Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-508/2024 11.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi rayon məhkəməsinə verdiyi ərizəsində bacısı X1 xx.xx.1994-cü il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi bildirmişdir ki, bacısı X2 xx.xx.1974-cü ildə Salyan rayonu Piratman-Gəncəli kəndində anadan olmuşdur. xx.xx.1994-cü ildə elə Salyan rayonu Piratman-Gəncəli kəndində vəfat etmişdir. X2 vəfat etdiyi gün dəfn olunmuşdur.Daha sonra yas mərasimi, digər məsələlərə başları qarışdığı üçün sonuncunun öldüyünü lazımi orqanlara bildirməmiş və ölüm haqqında şəhadətnaməsini almamışlar. Hal-hazırda valideynlərinə məxsus olan mülkiyyəti özü istifadə edir. Həmin əmlakları artıq öz adına rəsmiləşdirmək qərarına gəlmişdir.Lakin bacısının olümü təsdiqlənmədiyi üçün bu prosesləri yerinə yetirə bilmir. Bununla bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə etdiyi müraciətə cavab olaraq ona təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/8-15A-69/2023 saylı bildirişdə ona bacısı X1 xx.xx.1994-cü il tarixində ölməsi ilə bağlı hər hansı qeydin olmaması bildirilmişdir. Buna görə də məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Artıq valideynləri vəfat etmişdir. Bacısı onların rəsmi nikahından dünyaya gəlmişdir, heç vaxt ailə həyatı qurmamış və övladı olmamışdır. Odur ki, ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmədə elan olunmuş Maraqlı şəxs tərəfindən Salyan rayonu, Piratman-Gəncəli kəndində yaşayan Ərizəçi ünvanlanmış 22 dekabr 2023-cü il tarixli, 3-16-5/8-15-A-69/2023 nömrəli məktubdan görünür ki, xx.xx.1974-cü ildə Salyan rayonu P.Gəncəli kəndində anadan olmuş bacısı X1 xx.xx.1994-cü ildə Salyan rayonu, P.Gəncəli kəndində ölməsi faktının qeydə alınması barədə müraciət ölüm haqqında tibbi şəhadətnamə olmadığından və ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm faktının qeydə alınmasından imtina olunmuşdur. Bu barədə məhkəmədə iddia qaldırılması tövsiyə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X2 xx.xx.1994-cü ildə vəfat etmiş, mərhum Salyan rayon Piratman-Gəncəli kənd qəbristanlığında dəfn olunmuşdur. xx.xx.1974-cü il tarixdə Salyan rayonu, Piratman-Gəncəli kəndində anadan olmuş X2 xx.xx.1994-cü il tarixdə vəfat etmiş, lakin onun ölüm faktı qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmamışdır. Ərizəçi bacısının ölümünün qeyd edilməsi haqqında sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin xx.xx.1974-cü ildə anadan olmuş X1 xx.xx.1994-cü ildə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-508/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-508/2024
11.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver