Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-492/2024 18.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 20 sentyabr 1969-cu ildə Salyan rayonunda anadan olmuş oğlu X5 01 yanvar 1975-ci ildə Salyan şəhərində ölməsi aktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 20 sentyabr 1969-cu ildə Salyan rayonunda anadan olmuş X1 01 yanvar 1975-ci ildə Salyan şəhərində vəfat etmişdi. Lakin həmin vaxt ölümün qeydiyatı üçün sənədləşmə işlərinin aparılmalı olduğunu bilmədikləri üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə tərəflərindən aidiyyəti orqanlara müraciət olunmamışdır. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda ölüm faktının qeydə alınmasından imtina olunaraq buna asas kimi ölüm haqqında tibbi şəhadətnamənin olmaması əsas göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələri onlara tövsiyə olunmuşdur. Beləliklə, hazırda X1nun ölümü barədə lazımı sənədin olmaması ona və digər ailə üzvlərinə ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. X1 01 yanvar 1975-ci ildə Salyan şəhərində vəfat etmiş və Salyan şəhər qəbirstanlığında dəfn olunmuşdur. Göstərilənlərə əsasən, Ərizəçi 20 sentyabr 1969-cu ildə Salyan rayonunda anadan olmuş oğlu X5 01 yanvar 1975-ci ildə Salyan şəhərində ölməsi aktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi 12 mart 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, ərizədə texniki səhv olaraq X6 oğlu kimi göstərmişdir. 20 sentyabr 1969-cu ildə anadan olan Sadıqov Mehman onun qardaşıdır. Ona görə də, ərizəni dəqiqləşdirərək 20 sentyabr 1969-cu ildə Salyan rayonunda anada olmuş X1nun 01 yanvar 1975-ci ildə Salyan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamədə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında bildirmişdir ki, qardaşı Mehman 1969-cu ildə anadan olub və 1975-ci ildə ölmüşdür. Uşaq vaxtı ayağı zədələnib, qanqren olmuşdur. Ölümü savadsızlıqdan qeyd edilməmişdir. Qardaşı Salyan qəbirstanlığında dəfn olunmuşdur. Ataları ölüb. Mülkü analarının adına keçirmək istəyirlər. Mehmanın ölümü qeydiyyata alınmadığı üçün, adının qeydiyyat sistemində sağ göründüyünü bildirmişdilər. Qardaşı xəstəxanada vəfat edib. Xəstəxananın arxivinə müraciət etmişlər, onlarda hər hansı sənəd olmadığını bildirmişdilər. Daha sonra, Salyan arxivinə müraciət etmişlər. Oradan da bildirmişdilər ki, xəstəxananın və polis şöbəsinin sənədləri onlara təhvil verilmir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən, işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, Yaqutun anası onun əmisiqızıdır. Hadisə sovet vaxtı olub, dəcəl uşaq idi. Təxminən, 4-5 yaşı olardı. Məktəbə getmirdi. Həyətlərində ağacdan yıxılmış və sonra ayağı qanqren olmuşdur. Həkimə gec çatdırdıqları üçün uşaq vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, X9 onun qardaşı olmuşdur. Təxminən, 5 yaşı olanda ağacdan yıxıldığı üçün ayağı sınmışdı. Evdə ayağını bağlamışdılar. 1-2 gün sonra halı pisləşdiyi üçün həkimə aparmışdılar. Ayağı qanqren olmuşdu və o, 1-2 gün sonra vəfat etmişdir. Qəbrinin üstünə taxta qoyulmuşdur və onun olduğu yer müəyyən deyildir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 13 fevral 1968-ci il tarixli, A3 ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1968-ci il tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 83 nömrə ilə qeydə alınmışdır. X2, anası X7r. 10 iyul 2008-ci il tarixli, AZ-İ 298954 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2008-ci il tarixdə ölmüşdür. Maraqlı şəxsndən verilmiş 3-16-5/8-xx-xx/2024 saylı, xx.xx.2024-cü tarixli məktubdan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü X5 ölüm faktının qeydə alınmasından imtina olunmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş 25 may 2023-cü il tarixli arayışın surətindən görünür ki, X10 ilə X8 Azərbaycan Respublikası Maraqlı şəxsndə xx.xx.1962-ci ildə tarixdə nikaha daxil olmuş, onların nikahları 134 nömrəli qeyd ilə nikahın bağlanması haqqında akt qeydləri kitabında qeyd edilmişdir. Evlənəndən sonra ərə Sadıqov, arvada isə Sadıqova soyadı verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi X1 1975-ci il tarixdə Salyan şəhərində ölmüş və Salyan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum X1nun ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və 20 sentyabr 1969-cu il təvəllüdlü Salyan rayonunda anadan olmuş X5 01 yanvar 1975-ci il tarixdə ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 20 sentyabr 1969-cu il təvəllüdlü Salyan rayonunda anadan olmuş X5 01 yanvar 1975-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-492/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-492/2024
18.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver