Məhkəmə qərarları › İş №2(057)-3692/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-3692/2025

11.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-3692/2025 11.03.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Salyan rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Salyan rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1936-cı ildə anadan olmuş X1 25 avqust 1991-ci ildə Salyan rayonu, Aşağı Noxudlu kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, 1936-cı ildə anadan olmuş babası X4 25 avqust 1991-cı ildə Salyan rayonu, Aşağı Noxudlu kəndində vəfat etmiş, Salyan rayonu, Aşağı Noxudlu kənd qəbirstanlığında dəfn olunmuşdur. Lakin həmin vaxt ölümün qeydiyyatı üçün sənədləşmə işlərinin aparılmalı olduğunu bilmədikləri üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə tərəflərindən aidiyyəti orqanlara müraciət olunmamışdır. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş rəsmi cavabda ölüm faktının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin olmaması əsas göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyimiz tövsiyə olunmuşdur. Beləliklə hazırda X1 ölümü barədə lazımi sənədin olmaması ona və digər ailə üzvlərinə ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. X1 ölümünün qeydə alınması vərəsəliklə bağlı sənədlərin rəsmiləşdirilməsi üçün lazımdır. 1936-cı ildə anadan olmuş babası X4 25 avqust 1991-ci ildə Salyan rayonu, Aşağı Noxudlu kəndində vəfat etmiş, Salyan rayonu, Aşağı Noxudlu kənd qəbiristanlığında dəfn olunmuşdur. Qohumlar və qonşularında yaşayan müvafiq yaş qrupuna mənsub bütün həmyerliləri ölüm faktını təsdiq edə bilərlər. Odur ki, 1936-cı ildə anadan olmuş X1 25 avqust 1991-ci ildə Salyan rayonu, Aşağı Noxudlu kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, 1936-cı ildə anadan olmuş X1 25 avqust 1991-ci ildə Salyan rayonu, Aşağı Noxudlu kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Salyan rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6cı maddəsinə əsasən, işə Salyan rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, X4 qaynatasıdır. 25 avqust 1991-ci ildə qayınatası ürək tutmasından ölmüş və Salyan rayonu, Aşağı Noxudlu kəndində dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, X4 atasıdır. Atası 25 avqust 1991-ci ildə ürək tutmasından ölmüş və Salyan rayonu, Aşağı Noxudlu kəndində dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, X4 atasıdır. Atası 25 avqust 1991-ci ildə ürək tutmasından ölmüş və Salyan rayonu, Aşağı Noxudlu kəndində dəfn olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, işə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; İş materiallarına əlavə olunmuş Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 aprel 2025-ci il tarixli məktubdan görünür ki, 1991-ci ildə vəfat etmiş 1936-cı il təvəllüdlü X3 ölümü haqqında akt qeydi 1988-1994-cü illərə aid Salyan rayon Qeydiyyat şöbəsi və Salyan rayon Arbatan kənd icra nümayəndəliyi üzrə şöbənin arxivində saxlanılan ölüm haqqında akt qeydləri kitabında və "Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş qəbir daşının fotoşəklindən görünür ki, X4 1937-ci ildə doğulmuş və 25 avqust 1991-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Salyan rayon Aşağı Noxudlu kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş 17 aprel 2025-ci il tarixli akdan görünür ki, X2 rayonu Aşağı Noxudlu kəndində yaşamış, 25 avqust 1991-ci il tarixdə Salyan rayonu Aşağı Noxudlu kəndində vəfat etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi babası X4 1936-cı ildə anadan olmuş, 25 avqust 1991-ci ildə Salyan rayonu, Aşağı Noxudlu kəndində ölmüş və Aşağı Noxudlu kənd qəbiristanlığında dəfn olunmuşdur. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum X1 ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Salyan rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 4.8-ci bəndində qeyd olunmuşdur ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin Qərarın 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslı olduğundan təmin edilməli və 1936-cı il təvəllüdlü X3 25 avqust 1991-ci il tarixdə Salyan rayonu Aşağı Noxudlu kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 1936-cı il təvəllüdlü X3 25 avqust 1991-ci ildə Salyan rayonu, Aşağı Noxudlu kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar