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək bildirmişdir ki, ərizəçi onun qardaşı oğludur. Ərizəçinin mərhum bacısı Mehriban 1964-cü ildə anadan olmuş, 1973-cü ildə onkoloji xəstəlikdən vəfat etmiş, ölməzdən əvvəl 1 il xəstəlikdən əziyyət çəkmişdir. Həkimlərə mülaicəyə aparılmış, lakin nəticə olmamışdır. Salyan şəhərində qəbiristanlıqda dəfn olunmuş, o, da dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 izahat verərək bildirmişdir ki, ərizəçi onun qonşusudur. Onların evləri yaxın olub, çəpər qonşusudur. Ərizəçinin mərhum bacısı Mehriban uşaq olarkən xəstəlikdən 1973-cü ildə vəfat etmişdir, həmin faktı təsdiq edir. Məhkəmə işə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, ərizəçinin, onun nümayəndəsinin və şahidlərin izahatlarını dinləyərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə Salyan şəhərində anadan olmuş, onun X5, anası X10r. Salyan regional “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinin 3-16-5/8-15/1349- 25 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1964-cü ildə Salyan rayonunda doğulmuş 1973-cü ildə vəfat etdiyini bildirdikləri X2 ölümü haqqında akt qeydinin aşkar edilməsi məqsədilə 1970-1976-cı illər üzrə Salyan rayon Qeydiyyat şöbəsi üzrə, eləcədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8-ci bəndinə əsasən ölüm faktı tibb müəssəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Müraciətə baxılmasının nəticəsindən sizin subordinasiya və məhkəmə qaydasından şikayət etmək, eyni zamanda iddia etdiyiniz ölüm faktının müəyyən olunması üçün müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Salyan RMX PHŞ-nin xx.xx.2025-ci il tarixli cavabından görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X2 Salyan RMX-nın Doğum və Ginekologiya şöbəsinin və TTYS-nın Arxiv bölməsində olan 1964-cü ilə aid sənədlərinə baxış keçirilmiş, doğumu və ölümü barədə heç bir məlumat tapılmamışdır. Ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X12 xx.xx.2018-ci il tarixdə, X15 xx.xx.2025-ci il tarixdə ölmüşlər. Fotoşəkillərdən görünür ki, uşağın qəbri digər qohumlarının qəbirlərinin yanındadır. xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Salyan şəhəri N.Nərimanov küçəsi ev 12-də X13 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ümumi sahəsi 152,50 kvm olan fərdi yaşayış evi vardır. Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 3-16-5/8-13-1566/2025 saylı, xx.xx.2025-ci tarixli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixli, 2(057)-3349/2025 saylı məhkəmə bildirişinə cavab olaraq bildirirlər ki, xx.xx.2025-ci il tarixdə keçiriləcək Ərizəçi ölümün qeyd edilmə faktı tələbinə dair icraatda olan 2(057)-3349/2025 saylı iş üzrə məhkəmə iclasında iştirak edə bilməyəcəyi təqdirdə işlərin çoxluğunu nəzərə alaraq, iş üzrə məhkəmə iclasına nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı Ərizəçi Salyan regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət edərək xx.xx.1964-cü ildə doğulmuş bacısı X2 1973-cü ildə vəfat etdiyini bildirərək ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. X2 ölümü haqqında akt qeydi 1970-1976-cı illərə aid Salyan rayon Qeydiyyat şöbəsi üzrə şöbənin arxivində saxlanılan müvafiq akt qeydləri kitabında və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. Ölüm faktını təsdiq edən müvafiq sənədlər mövcud olmadığı üçün qeydiyyat şöbəsi tərəfindən həmin faktın qeydə alınması mümkün olmamışdır. Odur ki, vətəndaşın tələbinin təmin edilməsindən imtina edilmişdir. X2 doğumu haqqında Salyan rayon Qeydiyyat şöbəsinin xx.xx.1964-cü il tarixli, 363 saylı akt qeydinin təsdiq edilmiş surəti göndərilmişdir. X2 doğumu haqqında Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1964-cü il tarixli, 363 saylı akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.1964-cü il tarixdə Salyan şəhərində anadan olmuş, X5, anası X8r. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi bacısı- 9.06.1964-cü il tarixdə Salyan şəhərində anadan olmuş X6 xx.xx.1973-cü ildə Salyan şəhərində vəfat etmiş və Salyan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə, özünün və şahidlərin ifadələri ilə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum bacısı- xx.xx.1964-cü il tarixdə Salyan şəhərində anadan olmuş X2 xx.xx.1973-cü ildə Salyan şəhərində ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslı olduğundan təmin edilməli və xx.xx.1964-cü il tarixdə Salyan şəhərində anadan olmuş X2 xx.xx.1973-cü ildə Salyan şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1964-cü il tarixdə Salyan şəhərində anadan olmuş bacısı- X2 xx.xx.1973-cü ildə Salyan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon Məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №2(057)-3349/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-3349/2025
12.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver