Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-363/2023 03.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi rayon məhkəməsinə verdiyi ərizəsində xx.xx.1960-cı il təvəllüdlü X2nın xx.xx.2003-cü il tarixdə Salyan rayonunun Qaraçala qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1960-cı ildə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olmuş X2 xx.xx.2003-cü ildə Salyan rayonunun Qaraçala qəsəbəsində vəfat etmişdir. Lakin həmin vaxt ailə üzvləri tərəfindən mərhum bacısının ölümü haqqında tibbi şəhadətnamə, eləcə də ölüm faktının dövlət qeydiyyatına alınması üçün müraciət edilməmişdir. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda ölüm faktının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhdadətnamənin təqdim olunmaması əsas göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməli olduğu tövsiyə olunmuşdur. Hazırda X2nın ölümü barədə lazımi sənədin olmaması ona və digər ailə üzvlərinə ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. X2 2003-cü ildə vəfat etmiş və həmin gün Salyan rayonu Qaraçala qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Ərizəsinə əlavə etdiyi məzar daşlarının fotoşəkilləri bu faktı bir daha təsdiqləyir. Eləcə də, qonşuluqlarında yaşayan müvafiq yaş qrupuna mənsub bütün qəsəbə sakinləri bacısının ölüm faktını təsdiq edə bilərlər. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmədə elan olunmuş Maraqlı şəxs tərəfindən Salyan rayonu, Qaraçala qəsəbə sakini Ərizəçi ünvanlanmış 18 noyabr 2022-ci il tarixli, 05/15-338 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixədək “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti akt qeydləri üzrə yoxlama aparılmış, lakin xx.xx.1960cı il təvəllüdlü X3 ölümü haqqında akt qeydi aşkar olunmamış və iddia edilən ölüm faktının qeydə alınmasından imtina olunaraq, ərizəçiyə bacısının ölməsi faktının müəyyən edilməsindən ötrü məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmədə elan olunmuş Varlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi F.Nəcəfovun verdiyi xx.xx.2022-ci il tarixli, 312 nömrəli arayışdan görünür ki, Ərizəçi bacısı mərhum X5 xx.xx.2003-cü ildə Salyan rayonu, 2-ci Varlı kəndində vəfat etmişdir. Mərhum Qaraçala qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1960-cı ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuşdur. Məhkəmədə elan olunmuş evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X4 ilə arasında nikah 17 may 1964-cü il tarixdə Salyan rayonu Qaraçala qəsəbə sovetliyində 35 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Məhkəmədə elan olunmuş məzar daşının üzərində olan fotoşəkillərdən görünür ki, X5 xx.xx.1960-cı il tarixdə anadan olmuş və xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki X5 xx.xx.2003-cü ildə Salyan rayonu, 2-ci Varlı kəndində vəfat etmişdir. Mərhum Qaraçala qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. xx.xx.1960-cı il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş X5 xx.xx.2003-cü il tarixdə Salyan rayonu 2-cİ Varlı kəndində vəfat etmiş, lakin onun ölüm faktı qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmamışdır. Ərizəçi anasının ölümünün qeyd edilməsi haqqında sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəsi təmin edilsin. xx.xx.1960-cı il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş X3 xx.xx.2003-cü il tarixdə Salyan rayonu 2-ci Varlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-363/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-363/2023
03.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver