Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-392/2024 11.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X18 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Şahid2 qarşı “ölüm faktının təsdiq edilməsi” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X4 xx.xx.2005-ci il tarixindən ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, əri X24 xx.xx.1952-ci ildə anadan olmuş, xx.xx.2005-ci ildə vəfat etmişdir. O vəfat etdiyi gün dəfn edilmişdir. Daha sonra yas mərasimi və digər şeylərə başları qarışdığı üçün ərinin öldüyünü lazımi orqanlara bildirməmişlər və ölüm haqqında şəhadətnamə almamışlar. Hal-hazırda ona məxsus olan mülkiyyəti o istifadə edir. Onun əmlakını artıq övladları arasında paylaşdırmaq qərarına gəlmişdir. Lakin onun ölümü təsdiqlənmədiyi üçün bu prosesləri yerinə yetirə bilmir. Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə etdiyi müraciətdə ona bildirilmişdir ki, X4 xx.xx.2005-ci il tarixində ölməsi ilə bağlı hər hansı bir qeyd yoxdur. Buna görə də, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Həmçinin bildirir ki, əri X3 rayonu, Xalac kəndinin “Daşlıbacı” qəbristanlığında dəfn etmişlər. Onun qəbrinin şəkilləri və şahidləri vardır. Belə ki, kənd əhalisinin hər biri X4 ölməsini izahatlarında təsdiqləyə bilərlər. Həmçinin Şahid2 və Şahid1 məhkəmə iclasına gələrək izahat verməyə hazırdılar. Həmçinin əlavə etdiyi fotoşəkillərdəndə görünür ki, baş daşı və qəbir artıq köhnəlmişdir və qəbirə hər hansı yenilənmə olmamışdır. Bununla da, şəxsin göstərilən tarixdə vəfat etməsi bilinir. X4 xx.xx.2005-ci il tarixindən ölmüş hesab edilməsinə dair müvafiq məhkəmə qətnaməsi olduğu halda, miras əmlaklarının qəbul edilməsi məsələsinə baxıla bilər. Ona görə də, X4 xx.xx.2005-ci il tarixindən ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi 18 yanvar 2024-cü il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, ərizəsində olan texniki səhv səbəbindən maraqlı şəxs kimi “Maraqlı şəxs”-ni qeyd etməmişdir. Maraqlı şəxs kimi işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs qismində işdə iştiraka cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Salyan Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2001-ci il tarixli, 12 saylı qərarına əsasən Salyan rayonu, Kolanı kəndində yerləşən 0.66 ha. torpaq sahəsi onunla yanaşı Şahid1 (yalnışlıqla X11 qeyd olunubdur), X12, X7, X25 (yanlışlıqla Əfsər oğlu qeyd olunmuşdur) oğlu və X9 ayrılmışdır. Ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şahid1 bildirmişdir ki, ərizəçi anasıdır. X5 onun atasıdır. Atasının səhhətində problemlər olmuş, Bakı şəhərində xəstəxanada müalicə olunsa da, atası 09 oktyabr 2005-ci il tarixdə vəfat etmiş və Salyan rayonu, Xalac kəndində dəfn olunmuşdur. Məhkəmə iclasında iştirak edən Şahid2 bildirmişdir ki, ərizəçi qaynanasıdır. X2 2005-ci ildə vəfat etmişdir. Qaynatası vəfat edən vaxtı bir evdə yaşamışlar, dəfndə iştirak etmişdir. O, Salyan rayonu, Xalac kəndində yerləşən el arasında “Daşlıbacı” adlanan qəbristanlıqda dəfn olunmuşdur. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24 noyabr 2023-cü il tarixli Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan müəyyən olunur ki, 2005-ci ildən xx.xx.2023-cü il tarixədək "Vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə daxil edilmiş məlumatlar öyrənilmiş və xx.xx.1952-ci il təvəllüdlü X6 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən, iddia edilən ölüm faktının qeydə alınmasından imtina olunaraq, məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunmuş məzar daşının üzərində olan fotoşəkillərdən görünür ki, X13 09 oktyabr 2005-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 24 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, X13 ilə X10 arasında nikah Salyan rayon Qarabağlı kənd İcra Nümayəndəliyində xx.xx.1991-ci il tarixdə bağlanmış və bu barədə 81 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş JN-0100 KOD 80906058 torpağın mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Ərizəçi, X14, X12, X7, X17 və X6 ümumi mülkiyyətlərində olan Salyan Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 2001ci il tarixli, 12 saylı qərarı əsasında Salyan rayonu, Kolanı kəndində yerləşən 0.66 ha torpaq sahəsi olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X13 xx.xx.1952-ci il tarixdə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş və xx.xx.2005-ci ildə vəfat etmişdir. Mərhum Salyan rayonu, Xalac kəndində yerləşən el arasında “Daşlıbacı” kimi adlandırılan qəbiristanlığında dəfn olunmuşdur. Lakin onun ölüm faktı qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmamışdır. Ərizəçi ərinin ölümünün qeyd edilməsi haqqında sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X6 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi X4 xx.xx.2005-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin, şahidlərin izahatları və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə xx.xx.1952-ci il təvəllüdlü, Salyan rayonu, Qarabağlı kəndində doğulmuş X6 xx.xx.2005-ci il tarixdə ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin xx.xx.1952-ci il tarixdə Salyan rayonu, Qarabağlı kəndində doğulmuş X6 xx.xx.2005ci il tarixdə ölməsi fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-392/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-392/2024
11.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver