Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-3393/2025 11.03.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi ilə, Ərizəçi Salyan rayon Regional “Asan Xidmət” X7 maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Salyan rayon Regional “Asan Xidmət” X7 maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1937ci il təvəllüdlü bacısı X9 xx.xx.1961-ci ildə Salyan şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1961-ci ildə Salyan rayonunda anadan olmuşdur. X5 xx.xx.1968-cü ildə, bacısı X14 isə xx.xx.1961-ci ildə, anası X3 xx.xx.2007-ci ildə vəfat etmişdir. X16 ilə xx.xx.1984-cü ildə nikaha daxil olmuşdur. Valideyinlərinin birgə nikahından 2 uşaq anadan olmuşdur. X14 xx.xx.1937-ci il tarixdə, X15 xx.xx.1961-ci ildə anadan olmuşdur. X14 xx.xx.1959-cu ildə X6 ilə nikaha girib və nikaha girdikdən 2 il sonra xx.xx.1961-cü ildə vəfat etmişdir. Salyan şəhərinin qəbirstanlığında dəfn edilmişdir. Lakin valideynləri və əri X6 arvadına ölüm haqqında şəhadətnamə almamışdır. X4 qalan miras əmlaka dair qanun üzrə vərəsəlik açılması üçün Neftçala rayon notariat ofisinə müraciət etdikdən bildirilmişdir ki, mərhum X6 ilə bacısı X9 nikahda olduğu görünür və bunların sənədləri təqdim edilməlidir. Böyük bacısının rəhmətə getdiyini bildirmiş olsa belə ölüm haqqında şəhadətnamə istəmişlər. Salyan rayon Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə yaxınlaşmış müraciətinə cavab olaraq xx.xx.1937-ci il təvəllüdlü Salyan rayonunda doğulmuş 1961-ci ildə vəfat etmiş X9 ölümü haqqında akt qeydinin aşkar edilməsi məqsədilə müvafiq illər üzrə salyan rayon qeydiyyat şöbəsi üzrə, eləcədə "vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Odur ki, xx.xx.1937-ci il təvəllüdlü bacısı X9 xx.xx.1961-ci ildə Salyan şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Ərizəçi məhkəmə iclasına gəlməmiş, lakin onun etibarnamə üzrə nümayəndəsi vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə ərizəçinin və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Salyan rayon Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən, işə Salyan rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Nikah haqqında şəhadətnamədən görünür ki, X11 oğlu ilə Ərizəçi xx.xx.1984-cü ildə Azərbaycan Respublikası Salyan rayon VVAQ şöbəsində nikaha daxil olaraq nikahlarını rəsmiləşdirilmişlər. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1961-ci ildə doğulmuşdur. X5, anası X2r. Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 aprel 2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2018-ci ildə ölmüşdür. Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 yanvar 2020-ci il tarixli arayışdan görünür ki, X10 xx.xx.1968-ci il tarixdə Salyan rayonunda ölmüşdür. Salyan rayon Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən vəkil Nümayəndə sorğusuna cavab olaraq verilmiş 13 noyabr 2025-ci il tarixli məktubdan görünür ki, 1961-ci ildə vəfat etmiş Nağıyeva (Zeynalova) Zəhra Qulam qızının haqqında akt qeydinin aşkar edilməsi məqsədilə 1958-1964-cü illər Salyan rayon Qeydiyyat şöbəsi və "Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış lakin ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X26 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X26 tərəfindən vəkil Nümayəndə sorğusuna cavab olaraq verilmiş 13 noyabr 2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1937-ci il təvəllüdlü X9 Salyan RMX-nın Doğum və Ginekologiya şöbəsinin Arxiv bölməsində olan 1937-ci ilə aid sənədlərinə baxış keçirilmiş, doğumu barədə heç bir məlumat tapılmamışdır. Statistika bölməsinin Arxiv bölməsinə təqdim etdiyi yazılı məlumata əsasən, xx.xx.1937-ci il təvəllüdlü X9 ölümü haqqında heç bir məlumat tapılmamışdır. Həmin məktuba əlavə olunmuş evlənmə haqqında akt qeydinin surətindən görünür ki, 1936-cı il təvəllüdlü X6 ilə xx.xx.1937-ci il təvəllüdlü X12 xx.xx.1959-cu ildə nikaha daxil olmuşlar. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X19 filialı tərəfindən verilmiş 22 yanvar 2026-cı il tarixli məktubdan görünür ki, Salyan rayon Qeydiyyat şöbəsinin 1949-cu ildən hal-hazıra kimi doğum nikah və ölüm aktı qeydləri filiala təhvil verilmədiyindən X9 1959-cu ildə doğum tarixini təsdiq etmək mümkün olmamışdır. Salyan rayon Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 29 yanvar 2026-cı il tarixli məktubdan görünür ki, məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(057)-3393/2025 saylı sorğuya cavab olaraq X9 nikahı haqqında akt qeydinin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Doğum haqqında akt qeydi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və qeydiyyat şöbəsinin arxivində aşkar olunmamışdır. Salyan regional “ASAN xidmət” X7n arxivində akt qeydləri 1949-cu ildən saxlanılır. Əvvəlki dövrlərə aid akt qeydləri saxlanma müddətinin bitməsi ilə əlaqədar X19 filialına təhvil verilmişdir. Salyan rayon İHB-nın Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 11 fevral 2026-cı il tarixli aktdan görünür ki, Salyan rayon İHB-nın Salyan şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Abbas Məmmədov, Salyan şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin mühəndisi Elşad Əzizov, Salyan Bələdiyyəsinin sədri Telman Ağabəyov təsdiq edir ki, həmin aktı ondan ötəri ki, xx.xx.1961-ci ildə Salyan rayonunda anadan olmuş Ərizəçi müraciətinə əsasən şəhər qəbiristanlığına baxış keçirildi və xx.xx.1937-ci ildə anadan olmuş bacısı X14 şahidlərin göstərdiyi kimi həqiqətəndə X5, anası X1 yanında dəfn edilmişdir. Həqiqətən də məzarın üzərində 1961-ci ildə vəfat etməsi göstərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi bacısı X14 xx.xx.1937-ci il tarixdə Salyan şəhərində ölmüş və Salyan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Ərizəçi bacısı X9 ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Salyan rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 4.8-ci bəndində qeyd olunmuşdur ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin Qərarın 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və xx.xx.1937-ci il təvəllüdlü X9 xx.xx.1961-ci il tarixdə Salyan şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1937-ci il təvəllüdlü X9 xx.xx.1961-ci il tarixdə Salyan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-3393/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-3393/2025
11.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver