Məhkəmə qərarları › İş №2(057)-385/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-385/2023

14.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-385/2023 14.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X20 qızının katibliyi, Ərizəçi nümayəndəsi Xankişiyev Murad İsmayıl oğlunun iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, 1942-ci ildə Salyan rayonunun, Xalac kəndində anadan olmuş əri X9 1998-ci ildə Salyan rayonunun Xalac kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1942-ci ildə Salyan rayonunun, Xalac kəndində anadan olmuş əri X14 1998-ci ildə Salyan rayonunun Xalac kəndində vəfat etmişdir. Lakin həmin vaxt ölümün qeydiyyatı üçün sənədləşmə işlərinin aparılmalı olduğunu bilmədikləri üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə tərəfindən aidiyyəti orqanlara müraciət edilməmişdir. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda ölüm faktının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhdadətnamənin təqdim olunmaması əsas göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməli olduğu tövsiyə olunmuşdur. Hazırda əri X9 ölümü barədə lazımi sənədin olmaması ona və digər ailə üzvlərinə ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. X14 1998-ci ildə Salyan rayonunun Xalac kəndində vəfat etmiş və həmin kənd qəbiristanlığında dəfn olunmuşdur. Ərizəsinə əlavə etdiyi məzar daşının fotoşəkilləri bu faktı bir daha təsdiqləyir. Eləcə də, kəndlərində yaşayan müvafiq yaş qrupuna mənsub bütün həmkəndliləri ərinin dəfnində iştirak etmişlər, həmin şəxslər ölüm faktını təsdiq edə bilərlər. Həmçinin Həsənli kənd İƏN-i tərəfindən verilmiş arayışda da əri Orucun 1998-ci ildə Xalac kəndində ölməsi faktı təsdiqlənmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X4 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarından görünür ki, Ərizəçi Salyan rayonunun Xalac kəndində qeydiyyatda həmin ünvanda yaşayır. İş materiallarında olan ünvan 2ən 19 fevral 1993-cü il tarixdə verilmiş V-ЖГ seriyalı № 318300 saylı X3 surətindən görünür ki, xx.xx.1942-ci ildə Salyan rayonu, Xalac kəndində doğulmuş X14 ilə xx.xx.1953-cü ildə Bərdə şəhərində doğulmuş X5 xx.xx.1993cü ildə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib olunmuş Aktdan görünür ki, Xalac kənd İƏD-si üzrə nümayəndə X11, Xalac Bələdiyyəsinin sədri X10, Xalac kənd sakinləri X6, X19 və X15 mərhum X9 xx.xx.1998-ci ildə Xalac kəndində vəfat etməsini və həmin kənd qəbiristanlığında dəfn olunmasını və hazırda da onun məzarının Xalac kənd qəbiristanlığında olmasını imzaları ilə təsdiq edirlər. İş materiallarında olan Maraqlı şəxs 22 dekabr 2022-ci il tarixli, 371 nömrəli məktubundan görünür ki, Ərizəçi əri X9 ölümünün qeydiyyata alınması haqqında arayış verilməsi ilə əlaqədar müraciətinə cavab olaraq bildirilmişdir ki, X9 ölümü haqqında akt qeydinin 1995-2001-ci illər Maraqlı şəxs və Xalac icra nümayəndəliyi üzrə xidmətin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sistemində aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin ölüm haqında həkim arayışı ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qeydiyat şöbəsinə həkim arayışını təqdim etmədiyi üçün, ölüm faktının müəyyən edilməsi məsələsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, ərizəçi ilə qonşudurlar. Təxminən 1998-ci ilin payız aylarında Oruc Kərimov vəfat etmişdir. Dəfin mərasimində və yasda iştirak etmişdir. Ərizəçinin əri X2 rayonunun Xələc kəndində yerləşən Vətən müharibəsi şəhidlərinin dəfn edildiyi qəbiristanlıqda dəfn olunmuş, qəbirdə baş daşı olsa da sinə daşı qoyulmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, o, ərizəçi ilə bir kəntdə yaşayır. Polis əməkdaşıdır. 1998-ci ilin payız aylarında Oruc Kərimovun səhhətinin çox pisləşməsini və həkimlər tərəfindən müalicəsinin xeyri olmadığını eşitmişdir. Yas mərasimində iştirak etmişdir. Oruc Kərimov kənddə olan iki qəbirstanlıqdan, kəndə yaxın olanında, şəhidlərin dəfn olunduğu qəbiristanlıqda dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunmuş məzar daşının üzərində olan fotoşəkillərdən görünür ki, X14 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki xx.xx.1942-ci ildə Salyan rayonu, Xalac kəndində doğulmuş X14 xx.xx.1998-ci ildə Salyan rayonu, Xalac kəndində vəfat etmişdir. Mərhum Xalac kənd qəbiristanlığında dəfn olunmuşdur. Lakin onun ölüm faktı qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmamışdır. Ərizəçi ərinin ölümünün qeyd edilməsi haqqında sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X9 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi əri X9 xx.xx.1998-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə xx.xx.1942-ci il təvəllüdlü, Salyan rayonu, Xalac kəndində doğulmuş X9 xx.xx.1998-ci il tarixdə Salyan rayonunun Xalac kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin xx.xx.1942-ci il tarixdə Salyan rayonu, Xalac kəndində doğulmuş X9 xx.xx.1998-ci il tarixdə Salyan rayonu, Xalac kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar